Təkbaşına yazılan qəhrəmanlıq salnaməsi...
19.06.2026 [08:34]
Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür...
19 iyun xalqımızın yaddaşına yalnız bir tarix kimi deyil, həm də Vətən sevgisinin, qorxmazlığın, sonsuz fədakarlığın və milli qürurun simvoluna çevrilmiş bir gün kimi həkk olunub. Məhz bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov öz həyatını doğma torpağın müdafiəsi naminə qurban verərək, xalqın qəlbində ölməzlik abidəsi ucaltdı. Milli Qəhrəmanımızın şəhidlik zirvəsinə ucalmasından 16 il ötür.
1988-ci il fevralın 7-də doğulan Mübariz İbrahimov Qarabağ müharibəsi ilə həmyaşıd idi. Qəhrəmanlıq ənənələri ruhunda böyüyən Mübariz orta təhsilini şəhid Malik Piriyev adına Biləsuvar rayonu Əliabad kənd orta məktəbində alıb. 2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağrılan gənc Mübariz Daxili Qoşunların “N” saylı hissəsinin xüsusi təyinatlı bölüyündə atıcı əsgər olub, həqiqi hərbi xidmətini çavuş rütbəsində başa vurub. 2009-cu ildə yenidən, bu dəfə gizir kimi orduda xidmətə başlayıb. Çox keçmədən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə xidmətə göndərilib.
Onun şəxsi həyatı ailə, dostluq, vətənpərvərlik, səmimiyyət və mərdlik dəyərləri üzərində qurulmuşdu. Sadə, dostlarına və ətrafına daim kömək etməyə hazır insan kimi tanınıb. Ailə və şəxsi həyatında Mübariz hər zaman dürüst, saf və səmimi olub. Qəhrəman Mübariz bu gün də gənclər üçün örnəkdir.
Sonuncu məktub...
2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirir. Təkbaşına təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Bu sətirlər Mübarizin evlərinə göndərdiyi son məktubundandır: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək düşmənin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bu gün Mübariz İbrahimovun ruhu şaddır. Çünki onun qəhrəmanlığından ilham alan igid oğullarımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşməndən azad edərək şanlı Qələbə qazandılar.
Mübarizin şücaətinə verilmiş layiqli qiymət
Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, “Qızıl Ulduz” medalı, “Vətən övladı” qızıl ordeni ilə təltif edilib. O, həmçinin “Azərbaycanda ilin adamı” mükafatına layiq görülüb. İgid Mübarizin düşmən tərəfdə qalmış nəşi bir müddət sonra Ali Baş Komandanın qətiyyətli səyləri sayəsində alınaraq doğma Vətənə gətirilib.
Prezident İlham Əliyev qəhrəmanla vida mərasimindəki nitqində onun əbədiyyət yolçuluğunu yüksək qiymətləndirib: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir... Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar var... Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir”.
Ziyarətgaha çevrilmiş ev...
Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulub boya-başa çatdığı Biləsuvar rayonunda lisey kompleksinə və küçələrdən birinə onun adı verilib.
15 ilə yaxındır ki, Əliabad kəndini Mübarizin kəndi adlandırırlar. Milli Qəhrəmanın ata evinin həyətində onun ev-muzeyi tikilib. Bura gələn hər kəs ondan xatirə qalmış əşyalarla, fotoguşəylə tanış olur, qəhrəmanın əziz xatirəsinə sonsuz ehtiramını bildirir.
Vətənə sevginin təcəssümü...
Mübariz İbrahimovun adı Azərbaycan gəncləri üçün əbədi bir nümunə oldu. Onun adını daşıyan küçə, məktəb və parklar yaradıldı. Mübariz İbrahimovun həyatı və irsi Azərbaycan xalqının yaddaşında və milli kimliyində əbədi yer alacaq. Onun adı gələcək nəsillər üçün həmişə Vətənə sədaqətin, mərdliyin və qəhrəmanlığın simvolu kimi yaşayacaq.
Mübariz İbrahimovun həyatı və qəhrəmanlığı Azərbaycan xalqının milli kimliyinin və Vətənə bağlılığının ən parlaq təcəssümüdür. Onun igidliyi təkcə bir fərdin deyil, bütün bir xalqın iradəsinin və gücünün göstəricisidir. Mübariz İbrahimovun adı gələcək nəsillər üçün vətənpərvərliyin, qəhrəmanlığın və əyilməzliyin simvolu olaraq daim yaşayacaq. Bizlər üçün Mübariz ölməyib. Hər bir şəhidimiz kimi Mübariz İbrahimov da əbədiyaşardır...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35

