Zəngəzur dəhlizi Azərbaycanın nəzarətində olub
18.02.2022 [23:48]
Birinci Qarabağ müharibəsinə qədər
Bütün tarixi dövrləri araşdıranda Mehri ərazisinin ermənilərə heç bir aidiyyətinin olmadığı aydın olur
Erməni vandalizmi sərhəd tanımır. Ermənilər 30 il ərzində işğal altında saxladıqları Azərbaycan torpaqlarında misli görünməmiş vəhşiliklər törədib, tarixi, dini, mədəni abidələri dağıdıblar, məscidlərimiz təhqir olunub. Azərbaycana məxsus sərvətlər talanıb, iqtisadi resursları qanunsuz olaraq mənimsənilib və istismar edilib, şəhərlər, qəsəbələr yerlə-yeksan olunub, maddi-mədəni irsə qarşı soyqırımı siyasəti həyata keçirilib. Bununla yanaşı, işğalçılıq, faşizm, terrorçuluq kimi “dəyər”ləri mənimsəmiş ermənilər tarixi saxtalaşdırmaqla da təkcə xalqımıza deyil, bütövlükdə, bəşəriyyətin irsinə qarşı cinayət əməllərinə yol veriblər. Məsələn, onların son zamanlar aktuallaşdırdıqları “Mehri tarixi erməni şəhərdir” iddiası da tamamilə yalan və uydurmadır. Yaxın tariximizin reallıqlarını əks etdirən faktlar ermənilərin iddialarının cəfəngiyyat, təbliğatlarının isə saxta olduğunu göstərir.
Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, mədəni irsin araşdırılması üzrə ekspert, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Yeni Azərbaycan”a açıqlamasında olduqca maraqlı məqamlara toxunub. O qeyd edib ki, Qərbi Zəngəzur regionunun tarixi cəhətdən zəngin ərazilərindən olan Mehri şəhəri Azərbaycan mədəni irsinin ən çox erməni vandalizminə məruz qalan ərazilərindən biridir. Tədqiqatçının sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hökumətinin Mehrini tarixi erməni şəhəri adlandırması əsassızdır: “Çünki bütün tarixi dövrləri araşdıranda Mehri ərazisinin ermənilərə heç bir aidiyyətinin olmadığı aydın olur. Şimali Azərbaycan ərazilərinin 1828-ci ildə Rusiya tərəfindən işğalına qədər ermənilərin Mehri şəhərində mövcudluqlarına dair heç bir arxiv materiallarında rast gəlinmir. Azərbaycan əraziləri işğal edildikdən sonra burada ruslar tərəfindən məskunlaşdırılan ermənilər son 100 ildə Zəngəzurun bütün ərazilərində olduğu kimi, Mehri şəhərində də mütəmadi olaraq azərbaycanlılara qarşı talanlar, qarətlər, qətllər, soyqırımları törədiblər və şəhəri etnik təmizləməyə məruz qoyublar”.
Ekspert vurğulayıb ki, 1861-ci ildə Şimali Azərbaycan torpaqlarında Zəngəzur qəzası Rusiyanın yaratdığı ilk inzibati ərazi vahidlərindən biri olmuşdu. “Zəngəzur qəzası Azərbaycan ərazisi kimi 1867-ci ildə Azərbaycanda yaradılan Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə verilmişdi. Zəngəzur Rusiyada Sovet Sosialist İnqilabının qələbəsinin ilk illərinə qədər, yəni, (1920-ci ilə qədər) Gəncə quberniyasının tərkibində qalmışdı. Azərbaycanda 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra SSRİ hökuməti Zəngəzur qəzasının Dərələyəz, Qafan, Mehri, Gorus və Qarakilsə bölgələrini yenicə yaradılan Ermənistan vilayətinə birləşdirilməsi haqqında qərar verdi”,- deyən ekspert əlavə edib ki, Mehri rayonu sovet dövründə -1936-cı ildən SSRİ-nin süqutuna qədər Azərbaycanın Ermənistan ərazisindən nəqliyyat dəhlizi rolunu oynayıb.
F.İsmayılov söyləyib ki, indi Ermənistan rəhbərliyi Zəngəzur ərazisinin Ermənistana məxsusluğunu iddia etsə də, bunu sübut etmək üçün heç bir dəlil göstərə bilmir: “Sovet hökumətinin qərarı ilə Zəngəzur Ermənistan Respublikasının tərkibində göstərilsə də, Ermənistanın və Rusiyanın dövlət arxivlərində olan sənədlər də sübut edir ki, hətta sovet dövründə də Zəngəzur (Mincivan - Ordubad) nəqliyyat dəhlizinə məxsus bütün infrastruktur Azərbaycana məxsus olub. Dəhliz Araz çayı boyunca İranla həmsərhəd olduğuna görə bu əraziyə hətta Ermənistan vətəndaşları xüsusi icazələri olmadan Mehri şəhərinə, eləcə də Qərbi Zəngəzurun digər şəhər və qəsəbələrinə buraxılmayıblar. Ermənilər 70 illik sovet dövründə heç vaxt bu dəhlizə sərbəst şəkildə nəzarət edə bilməyiblər. Zəngəzur dəhlizi Birinci Qarabağ müharibəsinə qədər Azərbaycanın nəzarətində olub. Stansiyalara və bütün infrastrukturlara nəzarət, qatarlara satılan biletlər Bakıya məxsus idi. Qatarların hərəkət cədvəlini və stansiyaların iş qrafikini Bakı təşkil edirdi. Dəhlizin təhlükəsizliyini Ermənistan deyil, SSRİ sərhəd qoşunları ilə bərabər, Azərbaycan həyata keçirirdi”.
“1988-ci ildən Ermənistanda baş qaldıran qanunsuz silahlı dəstələr Mehri şəhərində də qatarların hərəkətinə mane olmağa, şəhəri qarət edib dağıtmağa və bəzi hallarda mənimsəməyə başladılar. Ermənistanda baş qaldıran separatizm bu ölkənin digər ərazilərində olduğu kimi, Mehri şəhərində də onlara aid olmayan hər şeyi məhv edir, dağıdır və ya mənimsəyirdi. Ermənilər şəhərdə XVII-XVIII əsrlərə aid 100-dən çox yaşayış evini, inzibati binaları, 10-dan çox tarix və mədəniyyət abidəsini və monumental heykəltaraşlıq nümunələrini, şose və dəmir yolu infrastrukturlarını tamamilə dağıdıb, yandırıb yararsız hala saldılar. Bu gün “Mehri erməni şəhəridir” deyənlər bu dağıntıların nəyə görə törədilməsinin izahını indiyədək verə bilmirlər”,- deyən tədqiqatçı vurğulayıb ki, Mehri dəmir yolu stansiyasının qarşısında erməni millətçisi Stepan Şaumyanın büstü sovet dövründə azərbaycanlılar tərəfindən inşa edildiyinə görə erməni separatçıları onu dağıtdılar. Halbuki Stepan Şaumyan bolşevik Rusiyası tərəfindən Azərbaycana göndərilən ən qaniçən erməni terrorçusu idi. Büstün dağıdılmasına səbəb onun Azərbaycan dövlətinin vəsaiti hesabına ucaldılması olmuşdu.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

