Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pakistan XİN-in sözçüsü: Məkkə sazişi qüvvəyə minib, husilərə qarşı hərbi cavab müzakirə edilmir

Pakistan XİN-in sözçüsü: Məkkə sazişi qüvvəyə minib, husilərə qarşı hərbi cavab müzakirə edilmir

11.09.2026 [16:03]

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış qarşılıqlı müdafiə üzrə Məkkə sazişi qüvvəyə minib. Hazırda saziş çərçivəsində husilərin Səudiyyə Ərəbistanına hücumlarına hərbi cavab verilməsi ilə bağlı hər hansı müzakirə aparılmır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü səfir Səccad Heydər Xan İslamabadda keçirdiyi həftəlik brifinqdə ölkəsinin husilərin hücumlarından sonra saziş üzrə öhdəliklərini necə yerinə yetirəcəyi ilə bağlı suala cavab olaraq hazırda bu məsələ ilə bağlı müzakirələrin aparılmadığını deyib. O qeyd edib ki, vaxtı çatdıqda Pakistan sazişin müddəalarına uyğun hərəkət edəcək.

Səccad Heydər Xan Məkkə sazişinin sırf müdafiə xarakteri daşıdığını və əsas məqsədinin çəkindirmə yolu ilə regional təhlükəsizliyin gücləndirilməsi olduğunu vurğulayıb.

O bildirib ki, Pakistan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli müdafiə sazişi də mövcuddur. Bundan əlavə, 3 ölkə arasında üçtərəfli müdafiə sazişi imzalanıb.

Nazirliyin sözçüsü qeyd edib ki, 3 ölkə sazişin icrası ilə bağlı detalların və mexanizmlərin hazırlanması məqsədilə müxtəlif səviyyələrdə müntəzəm görüşlər və məsləhətləşmələr keçirir. Hazırkı mərhələdə əsas prioritet təsisçi 3 ölkə arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsidir. Digər dövlətlərin sazişə qoşulması məsələsinə isə bundan sonra baxılması nəzərdə tutulur.

Pakistanın Xarici İşlər Nazirliyinin açıqlaması husilərin Səudiyyə Ərəbistanının cənubundakı Əbhə, Xamis-Muşayt, Cazan və Nəcran bölgələrinə hücumlarından sonra verilib. Hücumlar nəticəsində 73 nəfərin yaralandığı bildirilir. Bunun ardınca Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin qərbində yerləşən Hudeydə əyalətində husilərin mövqelərinə hava zərbələri endirib.

Paylaş:
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30