Dövlət gənclər siyasətinin həyata keçirilməsində fərqlənmiş gənclərə mükafatlar təqdim edilib
17.02.2012 [23:51]
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ümummilli lider Heydər Əliyev daim gənclərə qayğı göstərib, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verib. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb.
Qeyd edilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artırılmasına olduqca müsbət təsir göstərdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Mədəniyyət və incəsənət, elm, texnika və təhsil sahəsində nailiyyətlər qazanan, respublikamızı xarici ölkələrdə, beynəlxalq miqyaslı tədbirlərdə yüksək səviyyədə təmsil edən gənclərin sayının ildən-ilə artması məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir.
ölkədə həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülən işlər barədə məlumat verən İntiqam Babayev qeyd edib ki, ölkədə gənclər aparıcı qüvvədir. Onlara sağlam və fəal həyat mövqeyi aşılanması, geniş fəaliyyət şəraiti yaradılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, 2010-cu il Azərbaycan Prezidenti tərəfindən “Gənclər ili” elan edilib, 2011-2015-ci illər üçün Dövlət Proqramı qəbul olunub.
Hər cür imtiyazlara malik olan Azərbaycan gənclərinin istər işlə təminatında, istər xarici ölkələrdə təhsil almalarında, istərsə də onların istirahətlərinin təminatında böyük proqramların reallaşdırıldığını bildirən nazir müavini bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi üçün ardıcıl tədbirlərin görüldüyünü söyləyib.
Sonra dövlət gənclər siyasətinin əsas istiqamətləri kimi həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərmiş gənclər ənənəvi olaraq 2 fevral - Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı” ilə təltif olunublar.
Mükafatları Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Sosial
19 Sentyabr 14:43
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28

