/ / Eldar İbrahimov: Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində xalqımızı daha gözəl, daha firavan günlər gözləyir
Eldar İbrahimov: Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində xalqımızı daha gözəl, daha firavan günlər gözləyir
25.12.2020 [09:37]
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində ölkəmiz güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Əsası Ümummilli Liderimiz, böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf konsepsiyasının dövlətimizin başçısının rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun daha da təkmilləşdirilərək dönmədən və ardıcıllıqla həyata keçirilməsi nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyada liderlik mövqeyinə yüksəlib. Dünya Bankı Azərbaycanı yenidən 10 islahatçı ölkə sırasına daxil edib”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Eldar İbrahimov bildirib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, ölkəmizin imkanlarının artması vətəndaşların həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi ilə müşayiət olunub. Bütün bu tədbirlər və onun parlaq nəticələri Prezident İlham Əliyevin “Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” tezisinin real həyatda əksini tapdığını göstərir.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, daxili siyasətdə əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin də möhkəmlənməsinə, müstəqil, milli mənafelərə uyğun, praqmatik xarici siyasət həyata keçirilməsinə əlverişli zəmin yaradıb: “Bu gün Azərbaycan dünya ictimaiyyəti tərəfindən güclü, etibarlı, sözünə etimad olunan dövlət kimi qəbul olunur. Bunun ən mühüm örnəklərindən biri 2011-ci ildə BMT Təhlükəsizlik Şurasınına qeyri-daimi üzvlüyünə keçirilən seçkilər zamanı səsvermədə müşahidə olundu. Həmin vaxt 155 ölkənin dəstəyini qazanan Azərbaycan Respublikası 2 il müddətinə Təhlükəsizlik Şurasına üzv seçilərək beynəlxalq münasibətlərin güclü, qüdrətli aktoru kimi qəbul olunduğunu sübuta yetirdi. Eyni zamanda, ötən il Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi və ölkəmizin bu təşkilata sədr seçilməsi, eyni zamanda, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədr seçilməsi və bu Zirvəyə ev sahibliyi etməsi müstəqillik tariximizdə mühüm siyasi hadisələr olmaqla bir daha Azərbaycanın dünyada güclənən mövqeyini və nüfuzunu ifadə edir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi pandemiyaya qarşı mübarizəyə həsr olunmuş dövlət və hökumət başçılarının iştirakı ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dəstəklənməsi və bu yaxınlarda həmin sessiyanın keçirilməsi dövlət başçımızın beynəxalq miqyasda yüksək nüfuzunun göstəricisidir”.
Eldar İbrahimovun sözlərinə görə, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi həll olundu: “Ermənistanın bitməyən fitnəkarlığı, xüsusilə sentyabrın 27-də etdiyi növbəti təxribatçı addımlarına cavab olaraq bütün cəbhəboyu başladılmış əks-hücum əməliyyatları, İkinci Qarabağ savaşı cəmi 44 gündən sonra tarixi qələbəmizlə başa çatdı. 30 ildir davam edən qanlı münaqişəyə cəmi 44 günlük müharibə - Vətən müharibəsi ilə son qoyuldu. Artıq silah səsləri gəlmir, kəndlərimiz, qəsəbələrimiz, rayon və şəhərlərimiz atəşə tutulmur, evlər dağılmır, insanlarımız, vətəndaşlarımız yaralanmır, xəsarət almır, həlak olmur. İnsanlarımızın gözlərindən yalnız və yalnız sevinc, qələbə, zəfər göz yaşları axır, sevinc-sevincə qarışır, hamı qalib xalqın, qalib Vətənin övladları kimi, alnı açıq, başı dik gəzir, möhtəşəm qələbəni, zəfəri qeyd edirik. Bütün bunlara görə, müzəffər Ali Baş Komandan, böyük sərkərdə İlham Heydər oğlu Əliyevə borcluyuq. Bunları bizlərə yaşadan məhz cənab Prezident, qəhrəman Ali Baş Komandan oldu. Bu qələbənin baş memarı məhz cənab İlham Əliyevdir”.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, 30 ilə yaxın düşmən tapdağında olmuş torpaqlarımızda artıq müqəddəs üçrəngli bayrağımız dalğalanır: “27 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Prezidentimizin uğurlu siyasəti sayəsində xalqımızı daha gözəl, daha firavan günlər gözləyir”.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05

