Prezident Administrasiyasında Ağ Partiyasının sədri ilə görüş keçirilib
23.05.2022 [12:09]
Mayın 23-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində Ağ Partiyasının sədri Tural Abbaslı ilə görüş keçirmişdir.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şöbə müdiri Prezident İlham Əliyev tərəfindən aparılan sistemli islahatların bütün sahələri əhatə etdiyini, bu islahatların dövlətimizin güclənməsi, əhalinin rifah halının yaxşılaşması, postmüharibə dövrünün çətinliklərinin aradan qaldırılması, işğaldan azad edilmiş torpaqlarımızın bərpası və soydaşlarımızın öz doğma yurdlarına qayıtması məsələləri ilə yanaşı, ölkəmizdə baş verən siyasi prosesləri də ehtiva etdiyini qeyd edib. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən mütərəqqi siyasi qüvvələr Azərbaycan dövlətçilik tarixinin ən çətin və ən şərəfli məqamında - Vətən müharibəsi zamanı ümummilli dəyərlər naminə öz birliklərini ortaya qoydular. Siyasi qüvvələrin Vətən naminə birgə bəyanat və müraciətlərinin ölkə əhalisinin Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdiyinin göstəricilərindən biri olduğu vurğulanıb. Ölkəmizdə fəaliyyət göstərən partiyalarla hakimiyyət arasında və partiyalar arasında gündən-günə daha da dərinləşən və inkişaf edən siyasi dialoq mədəniyyətinin dövlətimizin güclənməsinə, xalqımızın rifahına böyük töhfələr verəcəyi qeyd olunub.
Ağ Partiyasının sədri Tural Abbaslı, ilk növbədə, siyasi dialoq prosesi çərçivəsində keçirilən görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirib. Qeyd edib ki, dövlətimizin güclənməsi və xalqımızın rifah halının yaxşılaşması istiqamətində həyata keçirilən dövlət siyasətini dəstəkləyir, bu siyasətin hər bir vətəndaşı əhatə etməsi üçün siyasi dialoq prosesinin faydalı olmasına inanır. Əhalinin həssas təbəqəsinə, xüsusən Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə, digər müharibə iştirakçılarına və onların ailələrinə diqqətin daha da artırılmasının hazırkı məqamda olduqca vacib olduğu qeyd edilib.
Görüşdə, həmçinin ölkəmizdə mövcud olan və Azərbaycan dövlətçiliyinin əbədi olması üçün çalışan bütün qüvvələrin Vətən müharibəsi Zəfərinin qazanılmasında pay sahibi olması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən uğurlu xarici siyasətin Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirməsi, Ermənistanın və onların himayədarlarının xalqımızın birliyi qarşısında bütün cəbhələrdə məğlubiyyətlə qarşılaşması, ölkədə aparılan siyasi dialoq prosesinin müxtəlif formatlarda inkişaf etdirilməsi və başqa mövzularda səmərəli fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan xarici siyasət barədə müzakirələr aparılıb. Avropa İttifaqının hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında səyləri yüksək qiymətləndirilib. Eyni zamanda, 2021-ci il dekabrın 14-də, 2022-ci il aprelin 6-də və mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş naziri arasında baş tutan görüşlərin regionda sülhün bərqərar edilməsi, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və nəticədə regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan şəraitin qurulması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sonda tərəflər iqtidar-müxalifət siyasi dialoqunun yeni formatlarda davam etdirilməsinin və bununla bağlı yeni təkliflərin dəyərləndirilməsinin önəmini vurğulayıb, gələcəkdə ölkəmiz üçün vacib olan məsələlərin siyasi partiyaların iştirakı ilə birgə müzakirələrinin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26

