15 İYUN müstəqillik tariximizin dönüş nöqtəsidir
12.06.2012 [23:40]
1993-cü ilin iyununda parçalanmanın, sözün əsl mənasında məhvin astanasında dayanan, müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü təhlükə ilə üzləşən Azərbaycan Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışının ardından nəinki bu ağır günləri arxada qoydu, hətta qısa bir müddətdə siyasi stabilliyinə qovuşdu.
1994-cü il sentyabrın 20-də ümummilli liderimizin əsasını qoyduğu neft strategiyasının məntiqi nəticəsi və ölkəmizin inkişafında böyük paya malik “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın həyatında, iqtisadiyyatımızda inkişafa təkan verdi. Eyni zamanda, sonrakı illərdə atılan addımlar, görülən işlər modern, qüdrətli, varlı, hər bir vətəndaşının sosial rifahını təmin etməyi bacaran bir Azərbaycanın ortaya çıxmasında rol oynayan səbəblərə çevrildi. Bu mənada, 1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ölkə Konstitusiyasının yeri xüsusi və əhəmiyyətlidir. Demokratik inkişaf yolunda əldə olunan nailiyyətlər, insan hüquq və azadlıqlarının qorunması, genişləndirilməsi istiqamətində aparılan davamlı fəaliyyət, ölkəmizdə yaradılan siyasi sabitlik bugünkü müasir və inkişaf etmiş Azərbaycanın təməl prinsiplərinə çevrildi.
Təkzibolunmaz faktdır ki, 15 İyun - Milli Qurtuluş Günü həm də qüdrətli və güclü Azərbaycanın təməlinin atıldığı gündür. Daha dəqiq desək, 15 iyun 1993-cü il bu günümüzün uğurları fonunda tariximizin dönüş nöqtəsidir. çünki 1993-cü ilin 15 iyunu Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və böyük dühası sayəsində siyasi stabilliyinə qovuşmuş Azərbaycanın inkişafının əsasının qoyulduğu tarixdir. Müstəqilliyimizin əldə olunmasından ötən 21 il tarixi baxımdan çox qısa müddət sayılır. Amma əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla inkişaf etdirilən siyasi kurs ölkəmizin bu qısa müddətdə böyük inkişaf yolu keçməsinə, çoxsaylı göstəricilərə imza atmasına imkan verib.
Azərbaycanın siyasi-iqtisadi, ictimai-sosial, elmi-mədəni inkişafının dərin təməllərini və respublikamızın iqtisadi, siyasi və sosial siyasətinin konseptual əsaslarını yaradan ümummilli lider Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən davam etdirilərək daha da zənginləşən mükəmməl strateji konsepsiyalar müasir Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ sayılır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları yeni inkişaf erasının tələblərinə uyğun olaraq respublikamızın tərəqqisi və zənginləşməsi üçün islahatlar kursunun miqyasını daha da genişləndirməklə yanaşı, ölkəmizin dünya dövlətləri içərisində nüfuzlu və etibarlı tərəfdaşa çevrilməsində müstəsna rol oynayıb.
Xüsusilə qeyd etmək lazımdır ki, 2003-2008-ci illərdə respublikamızın inkişafına zəmin yaradan iqtisadi strategiyanın daha da möhkəmləndirilərək keyfiyyət və kəmiyyət baxımından zənginləşməsi, dinamik iqtisadi artıma, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə və maliyyə sabitliyinin qorunmasına təkan verən strateji proqramların gerçəkləşməsi 2008-ci ildən sonrakı dövrdə Azərbaycanın siyasi və iqtisadi həyatında yeni üfüqlər açdı. Qəbul olunan yeni inkişaf konsepsiyaları, miqyasına görə bütün ölkə ərazisini əhatə edən dövlət proqramları əhalinin sosial rifahının inkişafına, iş yerlərinin artmasına, neft və qeyri-neft sektorunun daha da yüksəldilməsinə, makroiqtisadi göstəricilərdə dayanıqlılığın və inkişafın əldə olunmasına yol açdı.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının imzaladığı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafına yeni dinamizm elementləri qatdı.
Bu baxımdan, 2009-2013-cü illər üçün nəzərdə tutulan və sayca ikinci olan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəddir. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icrası, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi kimi məsələlər yüksək səviyyədə həyata keçirilir.
ölkəmizdə İKT, sənaye, kənd təsərrüfatı kimi sahələrin inkişaf etməsi, bunun nəticəsində isə ərzaq təhlükəsizliyi məsələsinin öz həllini tapması, hətta süni peykimizin orbitə buraxılması kimi fundamental məqamlar onu deməyə əsas verir ki, Azərbaycan sürətlə inkişaf edir. Bundan başqa, ölkə iqtisadiyyatının ildən-ilə artması, bunun da nəticəsində dövlət büdcəsinin artımı sosialyönümlü layihələrin həyata keçirilməsinə və əhalinin problemlərinin öz həllini tapmasına imkan verir.
Göründüyü kimi, həm dünyanı bürümüş maliyyə-iqtisadi böhranın hələ də davam etməsi, həm də yeni dövrün tələbləri fonunda Azərbaycan mühüm nailiyyətə imza atıb. Yeri gəlmişkən, Azərbaycan az saylı dövlətlərdəndir ki, hər il maaşların və təqaüdlərin baza hissəsinin artmasına baxmayaraq, inflyasiya aşağı düşüb. Məhz, bu mənada Azərbaycan ildən-ilə varlanan bir ölkəyə çevrilir və bu varlanma ən əsası vətəndaşların həyatında özünü göstərir.
Azərbaycanın əldə etdiyi uğurlar təkcə sosial-iqtisadi müstəvi ilə yekunlaşmır. Son 8 ildə möhtərəm Prezident İlham Əliyev cənablarının fəaliyyəti nəticəsində Azərbaycanın bölgədə siyasi sabitliyin təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün təşəbbüskarlığı və digər dövlətlərə örnək olması təmin olunub. ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətdə açıq və çevik xətt Azərbaycanın dünya ölkələri və beynəlxalq təşkilatlarla münasibətlərinə yeni çalarlar bəxş edib. Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi, “Eurovision-2012” yarışmasını möhtəşəm şəkildə təşkil etməsi bir daha Azərbaycanın nüfuzunu nümayiş etdirdi.
Bir sözlə, bütün bu uğurların və nailiyyətlərin əsasında 15 İyun - Milli Qurtuluş Günü atılmış dövlətçilik təməli dayanır. Bütün Azərbaycan xalqı Heydər Əliyev ideyaları əsasında müstəqil Azərbaycanın uğurlu inkişaf yolu ilə yeni uğurlar əldə edəcəyinə əmindir.
Kamilə Əliyeva,
millət vəkili
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

