İran niyə susdu?
28.02.2023 [10:36]
Tehran Xocalı faciəsinə reaksiya versəydi, bu, diplomatik münasibətləri bərpa etmək üçün bir jest hesab edilərdi...
N.BAYRAMLI
Xocalı soyqırımının 31-cü ildönümü respublikamızla yanaşı, dünyanın bir sıra ölkələrində də qeyd olunub. Eyni zamanda, dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində də soyqırımı qurbanlarının xatirəsi anılıb. Qardaş Türkiyənin dövlət rəhbərliyi, hökumət üzvləri Xocalı qurbanlarının xatirəsini anıblar. Məsələn, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tviter hesabında “Azərbaycanlı qardaşlarımızın 31 il öncə Xocalıda qətl edilməsini lənətləyir, şəhidlərimizi bir daha rəhmətlə anırıq. Xocalıda bəşəriyyətə qarşı törədilmiş cinayəti unutmadıq, unutmayacağıq. Can Azərbaycanın kədəri bizim kədərimizdir”, - paylaşımını edib.
Eləcə də Azərbaycandakı diplomatik korpus nümayəndələri Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşımlar ediblər. Bir sıra səfirliklər Bakıda yerləşən Xocalı abidəsini ziyarət edərək, gül dəstələri qoyub. Xocalı soyqırımını yad edənlər arasında Türkiyə, ABŞ, Ukrayna, Böyük Britaniya, Fransa, Avropa İttifaqının diplomatları da var. Belə ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib. ABŞ-ın Azərbaycandakı səfirliyi bu soyqırımla bağlı tviterdə paylaşım edib. “Biz bu gün azərbaycanlıların matəminə qoşulur və 1992-ci ildə Xocalıda həyatını itirən şəxslərin ailələrinə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko da Xocalı faciəsi ilə bağlı paylaşım edib: “Xocalı faciəsi zamanı ailələrini, dostlarını və evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız bir araya gəlməliyik ki, Cənubi Qafqazda barışıq və uzunmüddətli sülhə nail olmaq üçün hər cür səy göstərək”.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy isə Xocalı soyqırımı ilə bağlı paylaşımın qeyd edib ki, “Bu gündə qəlbimizi təsvirolunmaz ağrı və kədər doldurur. Xocalı faciəsi bəşəriyyət tarixinə ən faciəli səhifələrdən biri kimi həkk olunub. Kimsə 21-ci əsrdə Avropanın mərkəzində hadisələrin təkrarlana biləcəyini təsəvvür edə bilərdimi?”.
Hətta Fransanın Azərbaycandakı səfiri Ann Buayon da öz tviter səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib. “Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə dərin ehtiramımı bildirmək istəyirəm. Davamlı sülhə dialoq və barışıq yolu ilə nail olmaq lazımdır ki, belə hərəkətlər bir daha baş verməsin”, - deyə paylaşımda bildirilir.
Amma maraqlıdır ki, özünü İslam respublikası adlandıran İranın rəsmi şəxsləri, o cümlədən ölkəmizdəki səfirliyi Xocalı soyırımının növbəti ildönümü ilə bağlı ermənilərin xalqımıza qarşı törətdiyi bu qətliama münasibət bildirməyib. İranın bu davranışı nədən xəbər verir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Xocalı soyqırımı bəşəriyyət tarixində törədilmiş ən dəhşətli soyqırımı hadisələrindən biridir. Bu faciə ilə bağlı olaraq ölkəmizdə fəaliyyət göstərən xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri başsağlığı veriblər. Xüsusilə diqqətçəkən məsələ, Böyük Britaniyanın ölkəmizdəki səfirinin “Ana harayı” abidəsini ziyarət etməsi bu dövlətin Azərbaycana dəstəyi kimi qiymətləndirilir.
“Lakin biz gördük ki, İran tərəfi soyqırımının növbəti ildönümü ilə bağlı xalqımıza başsağlığı vermədi. Bu çox ciddi məsələdir. Çünki burada söhbət insan faciəsindən gedir. İran tərəfinin bu susqunluğu müəyyən məqamlardan xəbər verir. Nəzərə almaq lazımdır ki, İranla Azərbaycan arasında diplomatik münasibətlər yox səviyyəsindədir. Tehrandakı səfirliyimizin əməkdaşları ölkəmizə təxliyə olunublar. İran tərəfindən Xocalı faciəsinə reaksiya olsaydı, bu yaxşı addım kimi qiymətləndirilə və diplomatik münasibətləri bərpa etmək üçün bir jest də hesab edilərdi. Rəsmi Bakı bunu müsbət qiymətləndirə bilərdi. Hazırkı durumda isə belə bir yanaşma böyük hörmətsizlikdir və İranın işağlçının, soyqırımını törədən ermənilərin yanında dayanmasını nümayiş etdirir. Təbii ki, Ermənistanın İranla işbirliyi və davamlı olaraq Tehran-İrəvan əməkdaşlığı Azərbaycana və Türkiyəyə qarşı yönəlib. Bu, qətiyyən qəbulolunmazdır. Düşünürəm ki, İran bu barədə çox ciddi mövqe ortaya qoymalıdır. Çünki İranla Azərbaycan arasında münasibətlər bu gün tarixin ən soyuq dövrünü yaşayır”,- deyə politoloq vurğulayıb
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

