Hərbi Doktrinaya dəyişikliklər...
08.07.2023 [10:50]
Buna ehtiyac varmı?
Bu gün Azərbaycanın hərbi gücü bütün dünyada etiraf olunur. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır.
Dövlətimizin təhlükəsizliyi və müdafiəsi məsələləri Azərbaycanın Hərbi Doktrinasında öz əksini tapır. Qeyd edək ki, Hərbi Doktrina Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin təsdiqinə verilib və parlament 8 iyun 2010-cu il tarixli qərarı ilə sənədi təsdiq edib. Ümumilikdə, 8 bölmə və 75 bənddən ibarət olan Hərbi Doktrinanın “Ümumi müddəalar” bölməsində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olaraq, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəd olduğu bildirilir. Azərbaycanın milli təhlükəsizlik siyasətinin tərkib hissələrindən biri kimi hərbi sahədə və digər sahələrdə milli maraqların təmin edilməsinə yönəlmiş müdafiə siyasətinin məqsədləri, əsasları və prinsiplərinin dövlətimizin milli təhlükəsizlik konsepsiyasında, habelə həmin konsepsiyanın hərbi təhlükəsizliklə bağlı müddəalarının reallaşdırılmasını və onların inkişafını istiqamətləndirən Hərbi Doktrinada əks olunur.
Xatırladaq ki, Milli Məclisin srağagün keçirilən iclasında millət vəkili Elşad Mirbəşiroğlu Hərbi Doktrinada dəyişikliklərin olunması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, Hərbi Doktrinanın 75-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının dəyişən təhlükəsizlik mühitinə uyğun olaraq, doktrinada dəyişikliklər, dəqiqləşdirmələr və əlavələr etmək olar: “Bu gün artıq yeni reallıqlar şəraitində yaşayırıq. Azərbaycan Respublikasının təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, regionda yeni geosiyasi reallıqlar və təhlükəsizlik mühiti formalaşdırılıb. Müvafiq olaraq, Azərbaycan Respublikasının Hərbi Doktrinasında da dəyişikliklər etmək lazımdır. Azərbaycan həm də Cənubi Qafqaz regionunda təhlükəsizlik sisteminin yaradılması missiyasını da öz üzərinə götürüb. Hərbi Doktrinada bu məqamın da ifadə olunması yaxşı olardı. Azərbaycan Respublikasının təhlükəsizliyinə olan təhdidlərin də xarakteri dəyişib”.
E.Mirbəşiroğlu qeyd edib ki, doktrinada yeni reallıqlara uyğun dəqiqləşdirmələrin və dəyişikliklərin edilməsi zəruridir: “Xüsusilə də, doktrinanın 14, 15, 16, 21 və sair maddələrində dəqiqləşmənin aparılması lazımdır”. Onun fikrincə, Azərbaycan ərazisində separatizmə açıq dəstək verən ölkələrlə bağlı məqamlar da sənəddə öz əksini tapmalıdır.
Hərbi Doktrinanın “Azərbaycan Respublikasının təhlükəsizlik mühiti” bölməsində Ermənistan tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğalı, Ermənistanın vaxtilə azərbaycanlılar yaşamış bölgələrində və ölkəmizin işğal olunmuş ərazilərində etnik təmizləmə siyasətinin aparılması, iqtisadi və sosial infrastrukturun dağıdılması ilə nəticələnmiş təcavüz aktının davam etdirilməsi milli təhlükəsizliyimizə mənfi təsir göstərən əsas amil kimi qeyd olunur. Lakin artıq Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib. Bunu nəzərə alsaq, sənəddə müvafiq dəyişikliklərin edilməsi zəruridir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Hərbi Dokrina ilə bağlı ötən dövrdə müxtəlif müzakirələr aparılıb. Onun sözlərinə görə, hazırda dünyada, o cümlədən regionumuzda geosiyasi vəziyyət xeyli dəyişib. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, dünyada nüfuzu xeyli dərəcədə artıb. Eləcə də, artan hərbi gücümüz və regional proseslərə hərbi-siyasi kontekstdən yanaşma Azərbaycanın regionda rolunu möhkəmləndirib.
Ekspertin fikrincə, yeni şəraitdə Azərbaycanın Hərbi Doktrinasında dəyişikliklər edilə bilər: “Düşünürəm ki, Ermənistanla sülh sazişi imzalanandan sonra sənədi yenilənməyə ehtiyac olacaq. Bununla yanaşı, Azərbaycanın bir sıra dövlətlərlə də münasibətləri doktrinada əksini tapa bilər. Doğrudur, bu sənəd milli təhlüksəziliyimizlə bağlı olduğu üçün burada tələskənlik lazım deyil. Əgər sənədə dəyişiklik zərurəti meydana çıxarsa, ictimai müzakirəyə təqdim edilməsi də istisna deyil”.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53

