Ermənistanda prezident seçkiləri...
03.03.2022 [10:23]
Paşinyan öz adamını bu vəzifəyə gətirir
Nardar BAYRAMLI
Ermənistanda növbədənkənar prezident seçkiləridir. Artıq Ermənistan parlamentində bu məsələyə baxılır. Hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan prezident postuna yeganə namizəddir.
Qeyd edək ki, müxalifət prezidentliyə namizəd irəli sürməyib. Ekspertlər isə V.Xaçatryanın səsvermənin birinci turda deyil, ikinci turda seçiləcəyini proqnozlaşdırırlar. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Ermənistan konstitusiyasına əsasən prezidentin seçilməsi üçün üç tur seçki nəzərdə tutulub. Onun sözlərinə görə, “Vətəndaş müqaviləsi” partiyasının namizədi olan yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan İrəvanın meri, deputat, uzun müddət Levon Ter-Petrosyanın siyasi həmkarı və onun müşaviri olub: “2018-ci il inqilabından sonra o “Vətəndaş müqaviləsi” partiyası ilə sıx əməkdaşlıq etməyə başlayıb. 2021-ci ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilib. İlk turda prezidenti seçmək üçün parlamentdə minimum 81 səs tələb olunur. “Vətəndaş müqaviləsi” lazımi səs çoxluğuna malik deyil, onun 71 mandatı var. Yəni hakim fraksiyaya birinci turda müxalifətin səsləri də lazımdır, amma müxalifətin ona səs verəcəyi inandırıcı deyil. İkinci və üçüncü turlarda isə namizədlərə daha az səs lazımdır. Belə ki, ikinci turda 65, üçüncü turda isə 54 səsə ehtiyac var. Bu o deməkdir ki, ikinci turda hakim partiya öz namizədini prezident seçə biləcək. Ermənistanın əvvəlki prezidenti Armen Sarkisyan “Qarabağ klanı”na yaxın idi. Məhz onların dəstəyi ilə də prezident seçilmişdi. Onunla Nikol Paşinyan arasında tez-tez kəskin fikir ayrılıqları yaşanırdı. Bu da ölkə hakimiyyətinin vahid mövqedən çıxış etməsinə imkan vermirdi. Artıq Paşinyan özünə yaxın hesab etdiyi Xaçatryanı prezident kürsüsündə görür. Bu şəxs baş nazirin komandasında az tanınan siyasətçi imicini qazanıb. Xaçatryan “Qarabağ klanı” ilə əməkdaşlıq etməyib, sakit xarakteri ilə ad çıxarıb. Ən əsası isə o, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarı kimi də tanınır. Xaçatryanın prezident seçilməsi Nikol Paşinyanın müxalifət üzərində növbəti qələbəsi olacaq”.
Həmsöhbətimiz qeyd edib ki, Ermənistan hökuməti hazırda konstitusiya dəyişiklikləri üzərində işləyir: “Bu dəyişikliklər ölkənin idarəetmə modelinin dəyişdirilməsini, parlament idarəetmə formasından prezident və ya yarı-prezident idarəetmə formasına keçidi nəzərdə tutur. Bu o deməkdir ki, konstitusiya dəyişikliklərindən sonra Ermənistan prezidenti postunu Nikol Paşinyan tutacaq. Xaçatryan isə keçid dövrü üçün nəzərdə tutulub. Xaçatryan Ermənistan və Azərbaycanın dinc, yanaşı yaşaması ideyasını dəstəkləyir. Ən azı, o, heç vaxt döyüşkən çağırışlar etməyib, qonşu xalqların irqi və mədəni uyğunsuzluğundan danışmayıb. Bu gün Xaçatryan Ermənistan siyasətinə təsir göstərə bilmir, çünki o, heç vaxt onun siyasətində iştirak etməyib, yalnız bu və ya digər vəzifədə olub. Onun ermənilərin yaddaşında qalacaq heç bir ciddi təşəbbüsü olmayıb. Ermənistan prezidenti seçiləcək Xaçatryana N.Paşinyanın partiyası nəzarət edəcək, Xaçatryan isə hökumətin atdığı addımlara mane olmayacaq. Çox güman ki, konstitusiya islahatlarından sonra o, prezident vəzifəsindən istefaya gedərək bu kürsünü Paşinyana verəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55

