BMT Laçın yoluna missiya göndərə bilərmi?
18.01.2023 [10:41]
Ermənistanın bu məqsədi baş tutmayacaq
NARDAR
Ermənistan sülh prosesində konstruktiv mövqe nümayiş etdirmək əvəzinə, Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışır. Laçın-Xankəndi yolunda azərbaycanlı ekoloqların və ictimai fəalların keçirdikləri dinc etiraz aksiyasını ermənilər dünyaya Laçın yolunun bağlı olması, Qarabağda yaşayan ermənilərin “humanitar böhranına” səbəb olması kimi təqdim etməyə çalışırlar. Bunun üçün müraciət etmədikləri təşkilat qalmayıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığında da ölkəmizdən şikayət edib. Erməni nazir deyib ki, BMT Azərbaycanın hərəkətlərinə “məqsədyönlü qiymət” verməlidir. Mirzoyan Quterreşlə telefon danışığında BMT-nin faktaraşdırıcı missiyasının Laçın dəhlizinə və Qarabağa göndərilməsinin “zəruriliyini” də söyləyib.
Deputat: Ermənistanın iddiaları əsassızdır
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Laçın-Xankəndi yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarının keçirdiyi etiraz aksiyasının ciddi əsasları var. Etirazların əsas səbəbi Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərimizin qanunsuz istismarı və ekologiyaya ciddi ziyanın vurulmasıdır. Həmin ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Millət vəkilinin sözlərinə görə, 30 il ərzində Ermənistan işğal altında saxladığı ərazilərimizdə əsl vandalizm törədib. Bütün yaşayış məntəqələri dağılıb, o cümlədən həmin torpaqlar ekoloji terrora məruz qalıb. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə ekoloji terror və təbii sərvətlərimizin qanunsuz istismarı davam edir. Həmsöhbətimiz A.Mirzoyanın BMT Baş katibinə Azərbaycandan şikayətini əsassız hesab edərək xatırladıb ki, Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni yerinə yetirməyib. Həmin qətnamələrdə erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan təşkilatın sənədlərinə məhəl qoymadı. Buna görə də, Azərbaycan həmin qətnamələri 2020-ci ildə öz gücünə icra etdi.
Ermənistan hansı üzlə BMT-yə şikayət edir?
“Belə olan halda Ermənistan hansı üzlə Azərbaycan BMT Baş katibinə şikayət edir? Digər tərəfdən, Azərbaycan ərazisinə hansısa beynəlxalq missiyanın göndərilməsi yalnız dövlətimizin razılığı ilə baş tuta bilər. Üstəlik, BMT Ermənistanı dörd qətnaməni icra etmədiyi üçün heç vaxt qınamayıb. Ona görə də, təşkilatın Laçın yoluna hansısa missiya göndərmək istəyi də absurd olardı. Bu baxımdan, ermənilərin belə cəhdlərinin heç bir nəticəsi olmayacaq. Yaxşı olardı ki, BMT rəhbəri Quterreş A.Mirzoyana Ermənistanın törətdiyi cinayətləri xatırlatsın. Çünki Baş katib erməni cinayətləri barədə kifayət qədər məlumatlıdır. Həm də, cənab Quterreş Mirzoyandan Ermənistanın 27 il ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə niyə məhəl qoymadığını soruşsaydı daha yaxşı olardı”, -deyən K.Bayramov qeyd edib ki, dünya birliyi baş verən hadisələrə ədalətli qiymət verməlidir. Deputat vurğulayıb ki, Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur: “Bu cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bundan əlavə üç ölkə liderinin imzaladığı 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, eləcə də 9-cu bənd də yerinə yetirilməyib. Bu bəndə görə bölgədə bütün nəqliyyat kommunikasiya yolları açılmalıdır. Lakin Ermənistan kommunikasiyaların açılmasına maneçilik törədir”.
K.Bayramov əlavə edib ki, Azərbaycan öz ərazisində yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Azərbaycanın ictimai fəallarının aksiyası isə Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır, əksinə, bu aksiya sülh aksiyası kimi dəyərləndirilməlidir. Çünki aksiya zamanı Qarabağ erməniləri üçün humanitar məqsədli yüklərin daşınmasına lazımi şərait yaradılır. Bütün bunların fonunda BMT Ermənistandan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

