Sərhədlərin delimitasiyası
05.11.2022 [09:59]
Brüsseldə keçirilən iclas nə vəd edir?
Noyabrın 3-də Brüsseldə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə, müvafiq olaraq, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, iclas başlamazdan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino Azərbaycan və Ermənistan nümayəndə heyətlərini salamlayıb, komissiyaların işinə uğurlar arzulayıb, Avropa İttifaqının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələlərində kömək etməyə bundan sonra da hazır olduğunu təsdiqləyib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan çıxışlarında Avropa İttifaqı Şurasına görüşün yaxşı təşkilinə görə təşəkkürlərini ifadə ediblər. Tərəflər Azərbaycan və Ermənistanın rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə, tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər. Tərəflər komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Avropa İttifaqı sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının iclasının keçirildiyi konstruktiv atmosferi yüksək qiymətləndirib. Bu barədə Avropa İttifaqı Xarici İşlər Xidmətinin saytında dərc edilmiş bəyanatda deyilir. Bildirilir ki, bu görüş Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Brüsseldə keçirilən üçtərəfli görüşlər zamanı ən yüksək səviyyədə əldə olunmuş razılığa əsasən təşkil olunub. “Avropa İttifaqı görüşün keçirildiyi konstruktiv atmosferi və tərəflərin sərhəd məsələlərinin həlli, eləcə də təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üzərində işi davam etdirməyə hazırlığını yüksək qiymətləndirir”, - deyə məlumatda vurğulanır.
Şimali Atlantika Alyansı (NATO) da Brüsseldə komissiyaların iclasının keçirilməsini alqışlayıb. NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina özünün Tvitter hesabında noyabrın 3-də baş tutan iclası şərh edərək, bunu “yaxşı xəbər” adlandırıb: “Yaxşı xəbər ondan ibarətdir ki, tərəfdaşlarımız yerlərdə təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan sərhədlərin delimitasiyası məsələsini müzakirə edirlər. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir və Avropa İttifaqının bu istiqamətdə səylərini, o cümlədən danışıqların təşkilini və monitorinq missiyasının işə salınmasını alqışlayır”.
Ümumiyyətlə, Brüsseldə keçirilən iclas irəliyə doğru atılan addım hesab oluna bilərmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov söyləyib ki, rəsmi Brüsselin prosesdə səmimi iştirakı nəticəyə yönəlik pozitiv cəhdlərdir. Onun sözlərinə görə, Brüsseldə delimitasiya komissiyasının iclası hər baxımdan prosesləri irəliyə aparacaq. Çünki tək vasitəçi istənilən halda məsələlərin həllində o qədər də uyğun model hesab edilə bilməz. Daha əvvəl Rusiyanın da vasitəçiliyi ilə delimitasiya komissiyalarının iclasları keçirilib.
Bu baxımdan politoloq hesab edir ki, sərhədlərlə bağlı məsələdə daha çevik nəticələr labüddür: “Ona görə də, delimitasiya komissiyalarının görüşlərinin tez-tez keçirilməsi xüsusi əhəmiyyətə malikdir. İndi Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirmək vaxtıdır. Yəni əgər bu dəfə də Ermənistana hansısa təzyiqlər edilməsə və nəticələr olmasa, o zaman belə görüşlər də əhəmiyyətini itirə bilər. Ermənistanın Brüssel görüşlərində razılaşdığı məqamları yerinə yetirmədiyini, ya da ləng davrandığını görürük. Bunlar əsla bizi qane edə bilməz. Ölkəmiz bundan sonra regionda sabitlik istəyir. Bütün kənar provokasiyalara rəğmən bu prosesi Azərbaycan idarə edir. Cənubi Qafqazın rifahı Ermənistana da təsir edəcək. O rakursdan hesab etmək lazımdır ki, delimitasiya çox əhəmiyyətlidir və daha tez qərarlar verilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

