Böyük pullar hara gedib - Sarkisyan niyə tutuldu?
24.11.2021 [10:16]
Ermənistanda yeni rüşvət qalmaqalı
Ermənistanda siyasi gərginlik yenidən pik həddə çatıb. “Küçə dava”sını aktivləşdirən keçmiş iqtidar - indiki revanşist müxalifət aranı qatmaqda davam edir. Belə ki, Azərbaycanla danışıqların aktiv fazaya qədəm qoyması ilə bağlı xəbərlər yayılan kimi müxalifət yenidən aksiyalara başlayıb. Diqqət çəkən məqamlardan biri də, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ölkəni tərk etməsinə qadağa qoyulmasıdır. Qeyd edək ki, ona qarşı xüsusilə iri məbləğdə rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb. Vəkili Amram Makinyanın sözlərinə görə, Sarkisyan prezident olduğu dövrdə sahibkar Silva Ambartsumyandan rüşvət almaqda günahlandırılır. Xatırladaq ki, Sarkisyandan qabaqkı prezident Koçaryan da Silva Ambartsumyandan 2008-ci ildə 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham edilib.
Əslində, bu faktlar bir sıra nüasları yenidən üzə çıxarır. Belə ki, baş verənlər istər bəzi Avropa təsisatlarının, istərsə də Qərbin “demokratik nümunə” kimi təqdim etməyə çalışdığı Ermənistanın əsl üzünü ortaya qoyur. Bu fakt Ermənistanın rüşvət və korrupsiya girdabında boğulduğunu növbəti dəfə təsdiqləyir. Keçmiş iki prezidentin açıq şəkildə rüşvət almaqda ittiham edilməsi bu dövlətin hansı vəziyyətdə olduğunun göstəricisidir.
Bununla yanaşı, bəzi ekspertlər baş verənlərin arxasında mühüm geosiyasi maraqların da dayandığını iddia edirlər. Belə ki, Avropa ölkələrində yerləşən bəzi ermənipərəst mərkəzlərin son dövrlərdə yenidən aktivləşməsi, müxalifəti küçələrə “çıxarması” mühüm məqamlardan xəbər verir. Paşinyanı Azərbaycanla münasibətlərin normallaşmasına xidmət edən addımlar atmaqda “günahlandıran” müxalifətin, hətta “razılaşmaların bəndlərini tələb etməsi” bu ehtimalı daha da gücləndirir. Bu, həmçinin Sarkisyanın “ölkəni tərk etmə” qadağası ilə cəzalandırılmasının da təsadüfi olmadığı qənaətini formalaşdırır. Belə ki, Paşinyan hakimiyyəti Sarkisyanın xarici dəstəkçiləri və maliyyə qaynaqları ilə əlaqəsini kəsmək üçün belə bir addım atmaq məcburiyyətində qalıb.
Hər bir halda, Ermənistanda baş verənlər artıq siyasi anarxiyanı xatırladır. Erməni cəmiyyəti isə anlamalıdır ki, bu ölkənin yeganə nicatı Azərbaycanın tələblərinə əməl etmək, regional inkişafın bir parçasına çevrilməkdir. Əks halda onsuz da dizi üstdə olan Ermənistanın son aqibəti daha da pis olacaq.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

