Səkkiz gün keçdi...
04.02.2023 [10:17]
Rəsmi Tehran 30 il əvvəlki prosesləri təkrarlayır, amma...
Son 30 ildə İranın həyata keçirdiyi regional siyasətdə bu yanaşma sistemli şəkildə davam edib. İranın Cənubi Qafqaz siyasətində Azərbaycan hər zaman hədəf olaraq götürülüb. Müttəfiq kimi isə Ermənistan dəyərləndirilib. Anti-Türk, anti - Azərbaycan mövqeləri hər iki dövlətə sinxron hərəkət etməyə ciddisəbəblər yaradıb. Biz bu addımları 44 günlük Vətən müharibəsi dövründə də gördük. Halbuki İranın istər dini, istərsə də mənəvi nöqteyi nəzərdən fərqli mövqe sərgiləyəcəyini demək olardI.
Tehranda Azərbaycan səfirliyinə edilən xain terror hücumundan səkkiz gün ötür. Ötən dövr ərzində İran tərəfinin bu terror hadisəsi ilə bağlı verdiyi açıqlama, apardığı araşdırma davamlı olmadığı kimi, birmənalı da deyil. Belə ki, terrordan dərhal sonra İran rəsmi səviyyədə baş verənləri “məişət zəmini” müstəvəsində izah etməyə çalışdı. Tehran polisinin rəhbərinin heç bir əsasa söykənmədən, heç bir araşdırma aparmadan belə bir fikir söyləməsi isə İranın əsl niyyətini ortaya qoydu - İran bu addımla məsuliyyətdən yaxa qurtarmağa çalışır. Təbii ki, İran dövlətinin bu açıqlaması absurd və əssassızdır - yayılan videogörüntülər, terrorçunun silahla davranışları baş verənlərin terror olduğunu sübut edir.
Qeyd edildiyi kimi, baş verənlərdən səkkiz gün ötməsinə baxmayaraq İran hələ də baş verənlərə görə Azərbaycandan üzr istəməyib. İran hakimiyyəti cinayət işini məişət məsələsi kimi qələmə verərək izi itirməyə çalışır. Bundan başqa, terrorçu Yasin Hüseynzadə cəzalandırmaq əvəzinə dəlixanaya salınıb. Maraqlıdır ki, bu şəxs ruhi xəstədirsə, bu qədər genişmiqyaslı terror hücumunu necə həyata keçirib?
Eyni zamanda, mətbuata açıqlamalarında təhlükəsizlik üzrə ekspertlər Yasin Hüseynzadənin ruhi xəstəxanaya salınmasının arxasında iz itirmək kimi məqsədlərin dayandığını bildirirlər. Qeyd edilir ki, terrorçunun ruhi xəstəxanada öldürülməsi ehtimalı böyükdür. Hətta məsələnin tamamilə bağlanması üçün xəstəxanada Yasin Hüseynzadənin ölümü təşkil edilə və hadisəyə intihar görüntüsü verilə bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra İran ölkəmizə qarşı münasibətdə hər zaman qeyri-adekvat mövqeyi ilə seçilib. Bu davranışın Birinci Qarabağ nüharibəsi dövründə də müşahidə olunduğunu, sonrakı illərdə də davam etdiyini dilə gətirən ekspert vaxtilə İran gəmilərinin sərhədlərimizi pozması və buna adekvat olaraq Türkiyə qırıcılarının havaya qalxması hadisəsini xatırladıb: “Son 30 ildə İranın həyata keçirdiyi regional siyasətdə bu yanaşma sistemli şəkildə davam edib. İranın Cənubi Qafqaz siyasətində Azərbaycan hər zaman hədəf olaraq götürülüb. Müttəfiq kimi isə Ermənistan dəyərləndirilib. Anti-Türk, anti-Azərbaycan mövqeləri hər iki dövlətə sinxron hərəkət etməyə ciddi səbəblər yaradıb. Biz bu addımları 44 günlük Vətən müharibəsi dövründə də gördük. Halbuki İranın istər dini, istərsə də mənəvi nöqteyi - nəzərdən fərqli mövqe sərgiləyəcəyini demək olardı”.
V.Zifəroğlu deyib ki, İranın Azərbaycana qarşı apardığı düşmənçiliyinin əsasında ölkəmizin milli maraqlara xidmət edən siyasət yürütməsi faktı dayanır. İran bu səbəbdən də müharibədən sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları, bu reallıqdan doğan Zəngəzur dəhlizi, əməkdaşlıq platformaları kimi mühüm layihələri qəbul etmir. Butün bunlara qarşı nümayiş etdirilən qeyri-adekvat münasibətin kökündə Azərbaycanın regionda lider dövləti olması faktı ilə razılaşmamaq dayanır.
Eyni zamanda ekspert, İranın terror aktını məişət zəminində dəyərləndirmək cəhdinin də hansı səbəblərdən qaynaqlandığını deyib. O bildirib ki, İran bütün beynəlxalq konvensiyaları pozur. Vyana konvensiyasına görə müvafiq dövlət hakimiyyəti ərazisində yerləşən səfirlik, konsulluq və nümayəndəliklərin mühafizəsini təşkil etməli, təhlükəsizliyini qorumalıdır. Lakin İran bu terrorun qarşısının alınması üçün heç bir iş görməyib. Bu hadisə İranda yerləşən bütün səfirliklərin təhlükəsizliyini şübhə altına alır: “İran məsuliyyətdən yaxa qurtarmağa çalışır. Terrorçunun səfirliyin önündəki davranışları, səfirliyin binası önündəki mühafizəçiyə əl sallaması çox şeydən xəbər verir. Bu, planlaşdırılmış bir terror hadisəsi idi. Həmin qatilin ruhi xəstəxanaya salınması, məsələni fərqli istiqamətlərdə izah etmək cəhdləri maksimum dərəcədə fikir yayındırmaq, məsuliyyəti özündən kənarlaşdırmaq xarakteri daşıyır. Amma bu mümkün deyil. Həmin şəxsi xəstəxanaya salmaqla işi bitmiş hesab etmək olmaz. Həmin şəxs əlində avtomat silahı, səfirliyi daxil olur. Onun silahla davranışı göstərir ki, məqsədi kimisə axtarmaq deyil. Bu adam səfirliyə qətliam törətmək üçün girib. Hədəf oradakı səfirlik əməkdaşları olub. Sadəcə olaraq bizim qəhrəman mühafizəçilərin səyi ilə bu teroror aktının miqyasının böyüməsinin qarşısı alındı. Eyni zamanda, artıq həmin avtomatın qeydiyyat seriya nömrəsinin İranın hüquq mühafizə orqanlarına bağlı olması faktı da üzə çıxıb. İran bu fakta görə də izahat verməlidir”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

