YAP Şuşa rayon təşkilatının III konfransı keçirilib
23.07.2010 [03:00]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının III konfransı keçirilib. Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov iştirakçıları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. Mandat komissiyasının hesabatının oxunmasından və dövlət himninin səsləndirilməsindən sonra YAP Şuşa rayon təşkilatının sədr əvəzi Təvəkkül Əliyev rayon təşkilatının III konfransının hesabatını diqqətə çatdırıb. O, qeyd edib ki, YAP Şuşa rayon təşkilatı artıq 8 ildir ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir: “ötən müddət ərzində rayon təşkilatının üzvlərinin sayı 120 nəfərdən 629 nəfərə çatıb. Bu gün rayon təşkilatının üzvlərinin 70 faizi ali və orta ixtisas sahibli insanlardır”.
Hazırda YAP Şuşa rayon təşkilatında 19 ilk ərazi partiya təşkilatının olduğunu vurğulayan Təvəkkül Əliyev, bu ilin sonuna qədər daha bir neçə ilk ərazi partiya təşkilatı yaradılacağını qeyd edib.
çıxışının sonunda Təvəkkül Əliyev əmin olduğunu bildirib ki, şuşalılar Ulu öndər Heydər Əliyevin siyasi varisi, Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə Şuşaya qayıdacaqlar.
Konfransda çıxış edən YAP-ın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının Azərbaycanın aparıcı, avanqard siyasi qüvvəsi olduğunu deyib: “İstər sosial bazasına, istərsə də, təşkilati baxımdan YAP digər siyasi təşkilatlardan öndə gedir”.
çıxışını davam edən millət vəkili “Bu gün Azərbaycanda 8000 ilk ərazi partiya təşkilatı olan, 510 min insanı öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək partiya yoxdur” - deyib.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmiş dünya azərbaycanlılarının Şuşanı çox yaxşı tanıdığını vurğulayan Mübariz Qurbanlı deyib ki, onlar da tezliklə Şuşanın, eyni zamanda digər işğal olunmuş torpaqlarımızın azad olunacağına inanırlar: “Qüds şəhəri müsəlmanlar üçün nə deməkdirsə, Şuşa da azərbaycanlılar üçün o deməkdir. Şuşanın azad olunması hər bir azərbaycanlının müqəddəs borcudur”.
Hər bir işğal olunmuş kəndin, qəsəbənin və şəhərin bütün azərbaycanlılar üçün müqəddəs olduğunu deyən millət vəkili vurğulayıb ki, bu amil bütün azərbaycanlıların əxlaqından, milli keyfiyyətlərindən irəli gəlir: “Əlbəttə ki, biz torpaqlarımızın işğalı kimi problemlə qarşılaşmaya bilərdik. Əgər, həmin vaxt hakimiyyətdə olanlar Ulu öndərimizin hakimiyyətə gəlməsinə əngəllər yaratmasaydılar, bu gün belə miqyasda işğala məruz qalmazdıq”.
Mübariz Qurbanlı çıxışının sonunda milli mətbuatımızın 135-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan xalıqını, mətbuat işçilərini təbrik edib.
Daha sonra təşkilati məsələlərə baxılıb və Təvəkkül Əliyev YAP Şuşa rayon təşkilatının yeni sədri seçilib. Eyni zamanda, təşkilatın İdarə Heyətinin, Rayon Şurasının, Nəzarət-Təftiş Qrupunun, Qadınlar Şurasının və Gənclər Birliyinin yeni tərkibi formalaşdırılıb.
Konfransın sonunda iştirakçılar adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39

