Ermənistanda hərbi könüllü dəstələrin yaradılması planının pərdəarxası məqamları
29.08.2020 [00:20]
Yaxud mövcud orduya etibar etməyən Paşinyan hərbi könüllü dəstələrini yaratmaqla həm də öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışır
Məlum olduğu kimi, bir müddət öncə Ermənistanda “Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Ermənistan mətbuatının yazdığına görə, dəyişikliklərə əsasən, ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Qanun layihəsində qeyd olunduğu kimi, könüllü dəstələr silahlı hücum və ya hərbi əməliyyat zamanı vətəndaşların Ermənistanın hərbi müdafiəsində könüllü iştirakı sistemidir. Lakin bu təşəbbüs həm işğalçı ölkə daxilində, həm də xaricdə bir çox cavabsız sualların yaranmasına səbəb olub. Çünki indiyə qədər Ermənistanda hakimiyyətdə olan bütün qüvvələr həmişə guya işğalçı ordunun güclü olmasından danışıb və heç vaxt əlavə qüvvələrin yaradılmasına ehtiyac barədə söz açmayıb. Buna görə də indiki halda Paşinyan hökumətinin birdən-birə belə bir təşəbbüslə çıxış etməsi işğalçı ölkədə birmənalı qarşılanmır.
Qeyd olunduğu kimi, Paşinyan hökumətinin belə bir addım atması bir çox məsələlərin ortaya çıxmasına səbəb olub. Onlardan birincisi, işğalçı ölkədə son 20 ildə baş verən sosial-iqtisadi böhrana görə əhalinin əksəriyyətinin ölkəni tərk etməsi, digər tərəfdən, əhalidə təbii artımın olmaması səbəblərindən Ermənistanın ciddi demoqrafik problem yaşamasıdır. Bu problem isə Ermənistanın silahlı qüvvələrdə xidmət etməyə gənclərin, o cümlədən ön cəbhəyə çıxarmağa canlı resursun olmaması faktını göstərir. Digər bir iddia isə ondan ibarətdir ki, Ermənistanda mövcud olan mərkəzi hakimiyyət orduya nəzarət edə bilmir, ona görə də ona etibar etmir. Bu layihənin ortaya atılması da Paşinyan öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışmaq cəhdi kimi qiymətləndirilir. Yəni, mövcud orduya etibar etməyən Paşınyan hərbi könüllü dəstələrini yaratmaqla həm də öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışır.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, 2018-ci ildə hakimiyyətə yeni gələndə Paşinyan sərhəd bölgələrə hərbi qüvvələrin yerinə polis qüvvələrini yerləşdirməklə belə bir cəhddə bulunmuşdu. Ancaq heç vaxt könüllü hərbi dəstələr yaratmaq fikrini açıq bəyan etməmişdi. Buna baxmayaraq, son aylarda işğalçı ölkədə baş verən hadisələr də göstərir ki, baş nazir N.Paşinyan daxili siyasətdə güc faktorundan daha fəal istifadə etməyə cəhd göstərir.
Bu layihənin həyata keçirilməsində digər təhlükəli məqam isə indiki halda yaradılacaq könüllü hərbi dəstələrin tərkibinə xaricdən gələn muzdluların cəlb olunacağı ilə bağlıdır. Belə ki, Beyrutda baş verən partlayışdan sonra guya livanlı ermənilərin qeydinə qalmaq adı ilə Ermənistan hakimiyyəti Livandan çox sayda erməninin ölkəyə gətirilməsinə, hətta onların işğal edilmiş Dağlıq Qarabağda yerləşdirilməsinə başlayıb. Bu faktların özü yaradılacaq hərbi dəstələrin tərkibinə muzdluların cəlb olunmasına əminlik yaradır.
Ən nəhayət, Ermənistanda yerli media və erməni ekspertlərin əsas müzakirə obyektinə çevrilən isə iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdən sonra işğalçı ordunun həddindən artıq zəif olmasının ortaya çıxmasıdır. Bəzi ermənin ekspertlərinin iddiasına görə, könüllülərin imkanlarından istifadə edilməsi məsələsinin gündəmə çıxarılması da də məhz bununla bağlıdır.
Bu halda Ermənistan silahlı qüvvələrinin təkbaşına ölkəni müdafiə etmək vəzifələrinin öhdəsindən gələ bilmədiyi barədə suallar ortaya çıxır. Məhz qeyd edilən səbəblərdən yerli mediada Paşinyanın müzakiərəyə çıxardığı layihəyə düzəlişlər kəskin tənqid edilir. Yəni ekspertlər könüllü dəstələrin yaradılmasını işğalçı ordunun zəifliyinin etirafı kimi qiymətləndirirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31

