“Ukrayna düyünü” bu dəfə də açılmadı
10.12.2021 [10:24]
Bayden-Putin danışıqlarının növbəti mərhələsi də nəticəsiz oldu
P.İsmayılov
Uzun müddətdir gözlənilən və dekabrın 7-də baş tutan Bayden-Putin görüşü iki ölkə arasındakı mövcud problemlərə son qoya bilmədi. Başqa sözlə, Rusiya ilə NATO-nun “Ukrayna düyünü” yenə də çözülmədi.
Hər iki tərəf Ukraynada hərbi toqquşmanı lüzumsuz saysa da, prosesin yumşalması üçün geriyə addım atmır. Son nəticə isə budur: dialoq davam etməlidir.
Təbii ki, Ukrayna faktoru Qərb-Rusiya qarşıdurmasında yalnız bir komponent olsa da, olduqca mühümdür. Belə ki, Qərb, konkret olaraq ABŞ NATO-nu Şərqə tərəf daha da “sürüşdürərək” Ukraynaya, hətta Gürcüstana çatdırmaq istəyir. Rusiya isə bu təhlükənin qarşısını indidən almaq niyyətindədir. Ekspertlərin qənaətinə görə, Rusiyanın bir ultimatumu var - Ukrayna NATO ölkəsi olacaqsa, hərbi müdaxilə qaçılmazdır. Tərəflər arasında fikir toqquşmasının əsas səbəbi də məhz budur.
Siyasi analitiklər qeyd edirlər ki, Baydenin timsalında Qərb əlinə düşmüş fürsətdən maksimum yararlanmaq niyyətindədir. Rusiyaya və Çinin timsalında onun əsas müttəfiqlərinə qarşı yeni demarşın görüntüsü NATO-nun şərqə doğru genişlənmə planı olsa da, əsl mahiyyət başqadır. ABŞ yeni siyasi situasiyada qlobal liderliyi tam əldə etmək üçün çalışır. Qarşısındakı ən böyük iki maneəni - Rusiya ilə Çini isə məhz NATO-nun əli ilə zərərsizləşdirməyə çalışır. Rəsmi Vaşinqtonun qısa müddətdə ətrafında hərbi bloklaşma yaratması faktı da buradan qaynaqlanır. Hətta uzaq Avstraliya da indiki zamanda ABŞ üçün hava-su kimi lazımlı bir müttəfiqə çevrilib. Hərbi qarşıdurma baş verəcəyi halda, Çinə Atlantik okeanı üzərindən məhz Avstraliya vasitəsilə müdaxilə etmək daha rahat olar.
Rusiya isə belə bir situasiyada geriçəkilmənin intihar olduğunu görür. Kremlin “Ukrayna NATO ölkəsi olmayacaq” tələbi də buradan qaynaqlanır. Tələbin maraqlı tarixi var: Almaniya Federativ Respublikası Almaniya Demokratik Respublikası ilə birləşərkən və sovet qoşunları keçmiş sosialist Almaniyasını tərk edərkən ABŞ və Avropa dövlətləri NATO-nun genişlənməyəcəyini SSRİ-nin o zamankı lideri Mixail Qorbaçova vəd etmişdilər. Ancaq Vaşinqton və Brüssel şifahi verdikləri vədi yerinə yetirmədilər. Bu baxımdan, Şərqi Avropanı NATO-ya təslim etmiş Rusiya yeni bir manipulyasiya ilə qarşılaşmaq istəmir, yazılı təminat axtarışındadır. Və bunu özünün qırmızı xətti sayır. Rusiya həm də Ukraynanın və Gürcüstanın “NATO ölkəsi” olandan sonra davranışlarında hansı dəyişiklikləri edəcəyini indidən proqnozlaşdıra bilmir.
ABŞ da öz planlarından vaz keçmək niyyətində deyil. Rəsmi Vaşinqton guya tərəfini tutduğu bu ölkələrdən sırf öz niyyəti üçün istifadə etmək arzusundadır. Sual yaranır ki, Rusiyanın cənubunda yerləşən və önəmli NATO ölkələrindən sayılan Türkiyəni niyə işə qata bilmir? Bəli, sualın cavabı da elə özündədir. ABŞ Türkiyəni bu qarşıdurmaya sürükləyə bilmədi. Türkiyə NATO ölkəsi olsa da, öz maraqlarından kənar hər hansı bir addım atmır. Bunu Rusiya da təsdiqləyir. Məsələn, Kremlin sözçüsü Dmitri Peskov Yunanıstana “məsləhəti”ndə də Türkiyənin Rusiya ilə əməkdaşlığını nümunə göstərib. Peskov bu barədə Yunanıstanın ANT1 nəşrinə müsahibəsində bildirib. “NATO üzvlüyünə baxmayaraq, Türkiyə Rusiya Federasiyası ilə çox yüksək səviyyədə hərbi-texniki əməkdaşlığa malikdir. Biz onunla qarşılıqlı ikitərəfli layihələr həyata keçiririk. Çünki onlar NATO üzvlüyünə baxmayaraq, milli maraqları çərçivəsində hərəkət edirlər və kifayət qədər suverendirlər”, -deyə Peskov bildirib.
Bu fakt bir daha onu təsdiqləyir ki, ABŞ-ın formalaşdırmağa çalışdığı anti-Rusiya koalisiyası hazırlanmış planın həyata keçirilməsi üçün bir vasitə olacaq.
Xəbər lenti
Hamısına baxSosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40

