Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır
03.06.2020 [09:01]
AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi səbəbindən 1993-cü ilin 4 iyununda ölkədə baş verən hadisələr, vətəndaş qarşıdurması müstəqilliyimizin itirilməsi ilə nəticələnə bilərdi
XX əsrin sonunda ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycan həmin dövrdə çox ciddi siyasi, ictimai və iqtisadi problemlərlə üzləşib. Hətta ölkəmizin müstəqilliyinin itirilməsi təhlükəsi yaranıb, bütövlükdə respublikamızın təhlükəsizliyinə çox ciddi təhdidlər yaranıb. Bu baxımdan, 1993-cü ilin 4 iyunu və həmin gün yaşanan hadisələr xüsusi qeyd edilməlidir.
1992-ci ilin fevralından başlayaraq hakimiyyətə gəlmək üçün can atan və bunun üçün bütün vasitələrə baş vuran Azərbaycan Xalq Cəbhəsi əllərində olan silahlı birləşmələri şəxsi məqsədləri üçün cəbhə xəttindən paytaxta gətirir, siyasi hakimiyyətə yiyələnmək üçün silahlı təzyiqlər həyata keçirirdi. Məhz bu hakimiyyət oyunları nəticəsində ard-arda Şuşa və Laçın mənfur düşmənin işğalına məruz qaldı. Həmin il mayın 14-də respublikada cərəyan edən son dərəcə ziddiyyətli hadisələrin fonunda qeyri-qanuni yolla hakimiyyətə yiyələnən AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyi ölkəni idarəolunmaz vəziyyətə gətirib çıxarmışdı. Bütün hakimiyyət pillələrinə sirayət edən özbaşınalıq, xaos, hərc-mərclik o dövrü xarakterizə edən əsas cəhətlər idi. Torpaqları işğala məruz qalan ölkənin ordusunda vahid komandanlıq yox idi. Cəbhə bölgəsində döyüş əməliyyatlarına cəlb olunan hərbi hissələrə faktiki nəzarəti siyasi hakimiyyətə iddialar nümayiş etdirən və bir-biri ilə ədavətdə olan partiyaların təmsilçiləri həyata keçirirdilər ki, bu da çox ağır nəticələrə gətirib çıxarırdı. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, tez-tez dəyişən qərarlar, ölçüyəgəlməz özbaşınalıqlar AXC-Müsavat iqtidarının ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Ən acınacaqlısı isə o idi ki, hakimiyyətin ən yüksək ranqlarında mövcud olan qruplaşmalar arasında münasibətlər silahlı qarşıdurma həddinə çatmışdı. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən AXC-Müsavat iqtidarındakı çəkişmələr 1993-cü ilin aprelində Dağlıq Qarabağa bitişik ən strateji nöqtələrdən sayılan Kəlbəcər rayonunu xəyanət qurbanına çevirdi. Ardından isə ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı.
Vurğulanmalıdır ki, həmin dövrdə AXC-Müsavat hakimiyyətinin təyin etdiyi ordu birləşmələri komandirləri özlərini “səhra komandanı” kimi görür, silahlı birliklər separatçı iddialarla çıxış edir, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Belə bir məqamda Azərbaycan hakimiyyəti silahlı birləşmələri, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Qərara tabe olmayan Surət Hüseynov tabeçiliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 1993-cü il 4 iyun tarixində Gəncədə Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuzluqla nəticələndi, hər iki tərəfdən insanlar həlak oldu. Gəncəyə göndərilmiş dövlət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı, ölkə vətəndaş müharibəsi astanasına gəlib çıxdı.
Artıq müstəqilliyin təhlükə qarşısında olduğunu görən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Qeyd edək ki, o zaman ölkənin başında duran AXC-Müsavat rəhbərləri qorxularından qaçıb gizləndikləri vaxtda Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Elə xalqın ümid dolu nəzərləri də həmin dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən və şəxsi nüfuzu, aldığı müdrik qərarlarla muxtar respublikanın ayaqda qalmasını təmin edən Ulu Öndər Heydər Əliyevə dikilmişdi. AXC-Müsavat iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq Vətənin bu ağır günündə öz dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə təkid edirdi. Heydər Əliyev xalqın və respublikanın o vaxtkı rəhbərliyinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Belə bir vaxtda Ümummilli Lider Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Ulu Öndər bütün məsələləri öyrənib təhlil etdikdən sonra Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə Özünün qəti sözünü dedi: “Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdır”.
1993-cü ilin 4 iyununda ölkədə baş verən gərgin və ziddiyyətli hadisələrdən sonra Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsi müstəqillik tariximizdə dönüş nöqtəsi, Milli Qurtuluşumuz oldu. Ümummilli Lider Heydər Əliyev iyunun 15-də parlamentin Sədri seçildi və bu gün müasir tariximizə Milli Qurtuluş Günü kimi düşdü. Ulu Öndərimiz müstəqilliyin itirilməsinə yol vermədi, müasir Azərbaycan dövlətinin varlığını qorudu. Yalnız Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısını almaq mümkün oldu. Ulu Öndər uzaqgörənliklə qısa müddətdə cəmiyyətin potensialını inkişafa, müstəqilliyimizin möhkəmlənməsinə yönəltdi.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

