Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edilib

Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edilib

15.06.2011 [09:29]

Dünən Bakı Dövlət Universitetində (BDU) Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru, millət vəkili Abel Məhərrəmov bildirib ki, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün böyük bir bayram, möhtəşəm bir tarixi hadisədir: “Heydər Əliyev hakimiyyətdə olduğu bütün illərdə Azərbaycanın intibahı üçün çalışıb, Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırıb, doğma Vətənini hər yerdə ləyaqətlə təmsil edib. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan fəlakət və xaosdan xilas olub, dövlət çevrilişlərinə cəhdlərin qarşısı alınıb. Həmin illərdə “Əsrin müqavilə”si imzalandı, Azərbaycan dünyanın ən iri dövlətləri və beynəlxalq qurumları tərəfindən etiraf olundu”.
Tədbirdə çıxış edən YAP-ın Sədr müavini İcra katibi, millət vəkili Əli Əhmədov, akademik Vasim Məmmədəliyev və digər qonaqlar Milli Qurtuluş Gününün əhəmiyyətindən və Ulu öndər Heydər Əliyevin fəaliyyətindən danışıblar.

Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30