Bəşəriyyət üçün əvəzolunmaz dəyər...
26.04.2024 [11:15]
Beynəlxalq Əqli Mülkiyyət Günüdür
Dünya ictimaiyyəti əqli mülkiyyətə böyük maraq göstərir. “Bütün incəsənət əsərləri və ixtiralar insan zəkasından yaranır. Bunlar insanın layiqli həyatı üçün təminat mənbəyidir. İncəsənət və ixtiraların bütün növlərinin etibarlı qorunması dövlətin borcudur”. Doktor Arpad Boqşa məxsus olan bu əhəmiyyətli sözlər BMT-nin xüsusi təşkilatı olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Cenevrədə yerləşən mənzil-qərargahının günbəzində yazılıb. Yazı mahiyyətcə və fəlsəfi baxımdan parlaq və anlaşıqlı şəkildə əqli mülkiyyətin müasir dünyada rol və əhəmiyyətini təsvir edir.
Əqli mülkiyyət biliklərlə sıx təmasdadır: biliklərdən əmələ gəlir və bilik mənbəyinə çevrilir. Daha dəqiq desək, əqli mülkiyyət biliklər dövranının eyni zamanda xammalıdır və onun məhsuludur. “Biliklər dövranı” maraqlı prosesdir və burada başlıcası insanın əqli fəaliyyətidir. Bu fəaliyyətin nəticələri beyin, zəka məhsulu olduğuna görə, ideal xarakter daşıyırlar.
Yeri gəlmişkən, bu gün dünya ölkələrində “Beynəlxalq əqli mülkiyyət günü” kimi qeyd edilir. Əqli mülkiyyətin qorunması və bunun üçün qanuni bazanın yaradılması cəmiyyətin zəruri sosial tələbi olub, qədim tarixə malikdir. Bu əlamətdar günlə bağlı keçirilən tədbir, görüş, dəyirmi masa, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyətin, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdir. Hələ qədim dövrlərdən yazıçı və şairlər öz əsərlərinin başqası tərəfindən mənimsənilməsinin qarşısını almağın yollarını axtarırdılar. Bəşəriyyətin sonrakı inkişaf mərhələlərində baş vermiş bütün innovativ yeniliklər, ideya, ixtira və kəşflər də yaradıcı əməyin məhsulu kimi intellekt sahibinin adına nüfuz gətirib.
Beynəlxalq aləmdə ölkələrin sosial-iqtisadi inkişafına əqli mülkiyyət məhsullarının müsbət təsiri son qloballaşma dövründə daha da artmaqdadır. Artıq dünyada baş verən proseslər dövlətlərin əqli mülkiyyətlə bağlı məsələlərə xüsusi diqqət yetirməsinə səbəb olub. Bu baxımdan hər bir ölkədə əqli mülkiyyəti qorumaq, müdafiə etmək və ümumiyyətlə əqli mülkiyyət hüquqlarını idarə etmək məqsədi ilə hüquqi alətlər, vasitələr yaradılır, bu sahədə davamlı tədbirlər görülür.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17

