Ədalətin və qanunun keşiyində
01.10.2026 [08:36]
108 illik şərəfli yol...
Prokurorluq işçilərinin peşə bayramıdır
Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri hüququn aliliyinin və ədalət mühakiməsinin etibarlı şəkildə təmin edilməsidir. Bu baxımdan prokurorluq orqanlarının formalaşması və fəaliyyətə başlaması, sonrakı tarixi inkişaf mərhələlərindən keçərək müasir dövrə qədər öz funksiyasını davam etdirməsi ölkəmizin hüquq sisteminin təşəkkülündə mühüm yer tutur. Aradan 1 əsrdən artıq zaman keçməsinə baxmayaraq, prokurorluğun keçdiyi tarixi yol yalnız illər və statistik göstəricilərlə deyil, eyni zamanda dövlətçilik ənənələrinin möhkəmlənməsi, milli iradənin ifadəsi və hüquqi düşüncənin inkişafı baxımından da əhəmiyyət daşıyır.
108 illik yol - həm çətinliklərin, həm də uğurların məcmusudur. Əsrin əvvəllərində cümhuriyyətin hüquqi təməlini qoyan bu orqan sonrakı onilliklərdə müxtəlif siyasi, ictimai şəraitlərdən keçərək güclənib, müstəqillik dövründə isə tamamilə yeni mahiyyət qazanaraq, dövlətin suverenliyi, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün etibarlı mexanizmə çevrilib.
Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib. Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil edir.
Azərbaycan Konstitusiyasında ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun yeri müəyyənləşdirilib. Belə ki, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilib.
Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin olunması və vətəndaşların hüquq və azadlıqlarının qorunması prioritet istiqamətlərdən birinə çevrilib. Dövlət başçısı hər zaman vurğulayıb ki, ədalət və qanunçuluq prinsipləri yalnız cəmiyyətin deyil, həm də dövlət idarəçiliyinin əsas dayağıdır. Bu baxımdan prokurorluq orqanlarının fəaliyyəti müasir tələblərə uyğun şəkildə təkmilləşdirilmiş, struktur və kadr islahatları həyata keçirilib, maddi-texniki baza gücləndirilib.
Prokurorluq orqanlarının müstəqilliyi və peşəkarlığının artırılması istiqamətində qəbul edilən dövlət proqramları, qanunvericilikdə aparılan dəyişikliklər və idarəçilikdə tətbiq olunan innovativ mexanizmlər, məhz Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir. Bu gün prokurorluq yalnız cinayətkarlığa qarşı mübarizə aparan bir institut deyil, həm də vətəndaşların ədalətə inamını möhkəmləndirən, dövlətin sosial-siyasi sabitliyinə töhfə verən mühüm hüquq-mühafizə orqanıdır.
Xüsusilə son illərdə korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması, elektron xidmətlərin tətbiqi və kadr hazırlığında yeni mərhələnin başlanması prokurorluğun fəaliyyətinə keyfiyyətcə yeni çalarlar gətirib. Bu isə Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursun - hüquqi dövlət, güclü ədalət sistemi və qanunun aliliyinin təmin olunması siyasətinin bariz təzahürüdür.
Azərbaycan Prezidentinin 3 mart 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması həm də prokurorluq strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm idi. Bu sərəncam mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və işin daha səmərəli təşkil olunmasında əhəmiyyətli rol oynayır.
Prokurorluq işçiləri hüquqi maarifləndirmə işlərində də fəal iştirak edirlər. Onlar yalnız cinayətkarları cəzalandırmaqla deyil, eyni zamanda, cinayətin qarşısını almaqla, vətəndaşlara qanunun necə işlədiyini başa salmaqla da məşğuldurlar. Bu isə uzunmüddətli perspektivdə hüquqi savadlı və təhlükəsiz bir cəmiyyətin formalaşmasına xidmət edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45

