Yollarını - İrəvana salan “demokratlar”...
19.10.2022 [12:30]
Budəfəki “göz yaşları”nın qiyməti nə qədər olacaq?
PƏRVİZ
Nensi Pelosinin İrəvanda axıtdığı göz yaşları qurumamış ABŞ Konqresinin daha bir nümayəndə heyəti Ermənistana gəlir. Amerika Erməni Milli Komitəsinin (ANCA) yaydığı məlumatda bildirilir ki, səfər edəcək nümayəndə heyətinin tərkibinə konqresmenlər Endi Levin, Cim Kuper, Billi Lonq, Diana de Gett, Cerri Konolli, Con Qaramendi və Devid Prays daxildir. Bu dəfəki “missiyanın” əsl “missiyası” tam bəlli olmasa da, gələn konqresmenlərin ermənipərəst, hətta aralarında erməni əsillilərin olduğu bəllidir.
Konqresmenlərin bu səfəri də çirkli pulları yumağa hesablanıb
Təbii ki, gələn ermənipərəst konqresmenlərin əsas məqsədləri noyabrda keçiriləcək Konqesə aralıq seçkilərlə “əlaqədar”dır. Daha doğrusu, bu konqresmenlər seçildikləri regionlardakı erməni lobbisinin səsini və dəstəyini qazanmaq üçün üzü İrəvana yol alıblar. Onların narahatlıqlarının da səbəbi var - seçkilərdə demokratların uduzması ehtimalı olduqca böyükdür. Beləliklə, ABŞ konqersmenlərinin birdən-birə erməni sevgisinə bürünməsinin altındakı sirr də aşkara çıxır. Xatırladaq ki, Nensi Pelosinin səfəri zamanı da erməni lobbisinin “rolu” üzə çıxmışdı. Nensi Pelosinin İrəvana səfər xərclərinin ödənilməsi haqqında açıq mənbələrdə verilmiş informasiyalardan bəlli olurdu ki, bu səfər üçün Vaşinqtondakı erməni lobbisi 75 milyon dollar vəsaitindən keçib. Bu məbləğin 50 milyon dolları Demokratlar Partiyasına “birdəfəlik ianə” kimi nəzərdə tutulub. Yerdə qalan 25 milyon dollar isə Nensinin 72 saatlıq səfərinin təhlükəsizlik və digər xərclərinə sərf edilib. Bir sözlə, Pelosinin səfərinin analogiyasını təşkil edən demokratların bu dəfəki “ziyarətinin” də əsas qayəsi erməni lobbisinin dəstəyini və çirkli pullarını əldə etməkdən ibarətdir.
ABŞ-ın Cənubi Qafqaz siyasətində yeni ştrixlər
Digər tərəfdən, ABŞ-ın son dövrlərdə Cənubi Qafqaz siyasəti də birmənalı qarşılana bilməz. Məsələn, ard-arda Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin və MKİ direktoru Uilyam Bernsin Ermənistana gəlişi Vaşinqtonun regionda gedən proseslərə müdaxilə istəyindən qaynaqlanır. Nəzərə alsaq ki, Ermənistan ilə Azərbaycan arasında yaxın aylarda sülh müqaviləsinin imzalanması gözlənilir, ermənipərəst konqresmenlərdən ibarət nümayəndələrin İrəvan səfəri bir neçə istiqamətdə izah oluna bilər:
- ABŞ Avropa İttifaqının və ya Rusiyanın vasitəçiliyi ilə sülhün əldə olunmasından razı deyil. Bu, onun maraqlarına cavab vermir;
- Rəsmi Vaşinqton Ermənistan vasitəsilə regiona yenidən daxil olmaq, hətta mümkündürsə, münaqişənin bitməsinə imkan verməmək niyyətindədir. Ermənilərə göstərilən dəstəyin arxasında isə Rusiya ilə mübarizə böyük əhəmiyyət daşıyır. Belə ki, ABŞ Ermənistanda özünün nüfuz dairəsini yaratmaqla bu ölkəni tərəfinə çəkməyə çalışır;
- Nəhayət, Paşinyan faktoru. Ermənistanın hazırki baş nazirinin Soros Fonduna yaxınlığı sirr deyil. Hətta Paşinyanın ötən ilin sonunda ABŞ prezidentinin təşəbbüsü ilə keçirilən “Demokratiya sammiti”nə dəvət alması da məhz onun Soros Fondu ilə əlaqələrindən, başqa sözlə “orosun uşaqları”ndan olmasından qaynaqlanırdı. Beləliklə, ABŞ öz “yetirməsinə” dəstək durmaq üçün Ermənistana yaxınlığını göstərir.
Ukraynadan Ermənistana...
Bu mənada, erməni rəsmilərinin də ABŞ səfərlərinin intensivliyi diqqəti cəlb edir. Ard-arda Vaşinqtona reallaşan səfərlər, həmin səfərlərdə verilən bəyanatlar, dəstək nümayişi Ağ Ev üçün yalnız bir mənada əhəmiyyət daşıyır - regionda varlığını təmin etmək üçün. Nəzərə alsaq ki, ABŞ-ın Ermənistandakı səfirliyinin kontingentinin sayı 2 mindən çoxdur, bu da Rusiya ilə mübarizənin ştrixlərindən hesab edilməldir. Yəni, Ermənistanı Rusiyadan “almaq” uğrunda mübarizə indilərdə ABŞ üçün olduqca vacib şərtə çevrilib.
Təsadüfi deyil ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Kaliforniyadakı Stenford Universitetində çıxışı zamanı bildirib ki, əgər ABŞ indi Ukraynanı dəstəkləməkdən imtina edərsə, o zaman Pandora qutusunun açılması riski var. O vurğulayıb ki, dövlətlərin ərazi bütövlüyünə hörmət edilməli, onların sərhədləri zorla dəyişdirilməməlidir. Blinkenin sözlərinə görə, ABŞ Ukraynada Rusiya Federasiyasına qarşı çıxır ki, yeni münaqişələr olmasın.
Maraqlıdır ki, digər regionlarda “yeni münaqişələr”ə qarşı çıxan ABŞ Cənubi Qafqazdakı münaqişənin dayanmasında, sülhün formalaşmasında, təhlükəsizliyin təminində maraqlı tərəfə oxşamır. Hər halda bunu faktlar da isbatlayır. Məsələn, ABŞ-ın Azərbaycandakı səfirinin Şuşaya səfərdən imtina etməsi bunu deməyə əsas verir. Yəni, rəsmi Vaşinqton tərəflərə eyni məsafədə görsənmir. Bunun əksinə, ABŞ-ın Ermənistandakı səfiri isə ölkədaxili proseslərə daha çox müdaxiləsi ilə seçilir. Sanki özünü “ev sahibi” kimi aparan səfirin Ermənistanın siyasi rəhbərliyinə təsir dairəsi də genişlənib. Bütün bunlar isə onu göstərir ki, Ağ Evin “Ukrayna oxu” daşa dəydiyi üçün, Rusiyaya qarşı “Ermənistan kartı” formalaşdırmağa çalışır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

