Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar yüksək qiymətləndirilib
06.10.2020 [09:46]
Oktyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) nümayəndələri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkə iqtisadiyyatının mövcud durumu və inkişaf perspektivləri, bu sahədə aparılan məqsədyönlü islahatlar barədə fikirlərini açıqlayıb. O, həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirərək, bu istiqamətdə hüquqi bazanın formalaşmasında Milli Məclisin rolunu qeyd edib, komitənin qanunvericilik fəaliyyətindən danışıb.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Cəlal Əliyev çıxışında dövlət iqtisadiyyatının, o cümlədən maliyyə və vergi sahəsinin formalaşdırılması və həyata keçirilməsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fəaliyyətini təqdir edib. Sonra təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən, bank olmayan kredit təşkilatları (BOKT) kiçik və orta sahibkarlıq subyekti sayılırlar. BOKT-lar ailə-kəndli təsərrüfatları, mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlıq edirlər.
AMFA-nın İdarə Heyətinin üzvü Süleyman Kələşov sahibkarlara, o cümlədən kənd yerlərində yaşayan və çalışan ailələrə maliyyə xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Söhbət zamanı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin və ailə-kəndli təsərrüfatlarının maliyyələşməsi, kənd yerlərində yaşayan ailələrin maliyyə resurslarına əlçatanlığının təmin edilməsi sahəsində mövcud durum diqqətə çatdırılıb. Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yaxşılaşdırmaq, bu xidmətlərin əhatə dairəsini genişləndirmək və şərtləri təkmilləşdirmək üçün təkliflər səsləndirilib. Qarşılıqlı faydalı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Görüşdə komitə sədrinin müavini Əli Məsimli, komitənin üzvü Vüqar Bayramov, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

