Azərbaycan Ordusu yeni təlimlərdə
03.06.2022 [10:10]
“Şuşa Bəyannaməsi” icra olunur
PƏRVİZ
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi və artan imkanları ordu quruculuğu istiqamətində və müdafiə sənayesi sektorunda davamlı layihələrin həyata keçirilməsinə, yüksək inkişaf əldə olunmasına əhəmiyyətli baza yaradıb. Son dövrlərdə hərbi və müdafiə sənayesi sektorunda genişmiqyaslı kompleks islahatların aparılması bu sahənin daha dinamik inkişafı üçün əlverişli imkanlar açır.
Xüsusilə, torpaqlarımızın düşmən işğalından azad edilməsindən sonra sərhədlərimizin təhlükəsizliyinin təminatı güclü milli ordunun mövcudluğunu zəruri edir. Bu baxımdan, ordu quruculuğu prosesinin dövlət başçısı səviyyəsində prioritet elan olunması kifayət qədər önəmli əhəmiyyət daşıyır. Yüksək döyüş hazırlığına malik nizami ordu, güclü hərbi-sənaye kompleksi hər bir ölkənin, o cümlədən Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı qarantıdır.
Bu mənada, Vətən müharibəsindən sonrakı mərhələdə Azərbaycan Ordusunun müasir texnika və silahlarla təmin olunması, eləcə də peşəkarlığının artırılması yönündə əsaslı addımlar atılmaqdadır. Ordunun komplektləşdirilməsi, yeni hərbi birliklərin formalaşdırılması, onların fərqli situasiyalarda və coğrafiyalarda davranış və döyüş qabiliyyətinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Bir faktı qeyd etmək yerinə düşər ki, ordumuzun hərbi birlikləri son bir neçə ay ərzində fərqli təlimlərdə iştirak etməklə döyüş hazırlığını ən yüksək səviyyədə artırmağa və müasir, yeni döyüş üslublarını mənimsəməyə nail olub. Məsələn, bu ilin martında Azərbaycan Silahlı Qüvvələrinin snayperçiləri Türkiyədə təlimlərə qatılıblar. Aprel ayında isə Azərbaycan hərbçiləri Türkiyə Quru Qoşunlarının Təlim Nəzarət Mərkəzi Komandanlığında təlim keçiblər. “Sarsılmaz Qardaşlıq-2022 Kompüter Dəstəkli Komanda Qərargah Təlimi” adlanan təlim olduqca uğurla başa çatıb. Eləcə də, may ayının ikinci ongünlüyündə Azərbaycan hərbçiləri növbəti dəfə Türkiyədə təlimlərdə iştirak ediblər. Bununla bağlı yayılan məlumatda bildirilib ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin Türkiyənin Qars rayonunda bayraq təhvil-təslim mərasimi keçirilib. Mərasim “Heydər Əliyev-2022 faktiki atış birgə quru təlimləri” çərçivəsində baş tutub.
Bu kimi təlimlər davam etməkdədir. Mayın 31-də start götürən və iyunun 9-dək İzmirin Seferihisar bölgəsi sahillərində davam edəcək Efes təlimləri Türkiyənin dost və müttəfiq ölkələrinin, o cümlədən Azərbaycanın hərbi birləşmələrinin iştirakı ilə baş tutur. Bu təlimlər iki ildən bir keçirilir. Beynəlxalq təlimin planına uyğun olaraq iştirakçılar şərti terror dəstəsi tərəfindən avtomobilə yerləşdirilən partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi, helikopterlər vasitəsilə şərti düşmən obyektinə aviazərbələrin endirilməsi, dəniz piyadalarının sahil xəttinə çıxması və yüksəkliklərin ələ keçirilməsi, həmçinin axtarış-xilasetmə əməliyyatı və yaralıların təxliyə olunması mərhələləri üzrə tapşırıqları yerinə yetirirlər. Təlim iştirakçıları, eyni zamanda, zəbt olunmuş gəminin azad edilməsi və helikopterdən dəniz xüsusi təyinatlılarının gəmiyə enməsi üzrə fəaliyyətlərini də həyata keçirirlər.
Bununla yanaşı, Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən “NATO-da əməliyyatın planlama prosesi” mövzusunda təlim kursu keçirilib. Kurs müddətində dinləyicilərə NATO haqqında ümumi məlumat, ştat strukturu və əməliyyatların planlama prosesi ilə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub.
“Şuşa Bəyannaməsi” ilə strateji müttəfiqə çevrilmiş Azərbaycan ilə Türkiyənin yeni mərhələdə hərbi potensialının yüksək inkişafı istiqamətində birgə addımlaması normal hal olsa da, bəzi xarici ölkələr bundan narahatlıq keçirir. Belə ki, yuxarıda qeyd edilən “Efes 2022” hərbi təlimləri çərçivəsində Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə manevrləri Yunanıstanı qorxuya salıb. Afina mətbuatı bu təlimlər çərçivəsində xüsusi təyinatlıların Egey dənizindəki Yunanıstan adasına enişi simulyasiya edəcəklərini yazırlar. Yunanıstanın ProNews saytının məlumatına görə, təlimlər “dənizdən düşmənin arxasına keçmək, sahil zolağının təmizlənməsi və düşmənin sahilyanı hərbi obyektlərinin zərərsizləşdirilməsi” ssenarisi üzrə keçiriləcək. Yunanıstan mətbuatı bu təlimləri Yunanıstan-Türkiyə silahlı münaqişəsi fonunda Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə hərəkətlərinə hazırlıq kimi qiymətləndirir. Bildirilir ki, Türkiyə və Pakistan xüsusi təyinatlıları da daha əvvəl oxşar ssenari üzrə təlimlər keçirib. Efes təlimləri tarixində ilk dəfə olaraq Liviya bayrağı altında bir hərbi gəminin türk esminesinin müşayiəti ilə Egey dənizinə daxil olması da yunanları narahat edib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

