Qərbin “kor hədəfi”...
08.03.2024 [10:45]
Adamyeyənlər, terror zehinlər, donmuş təfəkkürlər...
Bir neçə il öncəyə qədər dünyada aparılan sorğuların əksəriyyətində ən təhlükəsiz bölgə kimi Avropa, xüsusilə Qərbi Avropa dəyərləndirilirdi. İkinci, hətta üçüncü dərəcəli sayılan ölkələrdən Avropaya axının səbəbləri sadalanarkən də bu amil xüsusilə qabardılırdı - Avropa rahatlığı. Bu “rahatlığın” bir səbəbi sosial rifahın yüksəkliyi idisə, digər səbəbi də adıçəkilən ikinci və üçüncü qism ölkələrin ən böyük kabusu sayılan terror təhdididin olmaması və ya ən aşağı səviyyədə olması idi. Bunun da səbəblərini fərqli tərəflərə yozurdular - amma çoxları dünyadakı terror təhdidinin yaranmasında Avropanın “xidmətlərini” etiraf etmirdilər, bu məsələdə susqunluğa üstünlük verirdilər. Çox uzağa getməyək - cəmisi 30-40 il öncəyə boylansaq, Qərbin “imzası” ilə möhürlənmiş müharibələrin, qarşıdurmaların, siyasi katklizmlərin milyonlarla insanın ölümünə səbəb olduğuna, ev-eşiyindən didərgin düşməsini şərtləndirdiyinə, milyonlarla uşağı valdeynsiz qoyduğuna şahid olmaq mümkündür. Acı da olsa, həqiqət budur...
Əsl mahiyyət...
Amma son illərdə Qərbin ənənəvi “rahat yaşam standartları” öz cəlbediciliyini itirir. Sosial problemlərin “köhnə qitə”yə yol alması ilə paralel “ölüm mələklərinin” də Avropa sərhədlərində boy göstərməsi bu narahatlığı yaradan amillər sırasındadır. Qərb artıq özünün yaratdığı silahın qurbanına çevrilir - terror partlayışları sivilizasiyanın ən inkişaf etmiş qitəsində qulaq batırır...
Düzdür, arxada qoyduğumuz tarixdə Qərb heç də yüzdə yüz humanist dəyərlərə malik, demokratik anlam daşıyan, tolerant cəmiyyət olmayıb - tam əksinə, diskriminasiyaların daha çox nəzərə çarpdığı, irqi və dini ayrı-seçkiliklərin, “ religionfobiaların” yaşandığı coğrafiya kimi xarakterizə olunub. Bu məsələ hələ də davam edir - Fransa və ya başqa dövlətlərin simasında bunu sübut etmək çox asandır. Bununla belə, aparılan təbliğat “qoca qitə”nin daha təhlükəsiz şərtlərini “diqtə edib” - bu regionda “siyasi motivli” terror hadisələrinin baş vermədiyi ilə bağlı yalançı görüntü yaradılıb. Hazırki vəziyyət tamam fərqli notları ortaya çıxarır - Qərbdə bu gün həm psixoloji terror, həm də materialoji terror “at oynadır”...
Faktlar və nəticələr...
Qısa araşdırmalarla ortaya çıxardığımz faktlar: Az öncə Belçikanın paytaxtı Brüsseldə terror aktının qarşısı alındı. Paytaxtda konsert zalında terror aktı planlaşdıran 4 silahlı həbs edildi. Nəzərdə tutulan terror hücumunun vaxtında qarşısı alınsa da, psixaloji “travma”nın dərəcəsi ölçüyəgəlməzdir. Hələ 2023-cü ilin oktyabrında baş verən terror hadisəsi unudulmamış belə bir təhlükənin yenidən oratya çıxması insanlarda dəhşət doğurur. Xatırladaq ki, həmin terrorun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürmüşdü.
Başqa bir fakt: 2016-cı il iyulun 15-də Fransada terror hadisəsi törədildi. Nitsa şəhərində naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürdü. Hadisə nəticəsində 84 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Bu terrorun da məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürmüşdü.
