Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlətin növbəti sosial qayğısı

Dövlətin növbəti sosial qayğısı

01.10.2026 [11:16]

Hərbçilərin əməkhaqları artırılacaq

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan “Vergi Məcəlləsi”nə və “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişikliklər layihəsinə əsasən, hərbi qulluqçuların əməkhaqlarının artırılması, eyni zamanda onların pensiyalarının məbləğinə yenidən baxılması nəzərdə tutulur. Belə ki, dəyişikliyə görə, hərbçilərin baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Yeni islahat tədbiri nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artacaq. Artımlar üçün dövlət büdcəsindən illik əlavə olaraq 550 milyon manatadək vəsait ayrılması nəzərdə tutulur.

Müdafiə Nazirliyi sistemində aparılan bu sosial tədbirlər hərbçilərin rifahını daha da artıraraq, onları daha çox xidmət etməyə stimullaşdıracaq. Bununla yanaşı, hərbi qulluqçuların əməkhaqqı və təminat xərcliyi arasındakı əlaqə aradan qaldırılmaqla, onların fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq. Bu da gələcəkdə daha çox yığım nisbəti əsasında daha yüksək pensiya məbləğini formalaşdıracaq.

2024-cü və 2025-ci illərdə həyata keçirilən sosial dəstək tədbirləri

Hərbçilərə dövlət qayğısı davamlı və genişdir, müxtəlif proqramları əhatə edir. Son bir ildə müxtəlif qanunlara edilmiş dəyişliklər sayəsində hərbçilərin pensiyası artırılıb, sosial təminatı yaxşılaşdırılıb. 2024-cü ildə “Əmək pensiyaları haqqında qanun”a edilmiş dəyişikliklərdən sonra müharibə ilə əlaqədar əlilliyi olan hərbi qulluqçuların pensiyası 10 faiz artırılıb. Bir il sonra, 2025-ci il yanvarın 1-dən etibarən dövlət başçısının imzaladığı müvafiq fərmana əsasən, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları 20 faiz artırılıb. Həmçinin hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin ödənilməsi təmin edilib, pensiya təminatı təkmilləşdirilərək indeksləşdirilib.

Ümumilikdə, Azərbaycanda hərbçilərə olan dövlət qayğısı davamlı xarakter daşıyır və sosial xərclərin strukturunda hərbi qulluqçuların sosial təminatı başlıca yerlərdən birini tutur. Hərbçilərimizin pensiya təminatı, müavinətlərinin artrırılması istiqamətində ardıcıl addımlar atılmaqdadır.

Ölkəmizin iqtisadi-maliyyə imkanları genişləndikcə bu sahəyə daha böyük həcmlərdə vəsait yönəldilir. Azərbaycanın hərbi-müdafiə xərclərinin artımı son illərdə davamlı templərlə artmaqdadır. 2003-cü ildə bu sahəyə yönəldilən dövlət xərclərinin məbləği 150 milyon manat idisə, hazırda 8,7 milyard manatdan çoxdur. Bu, o deməkdir ki, son 23 ildə hərbi xərclər 58 dəfə artırılıb.

4 mindən çox hərbi qulluqçu mənzillə təmin olunub

Hərbi qulluqçulara olan dövlət dəstəyinin nümunələrindən biri də hərbi qulluqçularun mənzil təminatıdır. Dövlət başçısının “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” müvafiq fərmanına əsasən, davamlı olaraq Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması həyata keçirilir. Ötən dövr ərzində dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 4167 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub. Hazırda siyahı üzrə 1000-ə yaxın hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib və onların da tam təmirli mənzillərlə təmin olunması nəzərdə tutulur. 2026-cı ilin dövlət büdcəsindən 35 milyon manat məbləğində bu məqsədlər üçün vəsait ayrılıb. Hazırda mənzil növbəsində dayanan, ancaq kirayədə qalan hərbçilərin kirayəyə götürdüyü yaşayış sahəsinə görə, vəsaitləri də dövlət ödəyir ki, bu məqsədlər üçün də büdcədən 15 milyon manat vəsait ayrılıb.

Ümumilikdə, komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir. Göründüyü kimi, hərbçilərin sosial təminatının, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin yürütdüyü siyasətin ən prioritet istiqamətlərindən biri kimi hər zaman ön planda dayanır.

Hərbçilər üçün əlçatan və şəffaf ipoteka siyasəti

Hökumət hərbçilərin mənzil təminatını daha da yaxşılaşdırmaq məqsədilə güzəştli ipoteka kreditlərinə əlçatanlığı da artırıb. “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”yə edilmiş dəyişikliklərə əsasən, Müdafiə Nazirliyi hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi imkanlarının daha da yaxşılaşdırılması nəzərdə tutulub. Belə ki, xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinə dövlət dəstəyini əhatə edir. Qaydalara əsasən, ipoteka krediti ilə ev alan xüsusi təyinatlıların aylıq kredit ödənişinin yarısını dövlət ödəyir. Bundan başqa, xüsusi təyinatlılar ipoteka krediti götürərkən ilkin ödənişi də dövlət edəcək, gələcəkdə isə xüsusi təyinatlılara krediti bağlamaq üçün daha bir dəfə maddi dəstək verilir. Eləcə də, 5 il xidmət keçən zabit və gizirlərə də güzəştli ipoteka verilməkdədir. Bundan başqa, hərbçilərin aylıq kreditlərinə də böyük güzəştlər nəzərdə tutulub. Onların aylıq kredit üzrə ödənişlərinin 50 faizini dövlət ödəyir. Borcun aylıq bərabər hissəsi aylıq, məsələn 500 manat olduğu halda onun 250 manatını dövlət zəmanət verir, verilən maliyyə dəstəyinin digər annuitet hissəsinin 50 faizi hərbçinin öhdəliyində qalır. Əgər hərbçilər ümumi məbləğin üzərinə düşən hissəsini daha tez ödəyirsə, ona aylıq hesablanmış ödəniş məbləğinin dövlət tərəfindən verilmiş annitet hissəsini yenə də dövlət tam şəkildə bağlayır. Hərbçilər bununla ümumi kredit öhdəliyində ona aid olan ödəniş müddətini azaltmış olur.

İpotekanın əlçatanlığının təmin edilməsi və prosesin tam şəffaf həyata keçirilməsi üçün bütün resurslara rəqəmsal nəzarət olunur. İpoteka və Kredit Zəmanət Fondu və və müvəkkil bank ipoteka krediti verən banklar arasında informasiya mübadiləsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunub ki, bu da hərbçilərin ipoteka reyestrini müəyyən edir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31