“Vahid Rusiya”nın üzqarası yenə Azərbaycana qarşı...
07.04.2022 [10:41]
Taleh AĞAVERDİYEV
Dövlət Dumasının deputatı Mixail Delyaginin məlum anti-Azərbaycan bəyanatlarından bir həftə keçməmiş Rusiyadakı erməni diasporu saxta təbliğat və satın alınmış siyasətçilərin qeyri-adekvat bəyanatları vasitəsilə Moskva ilə Bakı arasında inkişaf edən münasibətlərə zərbə vurmağa cəhd edib.
Görünür, erməni sponsorların pulları satın alınan deputatların beynini o qədər dumanlandırıb ki, Kremlin Delyaginin sərsəm çağırışlarına son sərt reaksiyası belə onları bu yolda dayandıra bilmir. Bu dəfə manejə daha bir rusiyalı deputat, hakim “Vahid Rusiya”nın üzvü, ermənilərin köhnə dostu Vitali Milonov çıxıb.
Belə ki, bu günlərdə Federal xəbər agentliyinin saytındakı proqramının yeni buraxılışında o, yenə də Azərbaycan əleyhinə qəbuledilməz bəyanatlar səsləndirib. Deputat bildirib ki, Azərbaycan guya “Rusiyanın kürəyinə bıçaq sancmış Qafqazda qeyri-sabitlik ocağıdır”. Siyasətçi “atəşkəsi pozmağa cəsarət edən Azərbaycanın təkəbbürünə” heyrətlənib və bildirib ki, ölkəmiz guya “üçlü sülh müqaviləsi”ni pozur. O müqavilə guya Bakı, Moskva və “Qarabağın müdafiə ordusu” (?!) ilə bağlanıb. “Rusiya Silahlı Qüvvələri Ukraynada xüsusi əməliyyat keçirərkən, Bakı ermənilərin soyqırımını bərpa etmək qərarına gəlib”, - deyə Vitali Milonov çığırır və bildirir ki, “Rusiya heç vaxt bu faciənin təkrarlanmasına imkan verməyəcək”.
Qəribədir ki, Dövlət Dumasının deputatı Rusiya prezidentinin imzaladığı sənədlərin məzmununu bilmir. Əks halda, heç olmasa, 2020-ci ilin 9/10 noyabr tarixində sülh müqaviləsi deyil, bəyanat imzalandığını bilərdi. Və bunu separatçılar yox, Ermənistanın baş naziri imzalayıb. Üstəlik, bu sənədin 4-cü bəndində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir”. Yəni sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində artıq çoxdan heç bir “müdafiə ordusu” olmamalıdır. Və Rusiya nümayəndələrinin, o cümlədən deputatların və məmurların bu faktı inkar etmək cəhdləri üçtərəfli ?əyanatın bəndlərini bilərəkdən təhrif edilməsindən və pozulmasından xəbər verir.
“Gümüş Qaloş” və “Qızıl imalə” mükafatları laureatı, bir silsilə absurd təşəbbüslərin müəllifi olan Milonov dəfələrlə erməni havadarlarının pulu qarşısında Azərbaycan əleyhinə bəyanatlar verməklə fərqlənib. 44 günlük müharibə zamanı Vitali Milonovun Qarabağa necə səfər etməsi, orada separatçılara dəstək verən bəyanatlar verməsi də hamının xatirindədir. Satın alınmış rusiyalı deputat müharibə başa çatdıqdan sonra da onları dəstəkləməyə davam edib. Belə ki, ötən ilin sonunda o, növbəti dəfə qanunsuz olaraq Azərbaycan ərazilərinə - Xankəndiyə səfər edib və orada separatçıların başçısı cinayətkar Arayik Arutyunyanla görüşüb. Bu səfərdən sonra Prezident İlham Əliyev Rusiyanın hakim partiyasının sədri Dmitri Medvedevə müraciət ünvanlayıb.
Aprelin 5-də Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanın keçən il dekabrın sonunda Xankəndiyə qalmaqallı səfərinə görə Milonova Ermənistan parlamenti sədrinin xatirə medalını və təşəkkür məktubunu təqdim etməsi faktı bir daha sübut edir ki, rusiyalı deputat öz dövlətinin mənafeyinə xələl gətirdiyinin fərqində deyil, erməni diasporu üçün çalışır.
Azərbaycan ilə Rusiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir, bu ilin fevralında iki ölkə arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb və bu, iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldırıb. Hadisələrin bu gedişi Rusiyadakı erməni diasporunu qane etmir, ona görə onlar Bakı ilə Moskvanın arasını vurmağa çalışır və bu məqsədlə satın alınmış təbliğatçılardan, Milonov, Delyagin və digər siyasətçilərdən istifadə edirlər.
Öz növbəsində Rusiya belə təxribatçılarla ciddi məşğul olmalı, onlara qarşı təsirli tədbirlər görməlidir. Və burada “bu bəyanat Rusiyanın rəsmi mövqeyini əks etdirmir” kimi bir formal ifadə kifayət etmir. Ekstremist Milonov öz məsuliyyətsiz davranışı ilə üzvü olduğu hakim “Vahid Rusiya” partiyasına kölgə salır.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36

