“Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının III qurultayı keçirilib
28.11.2019 [09:33]
Məlum olduğu kimi, İsrailin Təl-Əviv şəhərindəki “Dan Panorama Oteli”nin konfrans zalında “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının III qurultayı keçirilib.
Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Mətanət Vaqiyeva, Knessetin deputatı Mark İfraimov, Avrasiya Yəhudi Konqresinin Baş Şurasının üzvü Matvey İlizarov, Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı Qəsəbə üzrə nümayəndəsi Pisax İsakov və digər dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Qurultayı “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, Azərbaycan Mədəniyyət Evinin direktoru Yeganə Salman açıb. O, qurultaya hazırlıq üçün 26 ölkədən 105 nümayəndənin qeydiyyatdan keçdiyini bildirib və təşkilatın il ərzində gördüyü işlərdən danışıb.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qurultay iştirakçılarına rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə ətraflı məlumat verib, yeni layihələr və planlardan söz açıb. O, “Azİz” təşkilatının ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti təqdir edərək, qurultay iştirakçılarına uğurlar arzulayıb.
Komitə sədri həmçinin İsraildə yaşayan Azərbaycan diasporunu birləşməyə, birgə əməkdaşlığa və mütəşəkkil fəaliyyətə çağırıb.
Daha sonra Dövlət Komitəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev və Knessetin deputatı Mark İfraimov çıxış ediblər. Natiqlər ölkələrimiz arasında əməkdaşlıq və strateji tərəfdaşlığın, hökumətlər və parlamentlərarası münasibətlərin yüksək səviyyədə inkişafından, diaspor təşkilatlarının birgə fəaliyyətinin önəmindən danışıblar.
Rəsmi çıxışlardan sonra “Azİz”in idarə heyətinin üzvü, politoloq Yuri Boçarov təşkilatın illik hesabatını təqdim edib və təşkilati məsələlər barədə məlumat verib.
Qurultay səs çoxluğu ilə Lev Spivakı təşkilatın sədri vəzifəsinə seçib. O, göstərilən etimada görə qurultay iştirakçılarına minnətdarlığını bildirib və hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir konsert proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

