Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlığı gücləndirir
28.04.2026 [09:58]
“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”na əsasən, xarici şirkətlərlə rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılması nəzərdə tutulur. Strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının əsas texnologiyalarının - süni intellekt, böyük verilənlər, blokçeyn, bulud texnologiyaları, “ağıllı şəhər” həlləri və s. sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır. Bu ssenariyə əsasən, dünyanın nəhəng texnologiya şirkətlərinin ölkəmizə cəlb edilməsi üçün əlavə tədbirlərin görülməsi planlaşdırılır.
“Microsoft”un süni zəka quruculuğuna töhfəsi
Azərbaycan süni zəka sahəsində ABŞ-ın iri korporasiyaları ilə əməkdaşlığı isə əsas hədəflər sırasında görür. Bu məqsədlə son dövrlərdə Azərbaycan və ABŞ-ın süni intellekt sahəsində ixtisaslaşmış qurumları arasında əməkdaşlıq artmaqdadır. “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da bu istiqamətdə müştərək layihələrin icrası yer alıb ki, bu iqtisadi çərçivədə fəal qarşılıqlı təşəbbüslər müşayiət olunur.
Bu günlərdə əldə edilmiş razılaşmaya əsasən, “Haimaker” şirkəti ölkəmizdə süni intellekt sahəsində müvafiq infrastrukturun yaradılmasında davamlı proqramın icrası nəzərdə tutulur. “Haimaker” şirkətinin baş icraçı direktoru Su Le bildirib ki, bu istiqamətdə strateji təkliflər nəzərdən keçirilib, Ələt Azad İqtisadi Zonasında Data mərkəz və bulud platformasının qurulması, rəqəmsal texnologiyaların transferi perspektivləri ilə bağlı anlaşmalar əldə olunub. Əməkdaşlıq planı çərçivəsində tərəflər ABŞ rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində layihələri ölkəmizdə tətbiq planlaşdırırlar. Həmçinin Tədqiqat və İnkişaf platformalarının qurulması, innovasiya körpü proqramları və kibertəhlükəsizlik təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
ABŞ-ın digər texnologiya korporasiyası - “Intel”in vitse-prezidenti Sara Kemp isə bildirib ki, süni intellekt və yüksək performanslı hesablama infrastrukturu, “ağıllı” mobillik və bu sahələrdə milli kadr hazırlığı üzrə əməkdaşlıq imkanları planlaşdırılır.
ABŞ-ın texnologiya nəhəngi “Microsoft” da Azərbaycanda süni intellekt infrastrukturunun qurulması və genişləndirilməsinə sərmayə qoymağı planlaşdırır. Bu əməkdaşlıq çərçivəsində yaxın aylarda “Microsoft Business Platform” istifadəyə veriləcək. Platforma dövlət xidmətlərinin vahid pəncərə prinsipi ilə əlçatanlığını təmin edəcək.
“SpaceX” və “EXIM Bank”ın sərmayə planları
Süni intellekt və “yaşıl iqtisadiyyat” transformasiyasında fəal rol oynayan Amerikanın nəhəng “SpaceX” şirkəti də qlobal miqyasda dəstəkləyici və investiyayönümlü fəaliyyəti ilə diqqəti cəlb edir. Bu şirkət də texnoilogiyalar və sənaye quruculuğunda Azərbaycana hərtərəfli dəstək vermək niyyətini bəyan edib və bu, ümidverici perspektivlər süni zəka sektoruna sərmayələrin axınını təmin edəcək. Habelə Amerikanın güclü iqtisadi dəstəyi və sərmayə təşviqləri sayəsində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və yeni bilik və bacarıqları ehtiva edən sahələrin inkişafına möhkəm baza yaranacaq.
Azərbaycan və ABŞ arasında əldə olunmuş anlaşmaya əsasən, Amerikanın nəhəng maliyyə institutu olan “EXIM Bank” translogistika və innovasiya layihələrinə ölkəmizə maliyyə dəstəyi göstərmək, innovativ alətlərin tətbiqində birgə iştirakçı olmaq niyyətindədir.
Ötən həftə Azərbaycanın “Azerconnect Group” şirkəti və Amerikanın qlobal texnologiya nəhəngi olan “NVIDIA” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığın ilkin mərhələsində “Azerconnect Group” “GeForce NOW” xidmətini təqdim edəcək. ABŞ şirkəti əməkdaşlıq planı əsasında Azərbaycanda süni intellekt əsaslı şəbəkələr, 6G infrastrukturu və süni intellekt data mərkəzinin yaradılmasını prioritet istiqamətlər müəyyən edib.
Ameriaknın “Apple”, “Ericsson”, “Motorola Solutions”, “Honeywell”, “Parallel Wireless”, “Meta”, “Resecurity”, “Global Data Risk”, “WhiteFox Defense Technologies”, “Lummus Technology” və digər aparıcı şirkətləri də kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində ölkəmizlə əməkdaşlığa müsbət yanaşır. Ümumilikdə, ABŞ şirkətlərinin Azərbaycanın müasir innovasiyalar sektoruna da böyük marağı böyükdür və bu istiqamətdə fəal məsləhətləşmələr aparılır.Bütün bunlar Amerikanın inovasiya şirkətlərinin Azərbaycanda regional ekosistem quruculuğunda iştirakını təsdiqləməklə, Bakı-Vaşinqton münasibətlərində yeni iqtisadi mərhələnin başlandığını nümayiş etdirir.
4,4 milyard dollar divident gözləntisi
Azərbaycanda orta və uzunmüddətli dövrün ssenarilərinə əsasən, iqtisadiyyatın inkişaf tələblərinə uyğun rəqəmsal infrastrukturun müasirləşdirilməsi, yeni rəqəmsal bizneslərin inkişafının təşviqi, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsi, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiyanın daha geniş tətbiqi, həmçinin yaşıl və dayanıqlı rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib.
Respublikamız 2040-cı ilə qədər iqtisadi artımın sürətləndirilməsində süni intellektin imkanlarından istifadə etməyi planlaşdırır və bu istiqamətdə beynəlxalq təşkilatlar və konsaltinq şirkətlərlə birgə layihələr icra etməyi düşünür. Qiymətləndirmələrə görə, Azərbaycan dilində generativ süni intellekt ölkə iqtisadiyyatına əlavə 4,4 milyard dollar gəlir gətirəcək. Bundan əlavə, böyük həcmli məlumatları generasiya edə biləcək rəqəmsal proqramın istifadəyə verilməsi bu potensialı daha da böyüdərək əlavə dəyərin həcmlərini də artıra bilər.
Bu baxımdan ABŞ şirkətləri ilə süni zəka sahəsində mühüm təməllərin yaradılması adıçəkilən sahənin dayanıqlı inkişafı üçün mühüm hesab edilə bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53

