Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gənc jurnalistlər "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ilə görüşüb

Gənc jurnalistlər "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ilə görüşüb

06.04.2010 [09:58]

“Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatının (UGT) tərkibində fəaliyyət göstərən Gənc Jurnalistlər Klubunda növbəti görüş keçirilib. SİA-ya UGT-dən verilən məlumata görə, bu dəfə jurnalist olmaq iddiasında olanların qonağı “İki Sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə olub. Görüşü giriş sözü ilə açan “Gənc Liderlər” UGT-nin sədri Fərid Şahbazlı mətbuatın bütün ölkələrin həyatındakı əhəmiyyətli rolundan danışaraq, onun inkişafının vətəndaş cəmiyyətinin güclənməsində əsas vasitələrdən biri olduğunu vurğulayıb. F.Şahbazlı ölkə mətbuatının durumundan bəhs edərək, bu sahədə vəziyyətin yaxşılığa doğru inkişaf etdiyini vurğulayıb. çıxış edən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəhbərlik etdiyi qəzetin tarixindən, iş prinsiplərindən danışıb. Baş redaktor ölkəmizdə azad mətbuatın inkişafı üçün bütün şəraitin yaradıldığını qeyd edərək, jurnalistlərin öz işlərinə daha diqqət və sevgi ilə yanaşmalarının vacibliyini vurğulayıb. V.Rəhimzadə, eyni zamanda MŞ-nin fəaliyyəti haqqında da məlumat verərək bir sıra maraqlı məqamlara toxunub.

Paylaş:
Baxılıb: 1265 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30