BBC-nin müxbiri Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən süjet hazırlayıb
30.03.2021 [09:16]
“BBC” telekanalının müxbiri Conah Fişer İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərindən süjet hazırlayıb.
AZƏRTAC xəbər verir ki, süjetdə Ermənistanın 30 ildir işğal altında saxladığı torpaqları Azərbaycanın müharibə nəticəsində azad etdiyi vurğulanıb. Reportajda Azərbaycanın etnik ermənilərin bu torpaqlarda yaşamasını xoş qarşıladığı, lakin Ermənistanın Azərbaycanın tarixi-dini abidələr, o cümlədən kilsələr də daxil olmaqla, mədəni irsini məhv etdiyi bildirilib.
Süjetdə, həmçinin azərbaycanlı bir ailənin 28 ildən sonra doğma yurdlarına gedərək evlərinin qalıqlarının tapdıqları göstərilib. Qeyd olunub ki, azərbaycanlı bu ailə öz evlərindən 1993-cü ildə çıxarılıb. Azərbaycanın müharibədə Qələbəsindən sonra onlar geri qayıdırlar. Ailə üzvü Rasim atasının məzar daşının qalıqlarını axtarır. Əli isə dörd yaşlı qızı ilə telefonla danışarkən onu da bu ərazilərə gətirmək istədiyini söyləyib.
BBC-də yayımlanan süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü işğalçılıq siyasəti ilə bağlı fikirləri diqqətə çatdırılıb. Prezidentin köməkçisi müxbirin Füzuli və Cəbrayıl rayonlarında dağıntıların səviyyəsini gördüyünü qeyd edib, Azərbaycanın səkkizdən çox şəhərinin dağıdıldığını və bu ərazilərin Xirosimanı xatırlatdığı, sanki nüvə silahından istifadə edildiyini deyib.
Müxbir süjetdə, həmçinin Azərbaycan əhalisinin əvvəllər yaşadığı ərazilərin işğal dövründə xarabalığa çevrildiyini qeyd edib.
BBC-nin müxbiri daha sonra Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ilə görüşündə ermənilərin törətdikləri ilə bağlı yəqin ki, Azərbaycandan üzr istəyəcəkləri barədə nazirə sual ünvanlayıb. Lakin erməni nazir əsassız arqumentlərlə bu sualdan yayınmağa çalışıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25

