ABŞ-da jurnalistlər, hətta, toy mərasimini çəkdiklərinə görə həbs olunurlar
27.07.2010 [11:46]
Müasir dövrdə söz, fikir və mətbuat azadlıqlarının təmin olunması, bu sahədə fəaliyyət göstərən insanların hüquqlarının müdafiə edilməsi, eyni zamanda, media sferasında hüquqi təkmilləşmələrin aparılması hər bir demokratik ölkənin qarşısında duran mühüm vəzifələrdən biri sayılır. Sözügedən sahə ilə bağlı bu gün təcrübəsinə və əldə etdiyi nailiyyətlərə görə, dünya dövlətləri arasında fərqlər özünü göstərir və demokratik idarəçilik forması istiqamətində irəliləyən gənc ölkələr isə çoxillik təcrübədən istifadə edərək, yeni model ortaya qoymuş olurlar.
Amma təəssüflər olsun ki, özünü dünyaya “ən məqbul təcrübə” kimi təqdim etməyi bacarmış qüvvələr maraqları naminə demokratiyanın ali prinsiplərindən təzyiq vasitəsi kimi istifadə edir, mənfi presedent formalaşdırırlar. Belə qüvvələrdən biri də, məhz özünü demokratiyanın beşiyi adlandıran ABŞ-dır. Bütün dünya ölkələrinə bu sahədə dərs keçməyi xoşlayan Vaşinqton, nədənsə, özünün söz, mətbuat azadlığını kobud şəkildə pozduğunu görmək istəmir.
Belə ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, hazırkı dövlət katibi Hillari Klintonun qızları çelsi Klintonun iyulun 31-də biznesmen Mark Mezvinsklə nigah mərasiminin olacağı gözlənilir. İki norveçli jurnalist nigah mərasiminin keçiriləcəyi məkanda çəkiliş aparmaq istəyərkən, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunublar. Hazırda, onlar Nyu-York ştatında təcridxanalardan birində saxlanılırlar. Məhkəmənin onların 15 gün müddətinədək azadlıqdan məhrum edilməsi barədə qərar çıxaracağı gözlənilir.
Maraqlıdır ki, dünya ictimaiyyətinin gözü qarşısında özünü söz və məlumat azadlığının fəal mübarizi kimi tanıtmağa çalışan ABŞ-da jurnalistləri belə hallara görə saxlayır, onlara cəza kəsir, informasiya əldə etmək hüquqlarını pozurlar.
Əlbəttə ki, bu fakt dünya mediasının xəbərlər blokunda yer alsa da, o dərəcədə də müzakirə obyektinə çevrilmədi, Vaşinqtonun bu addımı demokratiyanın ali dəyərlərinə zidd olduğu söylənilmədi. Bu isə, müasir terminlə desək, ikili standartların əyani sübutudur. Əgər bu hadisə Azərbaycanda baş versəydi, artıq bu gün Avropanın və okeanın o tayında qərar tutmuş təşkilatlar Azərbaycan hakimiyyətini demokratik dəyərlərin düşməni adlandıracaqdılar. Amma Azərbaycan hakimiyyətinin mətbuatı ictimai-siyasi həyatın bir hissəsi sayaraq, onun inkişafı üçün bu günə qədər hansı mühüm qərarlar qəbul etməsini görməzdən gələcəkdilər.
Demokratiyanın beşiyi “sayılan” ABŞ-da mətbuata qarşı repressiv addımların atılması, artıq dünya ictimaiyyətində bu model haqqında mənfi fikir yaradır. Niyə də dünya ictimaiyyəti media müstəqilliyindən danışarkən, Azərbaycan nümunəsinə müraciət etməsin?
Azərbaycan mətbuatı o medialardandır ki, MDB məkanında ilk dəfə müstəqillik qazandı, senzuranın buxovlarından azad olundu. Borcun yaratdığı çətinliklərdən əziyyət çəkən redaksiyalar gündəlik nəşrin nə olduğunu belə bilmirdilər. ümummilli lider Heydər Əliyev imzaladığı Fərman və sərəncamlarla mətbuatın canlanmasına yeni nəfəs verdi, Prezident İlham Əliyev isə bütövlükdə jurnalistikanı şərəfli peşələr sırasına yüksəltdi.
Bu gün dünyanın heç bir ölkəsində olmayan hallar Azərbaycanda yaşanır: mətbuat dövlətin diqqət və qayğısını hər addımbaşı hiss edir, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış KİVDF jurnalistlərin sosial vəziyyətini, redaksiyaların maddi-texniki bazasını yaxşılaşdırır və ən nəhayət, Azərbaycan hakimiyyəti jurnalistlər üçün ev tikdirir.
Bütün bunlar onu sübut edir ki, Azərbaycanda demokratik prinsiplərə, dəyərlərə hörmət göstərilir, onların cəmiyyətdə oturuşması üçün lazımi tədbirlər görülür. Bunların nəticəsi olaraq isə, zaman ötdükcə, dünya ictimaiyyəti mətbuata olan diqqət və qayğının Azərbaycan nümunəsindən danışmalı olacaq...
Ramil VƏLİBƏYOV
P.S. ABŞ hər il müxtəlif ictimai təşkilatlar vasitəsilə media azadlığı haqqında hesabatlar təqdim etməklə, istədiyi dövlətə təzyiq imkanı qazanır. Bu hesabatlardan sonra isə bu və ya digər yollarla Vaşinqtonun əlaltıları həmin qeyri-obyektiv sənəd üzərində diskussiyalar qururlar. Görəsən, milli vətənpərvərlikdən, vətən sevgisindən dəm vuran müxalifət bu məsələyə niyə reaksiya vermir?
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39

