Azərbaycan - Aİ strateji tərəfdaşlığı...
30.11.-0001 [00:00]
İttifaq üzvü olan dövlətlər ilə ölkəmiz arasında enerji sahəsi üzrə yaxın əməkdaşlıq mövcuddur
Azərbaycanın xarici siyasət kursu çoxvektorluğu ilə seçilir və qarşılıqlı əməkdaşlığa, milli maraqlara əsaslanır. Ölkəmiz bütün beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında maraqlıdır. Məsələn, Azərbaycan hər zaman Avropa İttifaqı ilə yaxın əməkdaşlıqda maraqlı olduğunu bildirib. Ölkəmiz İttifaq üzvü olan dövlətlərlə yaxın iqtisadi-siyasi əlaqələrə malikdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb. Söhbət zamanı Cənub Qaz Dəhlizinin uğurla icra olunması işinə Maroş Şefçoviçin verdiyi töhfə qeyd edilib və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri kimi onun fəal rolu vurğulanıb. Maroş Şefçoviç Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi və səmərəli fəaliyyəti ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırıb.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ötən ilin iyulunda ölkəmizə səfəri və bu səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib. Azərbaycan qazının Avropa İttifaqı məkanına ixracının artırılması prosesinin uğurla icra olunduğu və bu xüsusda aprel ayında Sofiyada imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan qazının Avropa məkanında daha geniş coğrafiyanı əhatə etməsinin önəmi qeyd olunub. Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bərpaolunan enerji istehsalı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edildi, bu sahənin böyük perspektivlərə malik olduğu bildirilib. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığın uğurla davam etdiyi vurğulanıb.
Bəlli olduğu kimi, hazırki geosiyasi reallıqlar fonunda Avropa İttifaqı məkanında enerji daşıyıcılarına tələbatın artması Cənub Qaz Dəhlizi ideyasını irəli sürən və bu layihənin əsas moderatoru qismində çıxış edən Azərbaycanın strateji baxışlarının uzaq məqsədlərə hesablandığını bütün cəhətləri ilə ortaya qoyur. Hazırda Azərbaycan Avropa üçün yeni resurs mənbəyi, Cənub Qaz Dəhlizi isə yeni nəql marşrutu sayılır. Eyni zamanda, Avropa Komissiyası bütün mərhələlərdə Cənub Qaz Dəhlizi layihəsinin irəliləməsinə öz dəstəyini göstərib. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub. 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin respublikamıza səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Cari ildə qaz ixracının 24,5 milyard kubmetrə çatacağı gözlənilir. Eyni zamanda, Azərbaycanın Avropada qaz tədarük etdiyi ölkələrin coğrafiyası da genişlənir. Bütövlükdə, Azərbaycanla Avropa İttifaqı arasında formalaşan enerji dialoqu əməkdaşlığın nadir formatı kimi səciyyələndirilir.
Avropa Komissiyası ilə imzalanan memorandum quru milə Azərbaycan arasındakı enerji dialoqunun növbəti mərhələsi sayılır. Xəzər sahillərindən Avropayadək 3500 kilometr məsafədə uzanan Cənub Qaz Dəhlizi cəmi iki il bundan əvvəl istifadəyə verilsə də, onun genişləndirilməsinə tələbat yaranıb.
Digər tərəfdən, Azərbaycan da hər zaman Avropaya qaz ixracının həcmini artırmağa hazır olduğunu bildirir. Respublikamız 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatlarına malikdir. Proqnozlaşdırılan ehtiyatlar isə bundan xeyli çoxdur. Azərbaycanda böyük həcmlərdə qaz hasilatına “Şahdəniz” yatağının istismarına start verilməsi ilə başlanıb. Eyni zamanda, yeni yataqlar üzrə də kəşfiyyat işləri aparılıb və zəngin ehtiyatlar aşkarlanıb.
Aİ ilə Azərbaycan arasındakı enerji mübadiləsinin ən mühüm məqamlarından biri isə, qeyd edildiyi kimi, yaşıl enerjidir. Yaşıl enerji də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi sayılır və tərəflərin strateji baxışlarını ifadə edir. Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Vətən müharibəsi zamanı işğaldan azad etdiyimiz torpaqlarda yaşıl enerji potensialı 10 qiqavata yaxındır. Ölkəmizdə bərpaolunan mənbələrdən enerji istehsalı üzrə layihələrin icrasına isə artıq start verilib. Əlamətdar haldır ki, xarici investorlar bu sahədə ilk böyük layihələrə sərmayələr yönəldirlər. Azərbaycanda istehsal olunacaq yaşıl enerji Avropaya Qara dənizin dibi ilə çəkiləcək marşrutla ötürüləcək. Yaşıl enerji dəhlizinin yaradılması isə Azərbaycanla Aİ arasında əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxHadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22

