Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənlikləri keçirir
30.12.2009 [10:09]
Uşaqların istirahətini mənalı keçirmələri, Yeni il şənliyinin uşaqların qəlbində silinməz xatirəyə çevrilməsi üçün Heydər Əliyev Fondu bu dəfə də müvafiq tədbirlər görüb. Şənlikdə iştirak edən uşaqların paytaxtın Azneft meydanından saraya təhlükəsiz gəlib-getməsini 35 avtobus təmin edir.
Dünən baş tutan tədbirin əvvəlində ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən film nümayiş etdirilib.
Bayram şənliyində Şaxta baba, Qar qız, cizgi filmləri personajlarının, nağıl qəhrəmanlarının şən zarafatları, incəsənət ustalarının çıxışları bayram ovqatını daha da artırıb. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.
Bayram şənliyində Azərbaycanda fəaliyyət göstərən yerli və xarici uşaq təşkilatlarının, o cümlədən talassemiya, hemofiliya və diabet assosiasiyalarının üzvləri də iştirak ediblər.
Tədbirdə uşaqlara Azərbaycan bəstəkarlarının uşaq mahnılarından ibarət yeni disk hədiyyə edilib. Qənbər Hüseynlinin “Cücələrim”, Tofiq Quliyevin “Bahar bayramı”, Oqtay Zülfüqarovun “Əziz ana, can ana”, Oqtay Rəcəbovun “Uşaqlar sevinsin həmişə”, Ağabacı Rzayevanın “Kukla”, Səid Rüstəmovun “Vətən”, Fikrət Əmirovun “Layla” mahnılarının daxil olduğu diskdə 16 populyar və sevilən nəğmələr yer alıb. Tədbirin sonunda isə uşaqlara hədiyyələr verilib.
Uşaqlar üç saatadək davam edən şənlikdən aldıqları unudulmaz təəssüratla ayrılıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14

