Seçkilər beynəlxalq standartlara uyğun keçirilib
09.11.2010 [09:29]
Dünən ATƏT, AŞPA və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransı keçirilib.
ATƏT-in qısamüddətli missiyasının rəhbəri Volfhanq Qrossruk bildirib ki, bir sıra seçki məntəqələrində səsvermə prosesində problemlər qeydə alınsa da, müsbət məqamlar kimi seçkinin dinc atmosferdə keçməsini, bütün siyasi partiyaların prosesdə iştirakını, MSK-nın iclaslarının açıq olmasını, namizədlərə 4 dəqiqəlik pulsuz efir vaxtının verilməsini və milli azlıqların da prosesdə təmsil olunmasını göstərmək olar.
ATƏT-in müşahidə missiyası hakimiyyətin ədalətli seçki prosesinin təmin edilməsi istiqamətində səylərini xüsusi qeyd edib. ötən seçkilərlə müqayisədə bu seçkilərdə sakit mühitin olduğu, insidentlərin olmaması müsbət hal kimi səciyyələndirilib. Eyni zamanda, müşahidə missiyası Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin yaxşı texniki hazırlığının təmin edilməsini müsbət hal kimi qeyd edib: “Azərbaycanda parlament seçkiləri şəffaf, demokratik və sülh şəraitində keçirilib. ölkədə seçkilərin keçirilməsində ciddi irəliləyiş əldə edilib. Bir sıra seçki məntəqələrində səsvermə prosesində problemlər qeydə alınsa da, müsbət məqamlar kimi seçkinin dinc atmosferdə keçməsini, bütün siyasi partiyaların prosesdə iştirakını, MSK-nın iclaslarının açıq olmasını, namizədlərə 4 dəqiqəlik efir vaxtının verilməsini və milli azlıqların da prosesdə təmsil olunmasını göstərmək olar. Qeydiyyatından imtina edilən 172 namizədin 43-nün şikayəti təmin olunub”.
Seçki məntəqələrinin 90 faizində seçki prosesini izlədiklərini bildirən Volfhanq Qrossruk bəzi nöqsanların olduğunu diqqətə çatdırıb.
AŞPA müşahidə missiyasının rəhbəri Poll Vill bəyan edib ki, seçkilər beynəlxalq standartlara və ATƏT standartlarına tam uyğun keçirilib: “Seçkilər sakit şəraitdə keçib, seçki prosesinin texniki təminatı yüksək səviyyədə olub. Bütün bunlar Azərbaycanın demokratik ölkə kimi inkişaf etdiyini deməyə əsas verir”.
P.Vill, eyni zamanda, seçkilərdə zorakılıq hallarının mövcud olmadığını qeyd edib.
Avropa Parlamentinin nümayəndəsi Anneli Jaatteenneaki bildirib ki, seçki prosesi texniki baxımdan yaxşı təşkil olunub. Bununla yanaşı, ekspert seçkilərin gedişi ilə bağlı bəzi tənqidi məqamlar da səsləndirib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının rəhbəri Odri Qlover deyib ki, əsas seçki dəyərləri insanların səsvermə hüququ, namizədlərin KİV-də eyni dərəcədə çıxış etmək imkanı, KİV-in müstəqilliyi və sərbəst toplaşmaq azadlığıdır. O, MSK-nın prosesdə rolunu müsbət qiymətləndirib, lakin namizədlərin qeydiyyatı prosesində nöqsanların olduğunu da söyləyib.
Qlover ölkənin iqtisadi cəhətdən inkişafının müsbət olduğunu da bildirib.
Jurnalistlərin suallarını cavablandıran Pol Vill namizədlərə 4 dəqiqəlik pulsuz efir vaxtının verilməsini şərh edib.
Müxalifət namizədlərinin böyük əksəriyyətinin seçilməməsinə müşahidəçilərin münasibətini soruşan jurnalistə O.Qlover belə cavab verib: “Demokratiya güclü müxalifət tələb edir. Lakin onları kimin seçdiyini biz müəyyənləşdirmirik. Onları seçicilər seçir, müxalifət nümayəndələrini seçib seçməmək onlardan asılıdır”.
Bir sözlə, beynəlxalq seçki standartlarına uyğun şəkildə təşkil olunmuş 7 noyabr parlament seçkilərinin gedişatı ATƏT, AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları tərəfinən yüksək qiymətləndirilib. Hətta, beynəlxalq müşahidə missiyasının hesabatında bir sıra müsbət məqamlar xüsusi qeyd edilib.
- Əvvəlki seçkilərlə müqayisədə budəfəki seçki qabağı proses və seçki günü çox sakit şəraitdə keçirilib və zorakılığa yol verilməyib.
- Əvvəlki seçkilərlə müqayisədə bütün siyasi partiyalar seçkilərdə iştirak ediblər
- Bütün müxalifət üzvləri MSK-da öz yerlərini tutmuşdular
- MSK tez-tez açıq görüşlər keçirib, bütün tələbləri qanun çərçivəsində nəzərdə tutulmuş vaxta kimi yerinə yetirib və bütün qaydalara qabaqcadan yaxşı əməl edib
- MSK bütün namizədlərə İTV-də 4 dəqiqəlik pulsuz efir vaxtını ayırmağı qərara alıb.
- Qeydiyyatları ləğv olunmuş 172 namizəddən 43-nün qeydiyyatı yenidən bərpa edilib.
- çox yüksək sayda beynəlxalq və yerli müşahidəçilər qeydə alınıb. Beynəlxalq müşahidəçilər MSK ilə əməkdaşlıqdan çox razı qalıblar.
- Milli azlıq nümayəndələri bütün əsas siyasi partiyalarda təmsil olunublar.
- Qadın namizədlərin sayı son parlament seçkiləri ilə müqayisədə 10 faizdən 13 faizə qalxıb.
Beləliklə də, beynəlxalq müşahidəçilərin də rəylərinə əsasən deyə bilərik ki, 7 noyabr parlament seçkiləri bir daha Azərbaycan Respulikasının demokratik inkişaf yolunda düzgün istiqamətdə olduğunu təsdiqlədi.
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

