Azərbaycan nümayəndə heyəti İstanbulda XV Avrasiya İqtisadi Zirvə Toplantısında iştirak edir
11.04.2012 [23:52]
Zirvə Toplantısından əvvəl Azərbaycanın təşkilatçılığı ilə 48 ölkədən gəlmiş 300-dən çox prezident, baş nazir, nazirlər və hökumət nümayəndələrinin iştirak etdiyi “Azərbaycan gecəsi” keçirilib. Gecədə “Evrovision-2011” mahnı müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımovun, müğənni Tünzalə Ağayevanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub. Gecənin iştirakçıları incəsənət ustalarımızın ifasını böyük maraqla qarşılayıblar. İstanbul valisi Hüseyn Mutlu Tünzalə Ağayevaya xatirə hədiyyəsi təqdim edib.
Zirvə Toplantısının açılışında UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciəti göstərilib.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri İlham Əliyevin Zirvə Toplantısının iştirakçılarına müraciətini oxuyub: “Hörmətli toplantı iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və On Beşinci Avrasiya Zirvə toplantısının işə başlaması münasibəti ilə təbrik edirəm. Müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına, sosial-iqtisadi tərəqqiyə öz əməli töhfəsini verən Türkiyə Cümhuriyyətində hər il Mərmərə Vəqfinin təşkilatçılığı ilə keçirilən Zirvə görüşləri regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Avrasiya bölgəsində xalqlar və dövlətlərarası siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi işinə müsbət təsir göstərir. Sonuncu Zirvə toplantısından ötən müddət ərzində region ölkələri arasında iqtisadi, siyasi və humanitar əlaqələr daha da güclənmiş, genişmiqyaslı yeni-yeni transmilli layihələrin əsası qoyulmuşdur. Azərbaycan həmişə olduğu kimi, bu layihələrin reallaşdırılmasında, iqtisadi əməkdaşlığın dərinləşdirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Son illərdə intensiv həyata keçirilən və inşası başa çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında imzalanmış “Trans-Anadolu” qaz xəttinin tikintisinə dair anlaşma memorandumu da bu məqsədə xidmət edir. Dünyada cərəyan edən mürəkkəb proseslər, geosiyasi, geoiqtisadi və strateji maraqların mübarizəsi, ekoloji vəziyyət bir sıra təhlükəli meyillərin meydana çıxmasına, iqtisadi böhranların və sosial gərginliyin yaranmasına yol açır, sülhün və təhlükəsizliyin qorunmasını çətinləşdirir. Qlobal inkişafın yeni çağırışlarına cavab verilməsi üçün dünyanın görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, iş adamlarının və aparıcı beyin mərkəzlərinin müxtəlif formatlarda müzakirələr aparmasına və adekvat qərarlar çıxarmasına ehtiyac duyulur. Bu baxımdan, çoxsaylı ölkələri və beynəlxalq təşkilatları təmsil edən mötəbər nümayəndə heyətlərinin iştirak etdiyi Avrasiya Zirvə toplantılarının səmərəli fəaliyyəti gözlənilən ümidləri doğruldur. İnanıram ki, bugünkü yığıncaqda hamımızı düşündürən regional problemlərin həllinə, dövlətlərarası iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına təkan verən, xalqlarımızın mənafelərinə xidmət edən yeni ideyalar irəli sürüləcək və qərarlar qəbul olunacaqdır. Bu yolda hər birinizə uğurlar arzulayıram”.
Professor Əli Həsənov AzərTAc-a müsahibəsində bildirib ki, 2001-ci ildən Azərbaycan 15 il əvvəl 7 ölkənin iştirakı ilə başlayan, indi isə iştirakçı dövlətlərin sayı 48-ə çatan bu Zirvə Toplantısında fəal iştirak edir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri olub. Prezident İlham Əliyev də keçən il bu vəqfin fəxri sədri seçilib. Dövlətimizin başçısı bu Zirvə Toplantısına da təbrikini göndərib. Bu il 48 ölkədən 300-dən çox nümayəndə, o cümlədən prezident, baş nazir, nazirlər, millət vəkilləri və biznes strukturlarının təmsilçiləri “Azərbaycan gecəsində” iştirak edib, ölkəmizi daha yaxından tanıyıblar. Zirvə toplantılarının təkcə iştirakçısı deyil, eyni zamanda, təşkilatçısı da olan Azərbaycanın nümayəndə heyəti hər il mövzu dairəsi genişləndirilən bu toplantılarda istər tribunadan, istərsə də ikitərəfli görüşlərdə ölkəmizin haqq səsini çatdırır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, respublikamızın bölgədə həyata keçirdiyi transmilli layihələri gündəmə gətirir.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirib ki, Avrasiya İqtisadi Zirvə Toplantısı bu il bürünc ildönümünü qeyd edir. Hər il olduğu kimi, bu il də Azərbaycan Zirvə Toplantısının işində ən fəal ölkə kimi iştirak edir. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil çiçək, Monteneqro Prezidenti Filip Vuyanoviç, Makedoniya Prezidenti Gyorge İvanov, İstanbul valisi Hüseyn Mutlu, millət vəkilləri çıxış edərək Zirvə Toplantısının əhəmiyyətindən bəhs edib, tədbirin işinə uğurlar diləyiblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Zirvənin mədəniyyətlərarası dialoq toplantısında sədrlik və çıxış edib. Şeyxülislam bildirib ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev islam dininin dəyərlərinə böyük diqqət yetirdikləri kimi, başqa dinlərin və etiqadların nümayəndələrinə də hər zaman qayğı ilə yanaşıblar. Təsadüfi deyil ki, bütün mötəbər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan bu sahədə ən tolerant ölkə kimi göstərilir. Mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün bütün xalqlar, din xadimləri bir-biri ilə qarşılıqlı anlaşma şəraitində sıx əlaqələr qurmalıdırlar. Toplantıda Azərbaycan Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov, təhsil naziri Misir Mərdanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edirlər. Zirvə Toplantısında professor Əli Həsənov və Əməkdar jurnalist Xalid Niyazovun müəllifi olduqları “Avrasiya zirvələri: Azərbaycandan baxış” kitabı da nümayəndə heyətlərinə təqdim olunub. Kitabda ümummilli liderimiz Heydər Əliyev və Prezident İlham Əliyevin Avrasiya İqtisadi Zirvə toplantıları ilə bağlı materiallar, Azərbaycan nümayəndə heyətinin bu tədbirlərdə iştirakı əksini tapıb.
XV Avrasiya İqtisadi Zirvə Toplantısı öz işini bu gün İzmirdə davam etdirəcək. Enerji mövzusunda keçiriləcək bu tədbirdə Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov çıxış edəcək. Həmin gün XV Zirvə Toplantısının işinə yekun vurulacaq, Azərbaycan nümayəndə heyətinin İzmirin iş adamları ilə görüşü keçiriləcək.
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

