/ / Ermənistanın ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməsi bu ölkənin cinayətkar mahiyyətindən xəbər verir
Ermənistanın ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməsi bu ölkənin cinayətkar mahiyyətindən xəbər verir
07.04.2021 [09:15]
Məlum olduğu kimi, ANAMA-nın işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minalardan təmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketinin qalıqları tapılıb. Araşdırma zamanı müəyyən edilib ki, bu Operativ-Taktik Raket Kompleksi “İsgəndər-M” raketinin qalıqlarıdır. Qeyd edilməlidir ki, atılan raket tam partlamadığı üçün onun müəyyən hissələri böyük əraziyə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli aralı məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Raketin qalıqları aprelin 2-də Bakıda media nümayəndələrinə nümayiş etdirilib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, erməni ordusu Şuşaya “İsgəndər-M” raket kompleksinin 500 km atəş məsafəsinə malik ortamənzilli 9M723 raketindən zərbə endirib. Bu kifayət qədər ciddi suallar doğurur: “Şuşaya atılan raketin modifikasiyası Rusiyanın Ermənistana verdiyi raketin modifikasiyasına uyğun gəlmir. Rusiya Ermənistana “İsgəndər-E” modifikasiyalı raket verdiyini bildirmişdi. Amma Şuşada tapılan raket isə daha güclü “İsgəndər-M” kompleksinin raketidir”.
Millət vəkilinin sözlərinə görə, bu raketlərin Ermənistana verilməsi rəsmi olaraq heç bir mənbədə əksini tapmayıb: “Hesabatlarda da “İsgəndər-M” versiyasının Ermənistana verilməsi barədə məlumatlar mövcud deyil. Belə olan halda həmin raketlərin buraxılması ilə bağlı Ermənistanın potensiala malik olmadığını da nəzərə almalıyıq. Kifayət qədər suallar doğuran bu fakt yəqin ki, daha detallı şəkildə araşdırılacaq və əldə olunan məlumatlar müvafiq təşkilatlara təqdim ediləcək. Çünki Ermənistan heç bir zaman “İsgəndər” raketlərinin təlimlərdə və digər yerlərdə sınaqlarını keçirməyib. Dolayısı ilə Ermənistan ordusu “İsgəndər-M” raketinin buraxılması üçün heç bir hazırlıqlı heyətə malik deyil”.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov isə bildirib ki, Ermənistanın ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməsi onun cinayətkar mahiyyətindən xəbər verir. Onun sözlərinə görə, bu fakt Ermənistanın hərbi cinayətlərinə yeni bir sübutdur və beynəlxalq təşkilatlar buna biganə qalmamalıdır: “Ermənistan region üçün böyük təhlükə mənbəyidir və dünya bu həqiqəti gec də olsa, dərk etməlidir”.
C.Xəlilov qeyd edib ki, Ermənistanın “İsgəndər” raketlərindən istifadə etməsi beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən ciddi şəkildə araşdırılmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalandırılmalıdır: “Bu məsələdə silahlara nəzarət üzrə beynəlxalq təşkilatlar da aktiv rol oynamalıdır. Çünki Ermənistan ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməklə, sadəcə Azərbaycana qarşı cinayətə yol verməyib. Ermənistan bununla həm də beynəlxalq hüquqa qarşı cinayət törədib. Buna görə də Ermənistan bu cinayətə görə cəzalandırılmalı, məsuliyyətə cəlb edilməlidir. Bu isə beynəlxalq təşkilatların, aparıcı dövlətlərin moderatorluğunda həyata keçirilməlidir. Ermənistanın cəzalandırılmasının təmin edilməsi beynəlxalq təşkilatların, böyük dövlətlərin istər hüquq, istərsə də mənəvi baxımdan üzərinə düşən bir öhdəlikdir və yəqin ki, biz yaxın gələcəkdə onların bu öhdəliyi nə dərəcədə yerinə yetirəcəyinə şahid olacağıq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

