Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

02.10.2026 [11:50]

Hazırda Cənubi Qafqazın bütün regional mənzərəsi dəyişib. Sülh gündəliyinin təşəbbüskarı Azərbaycandır və bu təşəbbüsün müəllifi Prezident İlham Əliyevdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, Azərbaycan regional sahiblik nümayiş etdirir, regionda yeni siyasi reallıqlar yaradır. Bu isə strateji uzaqgörənliyin nəticəsidir. Hazırda Azərbaycan üçün iqtisadi diplomatik bağlantılar mühümdür. Bura bərpaolunan enerji, nəqliyyat əlaqələri, həmçinin əldə olunmuş sülhün möhkəmləndirilməsi və qorunması da daxildir. “Çünki regionda, eyni zamanda, bütün dünyada qeyri-müəyyənlik hələ də kifayət qədər yüksəkdir və bu, Azərbaycanın bilavasitə qonşuluğunda da baş verir”, - deyə Hikmət Hacıyev bildirib.

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31