Paşinyan niyə Moskvaya gedir?
19.04.2022 [11:11]
Taleh AĞAVERDİYEV
Kremlin mətbuat xidmətinin xəbər verdiyi kimi, bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək.
Qeyd edək ki, bir gün əvvəl “Rossiya 1” telekanalında “Moskva. Kreml. Putin” adlı verilişdə Paşinyanın Moskvaya səfəri xüsusi əhəmiyyət kəsb edən hadisə adlandırılmışdı.
Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü gələcək sülhün prinsiplərini Brüsseldə qəbul etdikdən sonra Ermənistan müxalifəti yenidən baş naziri təslim olmaqda ittiham edib. Xüsusilə, Paşinyanın təcili sülh danışıqlarına və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına açıq çağırışları, “Ermənistanın yeganə çıxış yolu Qarabağ məsələsində plankanı aşağı salmaqdır” ifadəsi Ermənistan paytaxtında qızğın siyasi ehtiraslara səbəb olub. Ermənistan müxalifəti hakimiyyəti devirmək üçün yeni şansdan istifadə etməyə çalışır və Paşinyanın çağırışı əlverişli bəhanədir. Belə ki, İrəvanda keçirilən mitinqdə “Mənim şərəfim var” fraksiyasının lideri Artur Vanetsyan Ermənistan müxalifətinin baş naziri hakimiyyətdən uzaqlaşdırmaq yekdil olduğunu və bunun üçün Azadlıq meydanında “yol xəritəsinin” tərtib olunacağını bildirib. Digər tərəfdən, Qərb Rusiyaya qarşı sanksiyalar məsələsində rəsmi İrəvana getdikcə daha çox təzyiq göstərir. Belə ki, erməni mətbuatının yazdığına görə, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Ermənistan banklarının ABŞ-a anti-Rusiya sanksiyalarını dəstəkləyəcəyinə söz verdiyini bildirib.
Bugünkü görüşlə bağlı yeniazerbaycan.com-a danışan “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, politoloq İlqar Vəlizadə hesab edir ki, Paşinyanın səfərinin konkret məqsədləri var: Moskva ilə Brüsseldə keçirilən görüşdə razılaşdırılan sülh müqaviləsinin və yəqin ki, delimitasiya və demarkasiya üzrə komissiyasının hazırlanmasına dair ümumi baxışı razılaşdırmaq. “Burada mühüm faktı qeyd etmək lazımdır ki, sülh müqaviləsi üzərində iş artıq başlayıb, bunu iki ölkənin xarici işlər nazirləri arasında birbaşa danışıqlar sübut edir. Delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın parametrləri artıq razılaşdırılır. Rusiya sərhədçilərinin də bu prosesdə iştirak edə biləcəyi istisna edilmir, çünki Rusiya daha əvvəl sərhədin delimitasiyası və sonradan demarkasiyası prosesinə yardım etmək istəyini bildirmişdi. Ona görə də düşünürəm ki, bu məsələ Moskvada da ətraflı müzakirə olunacaq”, - deyə həmsöhbətimiz bildirib.
Bundan başqa, onun sözlərinə görə, Paşinyan üçün Moskvanın siyasi dəstəyi vacibdir, çünki bu gün müxalifət birmənalı fikir bildirir ki, Paşinyanın devrilməsi lazımdır, İrəvanda mitinqlər keçirilir və baş nazir üçün Moskvanın daha çox Paşinyanla, yəni indiki siyasi rəhbərliklə olduğunu, və hakimiyyəti ələ keçirməyə çalışan revanşistlərdən tamamilə ayrıldığını göstərmək vacibdir.
“Revanşistlərlə Moskvanın danışmağa heç nəyi yoxdur, çünki onlar münaqişədən sonrakı yeni prosesi əngəlləyirlər. Əgər onlar hakimiyyət iddiasında olsalar, təbii ki, Moskvanın regiondakı bütün planları sual altına düşə bilər. Ona görə də hesab edirəm ki, indi Paşinyanın Moskvadan müəyyən zəmanətlər alması vacibdir ki, bu halda Moskva müxalifəti və separatçıları dəstəkləməyəcək, Paşinyana hər cür siyasi dəstək verəcək”, - deyə Vəlizadə qeyd edib.
Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov isə deyir ki, bir müddət idi ki, Nikol Paşinyan Moskvaya səfər etməli idi, lakin müəyyən səbəblərdən səfərin vaxtı uzanırdı.
“Məlum məsələdir ki, Rusiya Cənubi Qafqazda gedən proseslərdə aparıcı rolunu itirmək, onu kiməsə vermək niyyətində deyil. Düşünürəm ki, Ermənistan və Rusiya arasında ayın 19-u keçiriləcək Moskva danışıqlarında da əsas mövzu Ermənistanın xarici siyasət davranışı ilə bağlı gələcəkdə atmalı olacağı addımlar və eyni zamanda İrəvan və Bakı arasında Brüsseldə, ondan qabaq Soçi və Moskvada eldə edilmiş razılaşmaları yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi olacaq”, - deyə politoloq bildirib.
O, qeyd edib ki, Moskvadakı görüş ərəfəsində Ermənistanda vəziyyət sabit deyil. “Biz bu günlərdə artıq yeni şəxslərin də mitinqlərə liderlər qismində qoşulduğunu gördük. Artur Vanetsyan və digərləri birmənalı olaraq Paşinyanı istefaya çağırır, Azərbaycanla sülh müqaviləsinə qarşı olduqlarını bildirirlər, Moskvada Paşinyanı hər hansı bir sənədə imza atmaqdan boyun qaçırmağı məsləhət görürlər. Bütün bunlar əslində Paşinyana təzyiq elementləri kimi başa düşülməlidir ki, bəzi qüvvələr Ermənistanın baş nazirinə demiş olur ki, “sənin taleyin bizim əlimizdədir, əgər istəsək, səni devrərik”. Hər bir halda biz Cənubi Qafqazda ABŞ və Rusiya arasında gələcək aylarda mübarizənin daha da güclənəcəyinin şahidi olacayıq. Ermənistan başa düşməlidir ki, onun üçün çıxış yolu Azərbaycan və Türkiyə ilə yeni münasibətlər qurmaqdan ibarətdir. Və əgər Bakı və Ankara ilə dil taparsa, əgər beynalxalq hüquq əsasında öz öhdəliklərinə əməl edərsə, o zaman bu ölkə düşdüyü bugünkü vəziyyətdən xilas ola bilər. Əks halda Ermənistan dövlətçiliyinin özü zərbə altında qalacaqdır”, - deyə həmsöhbətimiz bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

