Doğma Qubadlı, sən azadsan!
25.10.2023 [10:20]
27 illik həsrətə son...
Bu gün Qubadlı rayonunun işğaldan azad edilməsinin üçüncü ildönümünü qeyd edirik. Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də müharibənin gedişatında önəmli dönüş nöqtəsi oldu. Belə ki, Ordumuzun şücaəti nəticəsində 4-cü rayonumuz düşmən tapdağından qurtuldu. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri, oktyabrın 17-də Füzuli şəhəri, oktyabrın 20-də isə Zəngilan şəhəri azad edildi. Zəngilandan sonra təbii ki, növbəti istiqamət Qubadlı idi. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı.
Qubadlımız 27 illik qubardan qurtuldu...
Bu deyilənlər yetərlidir ki, Qubadlının azad edilməsi əməliyyatının nə qədər xüsusi peşəkarlıq, fədakarlıq tələb etdiyi tam aydın olsun. Xüsusi peşəkarlıq deyərkən ilk növbədə onu nəzərdə tuturuq ki, itkilərimiz minimum, nəticələr isə maksimum olmalıydı. Oldu da... Şanlı Ordumuz öz əcdadının hərb ənənələrinə sadiq qalaraq, yeni silahlardan məharətlə yararlanaraq, həm peşəkarlığı, həm də fədakarlığı ilə seçildi. Beləliklə, 27 il işğalda qalan Qubadlı şəhərinə hakim olan yüksəkliklər götürüldü, şəhərətrafı kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq düşməndən təmizləndi. Nəhayət, oktyabrın 25-də Müzəffər Silahlı Qüvvələrimiz şəhəri düşməndən təmizlədi. Qubadlı şəhəri qurtulduqdan sonrakı günlər rayonun digər kəndləri də məhz peşəkarlıq və fədakarlıq əsəri sayılacaq əməliyyatlarla, döyüşlərlə azad olundu, bununla da Qubadlımız 27 illik qubardan qurtuldu...
Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti oktyabrın 25-də özünün “Twitter” hesabından elan etmişdi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15189 hərbi qulluqçumuz Prezidentin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.
Qubadlının işğalı: Nələri itirmişdik?
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 161 mədəniyyət obyekti, 7 məscid, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 16 körpü dağıdılmış və yararsız duruma salınmışdı. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdı.
İşğala qədər Qubadlının torpaq fondunun 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi.
Qubadlıdan 30 minə yaxın məcburi köçkün respublikamızın müxtəlif yaşayış məntəqələrində keçici olaraq yerləşdirilmişdi. Qubadlı şəhərinin və onun kəndlərinin əhalisini zorla didərgin salan Ermənistansa rayonun Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən müxəlif vədlərlə gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdi. Əlbəttə, bu özü də bir müharibə cinayətidir. Ermənistanın da qoşulduğu məlum “Cenevrə konvensiyaları”na görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş sayılır. Bir sözlə, Ermənistanın hərbi-siyasi rəhbərliyi başda olmaqla, ermənilərin vandallığı Qubadlıdan da yan keçməyib.
Yeganə Sahib
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40

