ŞƏT bizə nə qazandıracaq?
02.04.2022 [10:15]
Şərq platforması iqtisadiyyatımızın diversifikasiyası baxımından böyük əhəmiyyətə malikdir
P.İsmayılov
Qarşılıqlı əməkdaşlığı özünün xarici siyasət kursunun prioritetinə çevirmiş Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesində fəallığı ilə seçilir. Qlobal iqtisadi və siyasi təsisatlarda uğurla təmsil olunan ölkəmiz regionun aparıcı aktoru kimi hər zaman cəlbediciliyini qoruyur. Bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar Azərbaycanı öz sıralarında görməyə can atır. Məsələn, artıq bir neçə ildir ki, Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusunda təmsil olunan ölkəmizin quruma bir addım da yaxınlaşması mühüm müzakirə predmetinə çevrilib. Belə ki, təşkilatın Baş katibi Çjan Minq ŞƏT-ə üzv dövlətlərin Azərbaycanın müşahidəçi statusu alması məsələsini fəal şəkildə öyrəndiklərini bildirib.
Xatırladaq ki, ŞƏT 2001-ci ilin iyununda Şanxayda Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən yaradılıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Azərbaycan və Ermənistan isə təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir. Maraqlıdır, bu təşkilatda müşahidəçi statusunda təmsil olunması Azərbaycana iqtisadi və siyasi cəhətdən nə qazandıracaq?
Bununla bağlı fikirlərini bölüşən şərhçi İlyas Hüseynov bildirib ki, ŞƏT-ə üzvlük Azərbaycan üçün müsbət iqtisadi dividendlər vəd edir. Qurumda Çinin və Cənub-Şərqi Asiya regionu ölkələrinin qarşılıqlı iqtisadi maraqlar zəminində təmsil olunduğunu deyən İ.Hüseynov vurğulayıb ki, bu iqtisadi platformada yer almaq iqtisadiyyatımızın diversifikasiyası və eyni zamanda şərq qolunun inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edəcək: “Çinin böyük bir konsepsiya kimi nəzərdən keçirdiyi “Bir kəmər, bir yol” layihəsi geniş coğrafiyanı əhatə edir. Pekin iqtisadi zəmində bu konsepsiyadan istifadə etməklə dövlətlərlə əməkdaşlıq münasibətləri formalaşdırır, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz da Avropa məkanı ilə Çin arasında geostrateji bir məkandır. Çin strateqləri diqqətlə bu məsələni nəzərdən keçirirlər”.
İ.Hüseynovun fikrincə, “Zəngəzur dəhlizi”nin istifadəyə verilməsi “Bir kəmər, bir yol” layihəsinin aktuallığını daha da artırır. Azərbaycan isə bu layihədə uzlaşdırıcı bəndə çevrilir. Eyni zamanda, Ermənistan ilə Azərbaycanın ŞƏT çərçivəsində birgə müşahidəçi statusunda yer alması iqtisadi inteqrasiyanı Cənubi Qafqazda stimullaşdırıcı amil kimi sabitləşdirə bilər. “Qlobal problemlərin fonunda iqtisadi əməkdaşlığın qurulması həm də sülhün bərqərar edilməsinə yaxından kömək edəcək.
Burada Avropa İttiifaqı nümunəsi ortaya çıxır. Uzun müharibələrdən sonra Avropa ölkələri iqtisadi inteqrasiya formatında vahid ideya ətrafında birləşdilər. Bu əməkdaşlığın instutusional formada təşviqi çox uğurlu alındı. Eyni prinsipləri Cənubi Qafqazda da həyata keçirmək olar. Bunun üçün konstruktiv əməkdaşlıq və iqtisadi mənfəət vəd edən əlaqələr sistemi yaradılmalıdır”, - deyən İ.Hüseynov vurğulayıb ki, ŞƏT-in iqtisadi prioritetlərindən istifadə etməklə bölgədə dayanıqlı sülhü möhkəmləndirmək olar. Siyasi şərhçi onu da bildirib ki, ŞƏT-in inkişaf səviyyəsi çox yüksəkdir. Azərbaycan təşkilatda əvvəlcə müşahidəçi, sonradan isə tamhüquqlu dövlət kimi təmsil olunarsa, iqtisadiyyatımızın diversifikasiyasının da şahidi ola bilərik.
Xəbər lenti
Hamısına baxSosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34

