Rusiya nüvə silahlarını niyə aktivləşdirir?
23.12.2022 [10:33]
Nüvə silahından istifadə ehtimalı müharibənin gələcək ssenarilərindən asılı olacaq
Nardar BAYRAMLI
Ukraynada baş verən proseslər fonunda Rusiya hərbi manevrlərini artırmaq niyyətindədir. Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışında bu yöndə diqqətçəkən fikirlər səsləndirib. Ukrayna xalqını “qardaş xalq” hesab etdiyini deyən Putin baş verənləri ümumi faciə kimi qiymətləndirib. “Amma bu, bizim siyasətimizin nəticəsi deyil. Bu, üçüncü dövlətlərin siyasətinin nəticəsidir. Onlar müəyyən dərəcədə buna müvəffəq oldular və bizi hazırda olduğumuz xəttə itələdilər”, - deyə Rusiya Prezidenti qeyd edib. Rusiya lideri müharibədən əvvəl rəsmi Kiyevlə yaxşı əlaqələr qurmaq üçün bütün imkanlardan istifadə olunduğunu deyib: “Biz illərlə Ukrayna ilə yeni geosiyasi şəraitdə əlaqələr qurmağa çalışdıq. Təkcə yaxşı əlaqələrin deyil, həm də qardaşlıq münasibətlərinin qurulması üçün əlimizdən gələni etdik. Kreditlər verdik, enerji təchizatını təmin etdik. Amma heç nə alınmadı. Hazırda strategiyamızın düzgünlüyünə heç bir şübhəmiz yoxdur”.
O, həmçinin Ukraynadakı hazırkı vəziyyətlə bağlı qiymətləndirmə apararaq NATO-nun bütün potensialının Rusiyaya qarşı yönəldiyini iddia edib. Hazırki şəraitdə Putin nüvə silahlarının müharibəyə hazırlığını artıracaqlarını da bəyan edib. Döyüş hazırlığı vəziyyətinin artırılmasının vacibliyini vurğulayan Rusiya Prezidenti ordunun müasir silahlarla təchiz ediləcəyini vurğulayıb. Diqqətçəkən önəmli məqamlardan biri də Putinin Rusiyanın inkişaf etdirdiyi nüvə silahlarının tezliklə aktivləşdiriləcəyini söyləməsidir: “Yanvarın əvvəlində dünyada bənzəri olmayan “Zirkon” dəniz əsaslı hipersəs raket sistemləri istifadəyə veriləcək. Strateji Nüvə Qüvvələrində müasir silahların səviyyəsi 91 faizi ötüb. Strateji Raket qüvvələri müasir raket sistemləri ilə təchiz olunmaqda davam edir. Yaxın vaxtlarda qitələrarası “Sarmat” ballistik raketləri ilk dəfə döyüş vəziyyətinə gətiriləcək. Biz nüvə triadasının döyüş şəraitinə hazır olmasını təmin etməyə və onu təkmilləşdirməyə davam edəcəyik. Bu, bizim suverenliyimizi, ərazi bütövlüyümüzü və dünyada ümumi güc balansını qorumağın təminatıdır”.
Kollegiya iclasında çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə deyib ki, Qərb Rusiyanı zəiflətmək üçün Ukraynada hərbi əməliyyatları mümkün qədər uzatmağa çalışır. O, 27 ölkənin Ukraynaya silah tədarükünə artıq 97 milyard dollar xərclədiyini söyləyib: “NATO qərargah zabitləri, artilleriyaçılar və digər mütəxəssislər Ukraynada cəbhədədir, Kiyev üçün NATO-nun 500-dən çox peyki işləyir. ABŞ-ın 800-dən çox kosmik aparatı Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün işləyir”.
Ümumiyyətlə, Rusiyanın nüvə silahlarını aktivləşdirməsi regionda vəziyyətə necə təsir göstərə bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, V.Putin bundan əvvəl də bir neçə dəfə Rusiyanın nüvə silahından istifadə edə biləcəyini söyləmişdi. Bunu onunla əsaslandırmışdı ki, Rusiyanın mövcudluğuna təhdid yaranarsa, belə bir addım atıla bilər. Yəni Kreml Rusiyanın özünü müdafiə etmək üçün bütün vasitələrdən istifadə etməyə hazır olmasına işarə edir. Putinin bu bəyanatından sonra Qərbdən müxtəlif reaksiyalar verilib, bir sıra aparıcı KİV-lərdə nüvə təhlükəsi ilə bağlı təlimatlar başlayıb, təbliğat aparılıb. Yəni insanlara nüvə müharibəsi başlayacağı təqdirdə onun fəsadlarından necə yayınmağı, sığortalanmağı izah edirlər. Bu isə təsadüfi deyil. Təəssüflər olsun ki, indiki şəraitdə hər şey mümkündür və hər şeyə hazırlıqlı olmaq lazımdır. Bütün bunlar nüvə müharibəsinin başlanmasını heç kimin istisna etmədiyini göstərir. NATO-nun baş katibi Yens Stoltenberqin də bildirdiyi kimi, belə bir hal baş tutsa, indiki müharibənin həm mahiyyət, həm də miqyas baxımından böyüməsi ehtimalı yaranır. Nüvə qarşıdurması müharibələrin ən təhlükəli mərhələsidir. Nüvə müharibələri 100 minlərlə insanın ölümü deməkdir. Orada hərbçidən daha çox mülki əhali zərbə altına düşəcək. Nüvə silahının təsir dairəsi olduqca genişdir. Təbii şəraitdən asılı olaraq bu, 100 minlərlə kilometr arta da bilər. Nəticədə, humanitar fəlakət baş verə bilər. Ölməyən insanlar isə uzunmüddətli zəhərlənmə ilə bunun fəsadlarını yaşayacaqlar. Reallıq bundan ibarətdir. Fəsadı isə tək Ukrayna yox, digər ölkələr də yaşayacaq. Yəni söhbət lokal zərbələrdən getsə də, areal olaraq Ukrayna nəzərdə tutulsa da, təbii yayılma ilə qonşu ölkələr də bundan ziyan çəkəcək.
Ekspertin fikrincə, tərəflər nüvə müharibəsindən çəkinməlidir: “Çünki bu müharibədə heç kim qazanmayacaq. Əgər Rusiya bu silahdan istifadə etsə, Qərbin də adekvat cavabı olacaq. Bu isə bütün bəşəriyyət üçün fəlakət olacaq. Doğrudur, hazırda Rusiyanın nüvə silahından istifadə edəcəyi inandırıcı görünmür. Çünki müharibə Rusiyanın ərazisinə keçməyib. Ukraynanın ilhaq olunmuş ərazilərini “referendum” yolu ilə özünə birləşdirdiyini elan etsə də, rəsmi Moskva həmin ərazilərə görə nüvə silahından istifadə etməz. Çünki bu əraziərin ona məxsus olmadığını yaxşı bilir. Düşünürəm ki, Putin nüvə silahının aktivləşdiriləcəyini bəyan etməklə Qərbə müəyyən mesajlar verərək NATO-ya təzyiq göstərməyə çalışır. Məqsəd NATO-nun Kiyevə dəstəyini zəiflətməkdir. Nüvə silahından istifadə ehtimalı müharibənin gələcək ssenarilərindən asılı olacaq. Bütün hallarda isə nüvə müharibəsindən qaçmaq üçün Ukraynadakı müharibəni dayandırmaq lazımdır. Bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bununla bağlı çağırış etmişdi və tərəfləri dayanmağa səsləmişdi. Bildirmişdi ki, intensiv danışıqlar başlamalıdır. Başqa çıxış yolu yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

