Britaniyadan vətəndaşının edamına sərt təpki
17.01.2023 [10:57]
İrana qarşı beynəlxalq təzyiqlər güclənir
NARDAR
İranda xalqın hakimiyyətə qarşı etirazları davam etməkdədir. Ötən ilin sentyabrından başlayan kütləvi aksiyalar İranın bütün ərazisini bürüyüb və beşinci aydır davam edir. Ötən günə olan məlumata görə, İranda etirazlarda 524 nəfər həlak olub. Bu barədə İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb. Bildirilib ki, ölənlərin 71-nin yaşı 18-dən az olan şəxslərdir. Qeyd olunub ki, 17 sentyabr tarixindən aparılan hesablamaya görə, 19 401 nəfər həbs olunub. Onlardan 4 973 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 713 nəfər tələbədir. Nümayişlərə 144 universitetin tələbələri qoşulublar. Məlumata görə, ölkənin 164 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.
Əxlaq polisi tərəfindən zorakılığa məruz qalmış 22 yaşlı qızın ölümü ilə başlayan kütləvi etirazlar təkcə qadın hüquqları ilə əlaqəli deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran dövləti xalqına xidmət etmək əvəzinə, insanlara zülm edir. Öz imkan və potensialını real dəyərləndirə bilməyən İran uzun illərdir geosiyasi ambisiyalarla yaşayaraq bu istiqamətdə siyasət yürüdür. Nüvə proqramını həyata keçirməklə dünyada “hegemonluq” etmək iddiasındadır. Bu səbəbdən də enerji resurslarından əldə olunan gəlirlər dövlət quruculuğuna, əhalinin firavanlığına, ümumilikdə ölkənin inkişafına deyil, Yaxın Şərqdə silahlı dəstələr saxlamağa və qonşu dövlətlərin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa yönəldilir. İran Suriyada, İraqda, Livanda silahlı dəstələri maliyyələşdirərək dini-ideoloji xəttini həyata keçirməyə cəhd edir. İranın bu siyasəti nəinki beynəlxalq aləm, hətta öz əhalisi tərəfindən də kəskin qınanılır.
Əlirza Əkbərinin edam edilməsi Avropada etirazlarla qarşılanb
İran rejiminin insanlara qarşı zorakılığı ilə əlaqədar beynəlxalq müstəvidə də etirazlar səngimir. Bir sıra beynəlxalq təşkilatlar və dövlətlər İrandakı vəziyyətdən narahat olduqlarını bəyan ediblər. Rəsmi Tehranın edam qərarları rejimə qarşı beynəlxalq təzyiqləri daha da gücləndirir. İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edam edilməsi beynəlxalq birlik tərəfindən rəsmi Tehrana qarşı etirazları daha da artırıb. Belə ki, yanvarın 14-də İranın Məhkəmə Sistemi Əlirza Əkbərinin edam olunması barədə rəsmi açıqlama yayıb. İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri Britaniya kəşfiyyatına casusluq ittihamı ilə edam edilib. Məlumatda qeyd olunub ki, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına ötürüb. “O, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb”, - deyə, açıqlamada vurğulanıb. Xatırladaq ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini olub. Əlirza Əkbəri yalnız SEPAH daxilində deyil, İran təhlükəsizlik qüvvələrinin digər qollarında da mühüm funksiyalar yerinə yetirib. O, İran donanmasına məsləhətçi kimi xidmət edib və 1988-ci ildə İran-İraq müharibəsinə son qoyan BMT-nin 598 saylı qətnaməsinin icrasına rəhbərlik edib. Onun Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.
“Cəsarətsiz və qorxaq hərəkət”
Qərb ölkələri Britaniya və İran vətəndaşı olan Əkbərinin edam edilməsinə sərt reaksiya göstərib, İranın müxtəlif Avropa ölkələrindəki səfirlərinə etiraz bildirilib. Böyük Britaniya İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Britaniyanın baş naziri Rişi Sunak edamı “barbar rejim tərəfindən həyata keçirilən cəsarətsiz və qorxaq hərəkət” adlandırıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib ki, Aİ Əlirza Əkbərinin İranda edamını ən sərt şəkildə pisləyir. O, bildirib ki, istənilən şəraitdə belə bir cəza tədbiri ilə razılaşmaq olmaz. Xarici ekspertlər hesab edirlər ki, Əkbərinin edam edilməsi nüvə danışıqlarının dalana dirənməsi, keçən ildən başlayaraq Tehranın nümayişçilərə qarşı güc tətbiq etməsi, eləcə də Ukraynadakı mülki obyektlərin məhv edilməsində istifadə olunan pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükü ilə gərginləşən Qərb-İran münasibətlərini daha da pisləşdirəcək. Artıq Avropa İttifaqı və Britaniyanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “terror təşkilatı” kimi tanımaq istəmələri barədə məlumatlar yayılır.
Qeyd edək ki, İranda son aylarda edam hökmləri icra edilsə də, keçmiş yüksək vəzifəli şəxslərin edam edilməsi nadir hadisədir. Bundan əvvəl 1984-cü ildə İran donanmasının komandiri Bəhram Əfzəli Sovet İttifaqına casusluqda ittiham olunaraq edam edilmişdi.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