Baş verənlər Qərbin özünün “xeyir-duası” ilə yaradılan təşkilatlar tərəfindən törədilir - bunun insanlarda yaratdığı psixoloji gərginliklər isə ölçüyəgəlməzdir.
Qərbin “təhlükəsizlik sığortası” aktiv deyil...
Baş verənlər bir daha göstərir ki, Qərb özünün “dünya hegemoniyası” ansamblındakı qeyri-adekvat addımları və davranışları ilə hər kəsi cana yetirib - hətta özlərinin yaratdığı destruktiv qüvvələr də Qərbin özünü hədə altında saxlamaq qərarı verib. Bu olduqca mühüm bir məsələdir - ən təhlükəsiz regionlar kimi qələbə verilən dövlətlər ən təhlükəli bölgəyə çevrilib. Xüsusilə, kütləvi tədbirlər zamanı təhlükəsizlik məsələsi Qərbin ən “axsadığı” yer kimi üzə çıxır. Lazımi tədbirlərin görülməməsi isə insanlarda əlavə gərginliklər formalaşdırır - hətta idman və ya musiqi, kütləvi tamaşa və ya şoulara baxmaq belə təhlükəli hal sayılır.
Bəs necə olur ki, özünü bu kimi təhdidlərdən “sığortaladığını” düşünən Qərb terrorun və ya təhdidin ünvanına çevrilir:
- Ayrı-ayrı ölkələrə münasibətdə tutulan qeyri - hüquqi mövqe;
- Öz maraqları uğruna əsl həqiqəti göz ardı etmək cəhdi;
- “Nizamlayıcı” və ya “tənzimləyici” adı altında mənafe uğrunda bütün vasitələrdən istifadə;
- Qərbin özünün formalaşdırdığ miqrant probleminə səthi baxış;
- Hələ də irqi və ya dini diskriminasiyanın aradan qaldırılmaması;
- Siyasi və hərbi geriləmənin etiraf edilməməsi.
Bu səbəblər fərqli sıralama ilə də təsnifatlandırıla bilər. Amma həqiqət dəyişməz olaraq qalır. Qərb dünyası özünü “ağ irq” sayaraq təcrid siyasəti yürütməklə həm təbii özünütəcridə yuvarlanıb, həm də qlobal qanunauyğunluqları pozub - tarixin inkişaf nizamı sosiallaşma və bəşəri dəyərlərin təbliğinə əsaslanmalıdır...
Yaratdıqlarının qurbanına çevrilənlər...
Nəhayət, Qərb anlamalıdır ki, terrorçu zehin tam və ya sona qədər idarəoluna bilməz. Hansısa bir məqamda yaratdığın “silah” özünə qarşı yönələcək. Fərqli sivilizasiyalar arasında fərq yaratmaqla və ya regionları lokal döyüşlərə təhrik etməklə özünün patronajlığını formalaşdıran Qərb hazırki tablo ilə üz-üzə qalmağa məhkumdur. Yaratdığı terrorun hədəfinə çevrilmək xofu ilə yaşamaq məcburiyyəti Qərb insanın alın yazısına çevrilir. Şərq insanın “radikal ideologiyaya meylli” kimi qələmə verən Qərb “neoklassizmi” özünün vəhşi, adamyeyən obrazını gizlətməyə çalışır. Çünki anlayır ki, maskası düşdüyü zaman əsl həqiqətlər iplik kimi çözüləcək - artıq heç kim “ədalət məramını” Avropa sərhədlərində və ya məhkəmələrində axtarmayacaq. Artıq heç kim Qərbin təmkinli və soyuq, daha çox donuq obrazına aldanmayacaq - onun əsl həqiqətdə radikal, emosi?nal, ayrımçı simasını görəcək.
Hədəflər bəşəri dəyərləri üstələyən zaman insanlıq cinayətlərə qurban verilir. Qərb də özünün hədəflərinə doğru “inamla addımladığı” zaman fərqli regionlarda milyonlarla insanın qurban verilməsinə göz yumub və ya səbəb olub. O baxımdan, artıq “tüfəngin lüləsi”nin özünə tuşlanmasını səbr və eyni təmkinlə qarşılamalıdır. Yaratdığının qurbanına çevrilənlərin peşmançılığı fayda vermir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34

