Faşizm üzərində Qələbə...
06.05.2022 [10:07]
Müharibədə iştirak edən bütün xalqların birgə mübarizəsinin, əzmkarlığının və fədakarlığının nəticəsi, ümumi zəfərdir
Ümid
Bəşəriyyət bu zamana qədər iki cahan savaşına - I və II Dünya müharibələrinə şahidlik edib. Avropa və dünyanın siyasi xəritəsini dəyişdirən I Dünya müharibəsindən 21 il sonra aparıcı geosiyasi qüvvələr - nəhəng dövlətlər yenidən hərb meydanında qarşı-qarşıya gəliblər. 6 il 1 gün davam edən II Dünya müharibəsinin sonuncunda dünyada çox ciddi geosiyasi dəyişikliklər baş versə, Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradıldılsa, sərhədlər yenidən cızılsa da, nəticə əsas etibarilə, bu cür dəyərləndirilib - faşizm üzərində qələbə!
Bəşəriyyətə qarşı potensial təhlükə və real təhdid olaraq göstərilən faşizm üzərində qələbə 9 may tarixi ilə simvollaşdırılır. Daha dəqiq desək, hər il 9 may - Qələbə Günü kimi qeyd edilir. Üzərindən 77 il keçsə də, tarixi və mənəvi-siyasi məsələlər aktuallığını itirmir, reallıqların mahiyyəti dəyişmir:
- Bu, ümumi zəfərdir. Yəni faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsidir. Rusiya qazanılmış müharibəni özününküləşdirməyə çalışsa da, gerçəklik fərqlidir. Başqa sözlə, SSRİ-nin qələbəsi yalnız Rusiya və rusların zəfəri deyil. Çünki birincisi, Sovetlər Birliyinin tərkibinə təkcə Rusiya daxil deyildi - faşizmə qarşı mübarizədə təkcə bu dövlətin imkanları və resursları səfərbər edilməmişdi. İkincisi, milyonlarla ukraynalı, azərbaycanlı, gürcü, qazax, moldovan, belorus və digər xalqların nümayəndələri ümumi mübarizədə iştirak edir - düşmənə qarşı birgə döyüşürdülər. Yəni tərəqqipərvər bəşəriyyət alman faşizminə qarşı vuruşurdu;
- Doğrudur, Azərbaycan xalqının bu Qələbədə böyük rolu olub - 600 mindən çox soydaşımız Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Bununla yanaşı, o da qeyd edilməlidir ki, Azərbaycan müstəqillik qazanandan sonra 1941-1945-ci il müharibəsinə dair hər hansı abidə kompleksi qurulmayıb (yalnız Həzi Aslanovun abidəsi qoyulub - o da Azərbaycanın qəhrəman övladı kimi) Səbəbi aydındır: birincisi, bu, Azərbaycanın müharibəsi olmayıb, alman faşizminə qarşı xalqların birgə mübarizəsi olub. İkincisi, müstəqilliyin ilk illərindən xalqımız üçün Vətən müharibəsi başlayıb - Birinci Qarabağ müharibəsi. Nəhayət, Azərbaycan xalqı siyasi təqvimə öz əlamətdar gününü şərəflə, qürurla, ləyaqətlə və əbədi olaraq həkk etdirib: 8 noyabr - Zəfər Günü.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və rəşadətli Azərbaycan Ordusunun təcavüzkar Ermənistanın silahlı birləşmələrini darmadağın etməsi, döyüş meydanında erməni faşizminin başını əzməsi - belini qırması çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisəsi və şanlı - parlaq qürur səhifəsidir. Vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında yetişmiş - formalaşmış Azərbaycan gəncliyi şərəfli və ləyaqətli mübarizə apararaq, döyüş meydanında öz sözünü deyərək, iradəsini nümayiş etdirərək, mübarizə ruhunu ortaya qoyaraq yeni qəhrəmanlıq salnaməsi yaradıb. Bu Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

