İsveç üçün “xəyal qırıqlığı”...
01.06.2023 [11:12]
Sammit öncəsi Stokholm həyəcan içindədir
Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi ilə proses qaldığı yerdən davam edəcək
Martın sonunda Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüyünün təsdiq edilməsi ilə ötən ilin yayında əsası qoyulan “Madrid prosesi” yarımçıq dayanmışdı. Finlandiya ilə paralel olaraq üzvlüklə bağlı müraciət edən İsveçin istəyinə “hə” deyilmədi. Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdi, lakin Türkiyə onlardan PKK-nı terrorçu elan etmələrini və 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək giriş prosesini əngəlləmişdi. Ötən ilin iyunun 28-də NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli Memorandum imzalanmışdı. Rəsmi Ankara iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına daxil olması üçün irəli sürdüyü tələblərin yerinə yetirilməsinə nail olmuşdu - imzalanan Memaranduma əsasən rəsmi Ankaranın tələblərinə qarşı Skandinaviya ölkələri PKK və onun uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlığa, terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsinə, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyinə razılaşmışdı. Bununla yanaşı, müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması, terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması və terrorçu cinayətkarların ekstradisiyasına dair konkret addımların atılması və ikitərəfli müqavilə tənzimləmələrinin aparılması ilə bağlı razılaşma sənəddə öz əksini tapmışdı. İsveç və Finlandiya PKK, onun qolları və cəbhə təşkilatlarının pul toplama və işə götürmə fəaliyyətlərinin qadağan edilməsi, onların araşdırılması, Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması, hər iki ölkənin Aİ təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi ilə bağlı da öhdəlik götürmüşdü.
İsveç riayət etmədi...
Amma ötən müddət ərzində İsveç bu öhdəlikləri yerinə yetirmədi. Türkiyənin rəsmi Stohkolmdan tələb etdiyi terrorçuların təslim edilməməsi isə İsveçin NATO yolunu bağladı. Bu ilin martın 31-də isə Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Protokolun təsdiq edilməsi təklifini müzakirə edib. Deputatların səsverməsinə çıxarılan təklif qəbul olunub. Bununla da Finlandiyanın NATO-ya üzv olması üçün Parlamentdə atılan addım tamamlanıb. Vurğulayaq ki, Finlandiya Türkiyədən əvvəl NATO-ya üzv olan 29 ölkənin təsdiqini almışdı. Türkiyənin də razılığı ilə onun üzvlük prosesi tamamlandı.
Ümid Vilnüs Zirvəsinə idi...
İsveçin ötən iki ay ərzində prosesi sükutla izləməsi isə Türkiyədə keçirilən prezident seçkiləri ilə bağlı idi. Hələ seçki dövründə İsveç mətbuatı, o cümlədən dövlət rəsmiləri prosesin məhz Prezident Ərdoğanın iradəsi ilə bloklandığını bildirmişdilər - onlar Türkiyədə baş tutacaq seçkilərin fərqli nəticələrə yol açacağını, beləliklə də, öz iddialarını həyata keçirəcəklərini düşünürdülər. Hətta İsveçin müdafiə naziri Pol Yonson bir müddət əvvəl NATO-ya daxil olacaqları ilə bağlı qətiyyətli danışmışdı. O, iyul ayında keçirilməsi nəzərdə tutulan NATO-nun Vilnüs Zirvəsində üzvlük məsələsinin həllini tapacağına ümid etdiyini bildirmişdi. P.Yonson ölkəsinin NATO üzvlüyü ilə bağlı istəyinə 29 ölkənin razılıq verdiyini, iki dövlətin - Türkiyə və Macarıstanın buna qarşı çıxdığını qeyd etmişdi: “Türkiyə ilə Macarıstanın qərarlarına hörmətlə yanaşırıq. İyul ayında NATO liderlərinin zirvə görüşündə üzvlüklə bağlı müraciətimizə müsbət cavab veriləcəyini düşünürük. Vilnüs Zirvəsinə qədər NATO-ya daxil ola bilsək, bunun Alyans üçün də yaxşı nəticələr verəcəyini düşünürük. Çünki Vilnüs toplantısı dönüş anı ola bilər”, - deyə İsveç müdafiə naziri əlavə etmişdi.
Amma prosesin inkişafı onu göstərir ki, İsveçin üzvlük tələbi bu dəfə də ertələnə bilər - Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi prosesin qaldığı yerdən davam edəcəyini göstərir.
İsveç kimə “arxayın” idi?
İsveçin bu kimi ümidlərə düşməsi isə əbəs deyildi. Seçkidə iştirak edən digər tərəfin, CHP lideri Kamal Kılıçdaroğlunun terror təşkilatları ilə dialoq aparması haqda Türkiyə mətbuatında mühüm informasiyalar verilmişdi. Eləcə də bölücü terror təşkilatı PKK açıq şəkildə Kılıçdaroğlunu dəstəklədiyini bəyan etmişdi. Hətta terror təşkilatının Avropa qanadı bununla bağlı məlum bəyanatlar da vermişdi. Güman etmək olar ki, İsveçin seçkidən əvvəl iyul sammitinə ümid bağlamasının arxasında da məhz bu amil dayanırmış.
Türkiyə sözündə qətidir...
Rəsmi Ankaranın mövqeyi isə dəyişməzdir. Ankara razılıq qarşılığında Stokholmdan Türkiyəyə qarşı terror fəaliyyətində təqsirləndirilən şəxslərin, həmçinin 2016-cı ildə hərbi çevriliş cəhdində iştirak edən şəxslərin ekstradisiyasını tələb edir. Rəsmi Ankaranın fikrincə, İsveç Şimali Atlantika Alyansına üzvlük üçün Türkiyə ilə imzaladığı memorandum çərçivəsində inandırıcı addım atmayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, İsveç tələblərimizi yerinə yetirməsə, NATO-ya üzvlüyünü ratifikasiya etməyəcəyik.
Beləliklə, Vilnüs Sammiti öncəsi İsveçin NATO arzularının gerçəkləşmə ehtimalı çox aşağıdır. Bu isə Avropa qitəsində yeni siyasi reallıqların yaranmasının, bəzi güclərin öz maraqlarına uyğun şəkildə hərbi konfiqurasiya formalaşdırmasının qarşısını alır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

