Vardanyanın ağılsız “ağıllı həll” yolu
20.12.2022 [10:17]
Ermənilər üçün problem elə Vardanyanın özüdür
Qarabağ separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan çətin duruma düşüb. O, bir neçə ay öncə Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan əraziyə gələrkən ermənilərə xeyli şirnikləndirici vədlər vermişdi.
Üstəlik, Azərbaycanın ərazi bütövlüyünə zidd açıqlamalar səsləndirmişdi. Hazırda isə Vardanyan Qarabağdakı mülki ermənilərin ondan verdiyi vədlərin hesabını sormaqdan qorxur. Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası separatçıların planlarını pozub. Bu səbəbdən də, R.Vardanyan mülki ermənilərin diqqətini özünün yaratdığı problemlərdən yayındırmaq üçün müharibə məsələsini “gündəmə” gətirib. Belə ki, bir neçə gün öncə Xankəndidə “izdihamlı” mitinq çağıran, lakin buna nail ola bilməyən rusiyalı milyarder əvəzində Ağdərə şəhərində və Xocavənd rayonunda təxribat məqsədli görüşlər keçirib. Vardanyan Ağdərədəki qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkətində olub. Müəssisənin işçiləri ilə görüşdə o, müharibənin davam etdiyini qeyd edib və işçiləri hərbi əməliyyatlara hazır olmağa çağırıb: “Müharibə davam edir və bu vəziyyətdə biz mütəşəkkil şəkildə müqavimət göstərməyi bacarmalıyıq. “Ağıllı” həllər tapmalı və mübarizəyə hazır olmalıyıq”. Onun sözlərini Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana qarşı terrora çağırışı kimi də qiymətləndirmək olar. Bu fikirləri ilə Vardanyan yeni təxribatlar törətmək üçün ölkəmizin ərazisində olduğunu bir daha sübut edib.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, R.Vardanyanın məqsədi Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almaqdır. Buna görə də, o “Azərbaycanla birgə yaşamaqdan söhbət gedə bilməz, biz yanaşı yaşaya bilərik”, “biz öz haqlarımızı qorumaq üçün silaha sarılacağıq”, “Azərbaycanın Qarabağda suverenliyini heç vaxt qəbul etməyəcəyik” kimi sərsəm, reallıqla uyğun gəlməyən fikirlər səsləndirib. İndi dönüb arxasına baxır ki, onun Xankəndini tərk etməsi getdikcə zərurətə çevrilir. Emissarın qorxduğu odur ki, yerli ermənilər artıq Vardanyanın onlara ciddi problem yaratdığını dərk etməyə başlayıblar. Onun bədnam missiyasına qədər bölgədə proseslər belə dramatik xarakter almamışdı. İstər Ermənistan rəhbərliyi, istərsə də sülh prosesində iştirak edən beynəlxalq təşkilatların təmsilçiləri Qarabağın Azərbaycanın suverenliyinin bir parçası olduğunu etiraf ediblər. Lakin rusiyalı milyarder bölgəyə gəlməklə təxribatlar yolu ilə vəziyyəti dəyişməyə çalışır.
Politoloqun sözlərinə görə, Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarının dinc aksiyası Vardanyanın planlarını pozduğu üçün o, aksiyanın mahiyyətini yerli ermənilərə təhrif edir: “Azərbaycan nə edir, Qarabağdakı erməni əhaliyə, bölgədəki Rusiya hərbçilərinə problem yaradırmı? Bu günə qədər aksiyanın keçirildiyi əraziyə hansı erməni əsilli vətəndaş yaxınlaşıb ki, onların keçməsinə problem yaradılıb? Cavab odur ki, azərbaycanlı fəallar yolu bağlamayıblar, sadəcə orada etiraz aksiyası keçirib Qarabağın sərvətlərinin talan edilməsinə, Vardanyanın və digərlərinin cinayətkar davranışlarına, Laçın yolunun hərbi xuntanın qanunsuz silahlı birləşmələri üçün təminat yoluna çevrilməsinə etiraz edirlər. Yol dinc erməni əhali üçün açıqdır, sadəcə onu iki tərəfdən Rusiyalı hərbçilər bağlayıb”.
Həmsöhbətimiz qeyd edib ki, yerli erməniləri müharibəyə çağıran Vardanyanın “ağıllı həll yolu” haqqında fikirləri çox gülüncdür: “Bir tərəfdən əhalini müharibəyə çağıran rusiyalı milyarder, digər tərəfdən “ağıllı” həll yolundan danışır. Əslində, bir-birinə zidd mövqe ortaya qoyan Vardanyan deyəsən, özünə yaratdığı problemlər fonunda ağlını itirir. İlk növbədə, mülki ermənilər qətiyyən müharibə istəmir. Çünki 44 günlük müharibədə bütün Ermənistan yaxşı dərs aldı, sadə ermənilər müharibə tərəfdarı deyil. Yeni müharibənin də onlar üçün necə fəlakətli olacağını anlayırlar. Buna görə də, Vardanyanın müharibə çağırışı mülki ermənilər tərəfindən qəbuledilməzdir. Ağıllı həll yoluna gəlincə, bu, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasından, dövlətimizin qanunları çərçivəsində yaşamalarından keçir. 10 noyabr birgə bəyanatının 7-ci bəndində deyilir ki, “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu o deməkdir ki, azərbaycanlılar Xocalıya, Xankəndiyə və rus sülhməramlılarının nəzarətində digər ərazilərə qayıtmalıdır və qayıdacaqlar. Proses bunun üzərində qurulmalıdır. Ona görə də, Vardanyanın pozucu fəaliyyəti fiaskoya məhkumdur. O, mülki erməniləri çox da aldada bilməyəcək. Tezliklə yerli ermənilər anlayacaqlar ki, onlar üçün əsas problem elə Vardanyanın özüdür”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

