/ / Hikmət Babaoğlu: Bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunması ən ön planda gələcək
Hikmət Babaoğlu: Bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunması ən ön planda gələcək
02.05.2019 [09:38]
“Hazırkı tarixi inkişaf mərhələsində elə iqtisadi resurslar əldə etmişik ki, onun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür”. Bunu “Trend”ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hazırda iqtisadiyyatımızda yeni inkişaf strategiyasının hazırlandığını bildirdi: “Bu fikir, əslində, ölkəmizdə bundan sonra da mühüm islahatlar aparılacağı və bu islahatların davamlı olacağına işarə idi. Çünki hazırda iqtisadiyyatın daha da inkişaf etdirilməsi üçün olduqca münbit şərtlər formalaşıb və bu, Azərbaycanda indiyə qədər həyata keçirilən iqtisadi siyasət sayəsində mümkün olub. Bu tarixi inkişaf mərhələsində biz elə iqtisadi resurslar əldə etmişik ki, onun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür. Yeni iqtisadi inkişaf strategiyasının iqtisadi əsasları bunlardır. Onun sosial aspektlərinə və sosial fəlsəfəsinə gəldikdə isə, əminliklə deyə bilərik ki, yeni strategiya da məhz Azərbaycan vətəndaşının sosial rifahı əsas götürülməklə müəyyən ediləcək. Çünki Prezident İlham Əliyev yeni inkişaf strategiyasından danışarkən bir daha qeyd etdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün əlimizdən gələni edirik”.
Hikmət Babaoğlu əlavə edib ki, bu fikirlər, əslində, elə yeni iqtisadi inkişaf strategiyamızın sosial fəlsəfəsi və mahiyyəti kimi qiymətləndirilməlidir: “Dolayısilə, biz bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunmasının ən ön planda gələcəyinə şahid olacağıq. Ancaq şübhəsiz ki, növbəti mərhələdə bəzi məsələlərin də prioritet təşkil edəcəyini gözardı edə bilmərik. Buraya sahibkarlığın daha da inkişafı, yeni sosial-iqtisadi modellərin tətbiqi, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, yeni aqrar-sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kimya sənayesinin gücləndirilməsi və s. kimi çoxsaylı istiqamətlər daxildir ki, bütün bunlar da Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsini təmin edəcək. Bundan əlavə, icbari tibbi sığortanın tətbiq edilməsi, aztəminatlı ailələrə sosial yardımların edilməsi, sosial problemlərin səmərəli formada öz həllini tapması kimi çoxsaylı prioritet istiqamətlər də daim diqqət mərkəzində olacaq”.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

