ABŞ konqresmenlərindən “çağırış”...
07.12.2023 [11:00]
“Qaçqın” adı altında Ermənistana yardım davam edir
Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqlar beynəlxalq aləm tərəfindən diqqətlə izlənilir. Kimisi prosesə özünün korporativ maraqları çərçivəsində, kimisi fərqli standartlarla, kimisi isə səmimi yanaşma ilə seçilir - xüsusilə, Qərb ölkələri baş verənlərə münasibətdə birmənalı mövqe nümayiş etdirə bilmir. Əlbəttə ki, burada fərqli maraqlar da “öz sözünü deyir” - məsələn, erməni lobbisinin təsirində olan bəzi “siyasətçilərin” yanaşmaları heç də beynəlxalq hüququn ali dəyərlərini özündə əks etdirmir.
Məsələn, 30 ilə yaxın müddətdə “907-ci düzəliş” kimi ədalətsiz bir münasibəti “dəstəkləyən” bəzi ABŞ konqresmenləri yeni mərhələdə ermənipərəst davranışlarını fərqli məcrada davam etdirirlər. Belə ki, ABŞ konqresmenləri Konqres rəhbərliyinə Ermənistana təhlükəsizlik üçün 10 milyon dollar ayırmağa və Qarabağ “qaçqınlarına” yardıma çağırış ediblər. Bu barədə Ermənistan mətbuatı senator Aleks Padilla və Nümayəndələr Palatasının üzvü Anna Eşunun məktubuna istinadən məlumat yayıb. Konqresmenlər qeyd ediblər ki, Ermənistan təhlükəsizliyinin ənənəvi qarantı olan Rusiyadan uzaqlaşdığı üçün xüsusilə həssas vəziyyətə düşüb. Məlumata görə, çağırışa ABŞ Konqresinin yuxarı və aşağı palatalarının 60 üzvü qoşulub.
İrəvanı maliyyələşdirmə “yolu”...
İlk növbədə ABŞ konqresinin 60 nümayəndəsinin məsələləri ədalət müstəvisində dəyərləndirməməsi təəssüf doğurur. İndiki halda, Qarabağdan öz xoşu ilə könüllü olaraq Ermənistana üz tutan şəxslərin “qaçqın” adlandırılması məsələni fərqli kontekstlərdə təqdim etmək üçün hazırlanan “bazadır”. Erməni lobbisi məhz “Qarabağ qaçqını” terminini dövriyyəyə buraxmaq niyyətindədir ki, sonrakı illərdə bu yalan təbliğatının miqyasını genişləndirə bilsin. ABŞ Konqresinin deputatları isə erməni lobbisinin bu oyununun tərkib hissəsi kimi çıxış etmək qədər cılızlıq nümayiş etdirirlər.
Eyni zamanda, Azərbaycana qarşı aparılan təzyiq kampaniyasını məhz bu yolla “pərdələməyə” çalışan Ermənistanın havadarları və erməni lobbisi adıçəkilən “üsulla” İrəvanın “maliyyələşdirilməsini” təmin edir. Digər tərəfdən, Ermənistanı yenidən “məzlum” obrazda qələmə vermək niyyətində olanlar bu yalanı tirajlamaq üçün “fürsət” qazanırlar. Onlar bu yolla Azərbaycanın regionda formalaşdırdığı təhlükəsizlik mühitini inkar, yaradılan birgəyaşayış imkanlarını təkzib etmək, reinteqrasiya ilə bağlı irəli sürülən müsbət addımları və proqramı ikinci plana keçirmək istəyirlər. Qarabağı öz arzusu ilə tərk edən insanların “qaçqın” adlandırılması cəhdi beynəlxalq hüquqa zidd olduğu qədər mənəvi haqsızlıq nümunəsidir - erməni lobbisinin təsiri altında olan ABŞ konqresmenləri bununla Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin reinteqrasiyası üçün aparılan genişmiqyaslı fəaliyyəti təkzib etməyə çalışmış olurlar. Bu kimi önəmli bir faktın ABŞ parlamentariləri tərəfindən gözardı edilməsi isə yolverilməz və qəbuledilməzdir.
“907-ci düzəliş”in müəllifləri “qaçqın”ların kimliyini bilir...
ABŞ konqresmenləri tərəfindən “qaçqın” adlandırılan şəxslərin əksəriyyətinin kimliyi hər kəsə, o cümlədən elə amerikalı parlamentarilərə yaxşı tanışdır. ABŞ Konqresi tərəfindən illərlə ləğv edilmiş separatçı rejimə pul ayrılıb - onlar yaxşı bilirlər ki, həmin şəxslərin mühüm əksəriyyəti terrorçu zehniyyətə malik seapartizm bəlasının daşıyıcılarıdırlar. Eyni zamanda, “qaçqın” adlandırılan kəsimin mühüm əksəriyyəti əsl həqiqətdə Qarabağ sakini olmayıb - işğal illərində qanunsuz məskunlaşdırılmış şəxslər və ya Ermənistan vətəndaşlarıdır. Həmçinin onların əksəriyyəti Ermənistan pasportu daşıyır.
Bəli, bu bir daha təsdiqləyir ki, Qarabağdan getmiş etnik ermənilərin mühüm əksəriyyəti Ermənistan silahlı qüvvələrinin hərbçiləri və onların ailə üzvləridir. İşğal dövründə Qarabağda məskunlaşdırılmış, orada qeyri-qanuni olaraq hərbi fəaliyyətlə məşğul olmuş bu insanlar hansı beynəlxalq qanuna əsasən “qaçqın” statusu ala bilər? Bu gün onları “qaçqın” kimi təqdim etməyə çalışanlar isə faktiki olaraq qanunsuz məskunlaşmaya bəraət qazandırmağa çalışanlardır. Belə çıxır ki, bir sıra terror təşkilatları işğal etdiyi bölgələrdən çıxarıldıqdan sonra “qaçqın” statusu qazanmaq “hüququ” əldə edir? Bu, hansı beynəlxalq hüquqla təsbit olunur?
Bu gün rahat, təhlükəsiz, ən əsası öz xoşu ilə Qarabağı tərk edənlərin tam əksinə olaraq 30 il qabaq azərbaycanlılar ayaqyalın, çılpaq, ölüm qorxusu altında, malını-mülkünü arxada buraxaraq dədə-baba yurdlarından qovulmuşdular. Amma bütün dünya bu haqsızlığa qarşı susmuşdu. Xüsusilə ABŞ Konqresi məhz həmin günlərdə Azərbaycana qarşı ən böyük haqsızlığı - “907-ci düzəlişi” qəbul etmişdi. Bu gün Ermənistanda “qaçqın axtarışına” çıxan konqresmenlər 30 il ərzində öz evində yaşamaq hüququ əlindən alınmış bir milyona yaxın azərbaycanlının taleyinə biganə qalmışdı. Bu mənada, Ermənistanın özünün belə qaçqın adlandırmadığı Qarabağ ermənilərinin ABŞ konqresmenləri tərəfindən “tanınması”, onlara “maliyyə yardımı ayırmaq” istəməsi ədalətsiz və haqsız mövqedir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17

