/ / İşğal müddətində, II Qarabağ müharibəsi və antiterror tədbirlərində... Humanitar normalara əməl edilib
İşğal müddətində, II Qarabağ müharibəsi və antiterror tədbirlərində... Humanitar normalara əməl edilib
13.10.2023 [10:23]
Ermənistanın isə törətdiyi müharibə cinayətlərinin sayı-hesabı yoxdur
Ermənistan 30 illik işğalçılıq siyasəti dövründə bütün humanitar qaydaları pozaraq bu yöndə bütün beynəlxalq konvensiyaları, humanizm prinsiplərini tapdayıb. 1992-ci ildə törədilmiş Xocalı soyqırımı, mülki insanların kütləvi qətliamı, işğal olunmuş ərazilərdə bütün mülki infrastrukturun dağıdılması, yaşayış məntəqələrinin Yer üzündən silinməsi erməni vandalizminin bariz nümunələridir. 44 günlük Vətən müharibəsində də erməni tərəfi beynəlxalq humanitar hüququ pozaraq döyüşlərin getdiyi ərazidən uzaqda yerləşən yaşayış məntəqələrinə hücum edərək 100-dən çox mülki insanı qətlə yetirib. Gəncə, Bərdə, Tərtər şəhərlərinə terror hücumu, eləcə də Mingəçevir şəhərinin, Xızı rayonunun raket hücumuna məruz qalması da deyilənləri tədiqləyir.
Amma Ermənistandan fərqli olaraq Azərbaycan Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də 24 saatlıq antiterror tədbirləri zamanı bütün humanitar qaydalara əməl edib. Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib ki, Azərbaycan beynəlxalq hüququ pozmayıb, biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub”.
Məlumdur ki, 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri təslim olmağa məcbur edildi. Cəmi bir sutka ərzində “ağ bayraq” qaldırıldı. Antiterror tədbirləri çox peşəkarlıqla aparıldı və yalnız legitim hərbi hədəflər məhv edildi. Bu tədbir zamanı mülki əhali və obyektlər heç bir zərər görmədi. Bu, bir daha dövlətimizin humanizm siyasətinə sədaqətindən xəbər verən amillərdəndir.
Xatırladaq ki, antiterror tədbirləri başlayan gün - sentyabrın 19-da yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq, Azərbaycan Müdafiə Nazirliyi Qarabağ ermənilərinə müraciət edərək mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdı. “Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır”, - deyə nazirliyin müraciətində bildirilirdi. Həmçinin qeyd olunmuşdu ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı. Bu faktlar humanizmin növbəti göstəricisidir. Bununla yanaşı, mülki erməni əhalisi üçün humanitar yardımlar da diqqət mərkəzindədir.
Antiterror tədbirlərindən dərhal sonra dövlətimiz bölgəyə humanitar yardımlar göndərir. Bu yardımlara ərzaq, qida məhsulları ilə yanaşı həyati əhəmiyyət kəsb edən yanacaq məhsulları da çatdırılır. Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.
Yeri gəlmişkən, sentyabrın 20-də Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Qarabağda kriminal xunta rejimi təslim olandan sonra burada yaşayan erməni əhalisinin də rahat nəfəs ala biləcəyini deyib. Müraciətində dövlət başçısı Qarabağ ermənilərinin hüquqlarının təmin ediləcəyini vurğulayıb. Beləliklə, Azərbaycan dövlətinin humanist siyasəti Qarabağ ermənilərinin bundan sonra əmin-amanlıq və rifah şəraitində yaşamasına səbəb olacaq.
NARDAR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09

