Abutalıb Səmədov: Möhtəşəm Qələbəmizin əsası Tovuz döyüşlərində qoyuldu
14.07.2021 [08:59]
“Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ilə sərhəddə törətdikləri hərbi təxribatdan 1 il ötür. Həmin vaxt sərhəddə yerləşən kəndlərimizə olunan hücumun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı, erməni hərbi bölmələrinə ağır zərbələr vuruldu. Ermənistan ordusunun ağır hərbi texnika, istehkam və müdafiə qurğuları darmadağın edildi və qarşı tərəf yüzlərlə hərbçisini itirərək geri çəkilmək məcburiyyətində qaldı”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.
Partiya sədrinin sözlərinə görə, ağır məğlubiyyətdən dərs çıxarmaq və təcavüzkar planlarından imtina etmək əvəzinə Ermənistanın baş naziri həmin vaxt Azərbaycan dövlətinə danışıqları davam etdirmək üçün 7 şərt irəli sürdü: “Paşinyanın 7 şərtinə qarşı Azərbaycan Prezidenti İlham Əliyev bir tələblə cavab verdi: “Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qaytarılmalıdır! Budur, Mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”. Lakin Ermənistan rəhbərliyi hədə xarakterli bəyanatlarını davam etdirdi. Hətta onlar bununla kifayətlənməyib, 2020-ci ilin sentyabr ayının sonlarında Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini, yaşayış məntəqələrimizi ağır silahlardan və artilleriya qurğularından intensiv atəşə tutdular”.
“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdən təcavüzkarı ciddi şəkildə cəzalandırmaq əmri alan Azərbaycan Ordusu 44 gün ərzində düşmən ordusunu darmadağın edərək, uzun illər işğal altında qalan ərazilərimizi azad etdi. Demək olar ki, həmin möhtəşəm Qələbənin bünövrəsi Tovuz döyüşlərində qoyulmuşdu. Belə ki, məhz Tovuz döyüşlərində Azərbaycan Ordusunun döyüş əzminin şahidi olduq. Eyni zamanda, 2020-ci ilin iyulunda Azərbaycan xalqı milli birlik nümunəsi ortaya qoydu. Həmin günlərdə Azərbaycanda fəaliyyət göstərən əksər siyasi partiyalar Ali Baş Komandanın ətrafında birləşdiklərini bəyan etdilər”, - deyə A.Səmədov bildirib.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50

